Ləzgi dili (Лезги чІал) — ləzgilərin ana dili və Dağıstan RespublikasınınDağıstan Respublikasının Konstitusiyasına görə rus dili və Dağıstan xalqlarının hər birinin dili respublikanın dövlət dilidir. Yazısı olan 14 dil, o cümlədən Ləzgi dili dövlət dili kimi istifadə olunur. rəsmi dövlət dili. Qafqaz dilləri ailəsinin Dağıstan dilləri şöbəsinin Ləzgi sinfinin qərb qrupuna daxildir.

Ləzgi dili əsasən Dağıstan və Azərbaycan ərazisində istifadə olunur, həmçinin Qafqaz muharibəsi nəticəsində Türkiyədə Ləzgi muhacir kəndlərində. Ümumilikdə təxminən yarım milyon insan bu dildə danışır.

Ləzgi dilin cüzi fərqlənən 3 dialekti vardır:

Müşkür dialekti — Quba, Qusar və Xaçmaz dialektləri Küre dialekti — Qurah, Qasımkənd, Məhərrəmkənd, Xiv və Dərbənd dialektləri Samur dialekti — Qəbələ, Oğuz, İsmayıllı, Doqquzpara və Axtı dialektləri

Son illərdə yeni nəsil arasında Ləzgicə bilənlərin sayı azaldıqdan UNESCO Ləzgi dilinin yox olma təhlükəsinin olduğundan xəbərdar etdi. +Ləzgi uşağların arasında Ləzgi dilini sərbəst danışanların faizi (3-5 yaş arası)2000200520102015202098,72 %87,26 %48,25 %39,22 %28,79 % Rəsmi məlumata görə Azərbaycan Respublikası ərazisində 170 min civarında ləzgi dili daşıyıcısı var.

Təsnifat Ləzgi dili Qafqaz dilləri ailəsinin Nax-Dağıstan qoluna daxildir. Nax-Dağıstan qrupundakı başqa dillər avar, dargi, lak, inquş və çeçen dilləridir. Dillərin yaranması, ağacın qol-budağa ayrılmasına bənzədilə bilər. Minlərlə il öncə bu dillər eyni dildən yaranmışdır.

Azərbaycan dilinin Quba dialektinin yaranmasında Ləzgi Güney ləhcəsinin rolu böyükdür. Ədəbi dilinin əsasında Güney dialekti durur.

Ləzgi dili, digər Qafqaz dilləri kimi aqqlütinativ dildir yəni, flektiv Hind-Avropa və sami dillərindən fərqli olaraq Ləzgi dilində bütün söz kökləri öz mənası olan müstəqil sözlərdir, qrammatik mənalar və əlaqələr isə həmişə söz kökündən sonra gələn təkmənalı şəkilçilərin köməyi ilə ifadə edilir. Ləzgi dilinin təkcə son şəkilçilərin köməyi ilə ifadə olunma gücü, aşağıdakı nümunə ilə göstərilə bilər: Ləzgi diliHind-Avropa dilləriİnglis diliAlman diliRus dilixürvillageDorfдеревняxürehin the villagein dem Dorfв деревнеxürewayburthose who live in the villagedie, die in dem Dorf lebenте, кто живут в деревнеxürewaybrukayone of those who live in the villageeine(r) von denen, die in dem Dorf lebenодни из тех, кто живет в деревнеxürewaybrukaya?Are you one of those who are living in the village?Sind Sie eine(r) von denen, die in dem Dorf leben?Являетесь ли вы одними из тех, кто живет в этой деревне? Ləzgi dili digər dillərindən fərqli olaraq qarışıq və mürəkkəb dil qaydaları az olan, nizamlı və bütöv bir dildir.

Coğrafi yayılma

Azərbaycan Son 10 ildə (2009-2019) Azərbaycanda Ləzgicəni öz ana dili hesab edənlər 15% azalıb, eyni zamanda rusca danışanlar 15,2% faiz çoxalıb. +Ana dili və sərbəst danışdığı dil (2009)The State Statistical Committee of the Republic of Azerbaijan :Population by ethnic groups (by population census) ---İn this and following table — everybody defermined nationality themself. Information on children are obtained from.Population statistics of Eastern Europe (pop-stat.mashke.org) :Ethnic composition of Azerbaijan 2009 Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi: 1.12. Əhalinin milli tərkibi 1926–2009 (əhalinin siyahıyaalınmalarının məlumatlarına əsasən) + 1.13. Əhalinin ana dili və sərbəst danışdığı dillərə görə bölgüsü (2009-cu il əhalinin siyahıyaalınmasının məlumatlarına əsasən) ---Siyahıyaalınmalar zamanı sorğu olunan hər bir şəxs milliyyətini özü müəyyən edir. Uşaqların milliyyəti valideynlərin dediklərinə əsasən yazılır. + Əhalinin sərbəst danışdığı dillər üzrə məlumatlar müvafiq millətlər üzrə 3 və yuxarı yaşlı əhaliyə nisbətən faizlə verilmişdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması, 2009-cu il. XIX cild:Əhalinin milli mənsubiyyətinə, yaşına, ana dili və sərbəst danışdığı digər dillərə görə bölgüsü. — 2011Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi: Statistik Göstəriciləri 2012: Demoqrafik göstəricilərUnited Nations Statistics Division, Demographic Statistics: Population by national and/or ethnic group, sex and urban/rural residence Etnik qrupSayıLəzgi dili ana dili saymayanLe. d.a.d.s. — Ləzgi dilini ana dili sayanlar.Ləzgi dili sərbəst danışanLe.d.s.d. — Ləzgi dilində sərbəst danışanlar.Azərbaycan dili sərbəst danışanAz.d.s.d. — Azərbaycan dilində sərbəst danışanlar.Rus dili sərbəst danışanRu.d.s.d. — Rus dilində sərbəst danışanlar.ləzgi180 3009.10%91.70%96.30%23.70% +Ana dili və sərbəst danışdığı dil (2019)Etnik qrupSayıLəzgi dili ana dili saymayanLəzgi dili sərbəst danışanAzərbaycan dili sərbəst danışanRus dili sərbəst danışanləzgi167 60024.90%85.20%96.10%38.90%

Dağıstan Son 10 ildə (2010-2021) Dağıstanda Ləzgilərin umumi Ləzgicə bilənlərin sayı 357 185 nəfərdən 101 402 yani 28,39% azalaraq 255 783 nəfər olmuşdur. Əsas səbəb Ləzgicə bilən yaşlı nəsli Ləzgicə bilməyən yeni nəsilin əvəz etməsidir. +Dağıstan Respublikası üzrə:: Ana dil20102021Ləzgi dili357 18512,27 %255 7838,04 %Rus dili 2 633 95086,92 %2 765 90290,51 %

Yazı sistemləri Yazıda 1938-ci ildən kiril qrafikasından istifadə olunur. Azərbaycan ləzgiləri kiril qrafikası əsasında yaradılan ləzgi əlifbası ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsis etdiyi kitablardan məktəblərdə istifadə edirlər. А а Б б В в Г г Гъ гъ Гь гь Д д Е е Ё ё Ж ж З з И и Й й К к Къ къ Кь кь КI кI Л л М м Н н О о П п ПI пI Р р С с Т т ТI тI У у Уь уь Ф ф Х х Хъ хъ Хь хь Ц ц ЦI цI Ч ч ЧI чI Ш ш Щ щ Ъ ъ Ы ы Ь ь Э э Ю ю Я я

Cədvəldəki rəngli fondakı hərflər rus dilindən keçən sözlər üçün istifadə edilir.

Xarici keçidlər Ləzgi dilində vikipediya: lez.wikipedia.org Ləzgi dili və ədəbiyyatı: lezgichal.ru

İstinadlar

Həmçinin bax

Kateqoriya:Rusiya dilləri Kateqoriya:Azərbaycan dilləri Kateqoriya:Özbəkistan dilləri