Brioni — Fransanın Kering holdinqinə məxsus İtalyan moda evi. 1945-ci ildə Romada əsası qoyulub və öz fərdi kostyumları, hazır geyim kolleksiyaları və dəri məmulatları ilə tanınır. Brioni-nin moda konseptləri daha çox klassik, zərif və güc simvolu üzərində qurulub. 2016-cı ilə qədər şirkət dünya üzrə 46 mağaza işlətdi.

Brendan Mullane 2012-ci ilin iyulundan 2016-cı ilin fevralına qədər Kreativ Direktor vəzifəsində çalışıb. 2016-cı ilin aprel ayından sentyabr ayına kimi Castin O'Şi vəzifəsini icra edib. 15 iyun 2017-ci ildə Nina-Maria Nitsche yeni Kreativ Direktor oldu.

İstinadlar

Xarici keçidlər Официальный сайт Brioni

Kateqoriya:İtaliya brendləri Kateqoriya:İtaliya şirkətləri