Şahrux Xan (, hind. शाहरुख़ ख़ान; ) — daha çox Şah Rux Xan, rəsmi olaraq SRK kimi tanınan məşhur Hindistan film aktyoru.
Mediada tez-tez Bollivudun Padşahı, Kral Xan, Romantikanın Kralı və Bollivudun kralı kimi tanınan Şahrux Xan romantik dram janrından tutmuş hərəkət trilleri janrına kimi olan 80-dən çox filmdə rol almışdır. O töhfələri ilə kino istehsalında çoxlu nailliyyətlər, o cümlədən 14 Filmfare Mükafatı əldə etmişdir. 2005-ci ildə isə Hindistan Hökuməti tərəfindən verilən Hindistanın dördüncü ən yüksək mülki mükafatı hesab olunan Padma Şri mükafatına, Fransa Hökuməti tərəfindən verilən Fransanın ikinci dərəcəli mükafatı hesab olunan İncəsənət və Ədəbiyyat ordeni və dördüncü dərəcəli mükafat olan Fəxri Legion Cəngavəri mükafatına layiq görülüb. Xan, Asiya və Hindistan diasporu tərəfindən xüsusilə izlənilir. Tamaşaçı kütləsi və gəlir baxımından dünyanın ən uğurlu film ulduzlarından biri kimi hesab olunur.
Xan, öz karyerasına 1980-ci illərin sonunda bir neçə televiziya serialı ilə başlayıb. 1992-ci ildə Dəlisov məhəbbət (Deewana) filmi ilə Hind dilli film sahəsində debüt etmişdir. Karyerasının erkən vaxtlarında Qorxu (Darr-1993), Qumarbaz (Baazigar-1993), Qisas (Anjaam-1994) kimi filmlərdə ənənəvi olmayan mənfi rolları ilə tanındı. O Cəsur ürək gəlini aparar (Dilwale Dulhaniya Le Jayenge-1995), Bu ürək dəlidir (Dil To pagal Hai-1997), Nəsə baş verir (Kuch Kuch Hota Hai-1998) Aşiqlər (Mohabbatein-2000) və Həm sevincdə, həm kədərdə (Kabhi Khushi Kabhie Gham…-2001) kimi filmlərdə oynadığı romantik rolları ilə məşhurluq qazanır. Xan, 2002-ci ildə Devdas filmindəki alkaqolçu obrazına görə tənqidi rəğbət qazanır. Xan? sonralar 2004-cü ildə Vətən (Swades) filmindəki roluna görə NASA aliminin tənqidi qiymətini qazanır. 2007-ci ildə İrəli, Hindistan (Chakde India) filmində hokkey məşqçisi və 2010-cu ildə Mənim adım Xandır (My Name is Khan) filmində isə Asperger sindromu obrazını canlandırır. Onun filmoqrafiyasına yüksək gəlirli Çennay ekspresi (Chennai Express-2013), Yeni iliniz mübarək (Happy New Year-2014), Böyük ürəkli (Dilwale-2015) komediya filmləri və Rəis (Raess-2017) kriminal filmi daxildir. Filmlərin çoxunda Hindistanın kimliyi, diaspor cəmiyyəti ilə əlaqə və ya cinsiyyət, irqi, sosial və dini fərqlər və şikayət mövzuları nümayiş etdirilir.
2015-ci ildən etibarən Xan, Red Chillies Entertainment kinofilm istehsalı və paylaşdırma şirkəti və onun törəmə şirkətlərinin həmsədridir. O həmçinin Hindistan Premyer Liqasında iştirak edən Kolkata Knight Riders kriket komandasının və Karib Premyer Liqasında iştirak edən Trinbago Knight Riders komandasının şərikli sahibidir. Aktyor tez-tez səhnə aparıcısı və səhnə şou ifaçısı kimi çıxış edir. Müxtəlif marka bəyənilməsinə və sahibkarlıq işlərinə görə tez-tez mediada "SRK Marka"sı kimi göstərilir. Xan, xeyriyyə səyləri ilə səhiyyəyə və fəlakət bölgələrinə ianələr edir və 2011-ci ildə uşaqların təhsilinə verdiyi dəstəyə görə UNESCO tərəfindən Pyramide con Marni mükafatına və Hindistanda qadın və uşaq hüquqlarının qorunmasındakı liderliyinə görə 2018-ci ildə Dünya İqtisadi Forumu tərəfindən Crystal Award mükafatına layiq görülür. O, mütəmadi olaraq Hindistan mədəniyyətinin ən nüfuzlu şəxslərinin siyahılarında yer alır və 2008-ci ildə Newsweek onu dünyanın ən güclü əlli adamından biri olaraq adlandırır.
Həyatı Şahrux Xan 2 noyabr 1965-ci ildə səhər saat 06:25-də Hindistanın paytaxtı olan Yeni Dehlidə müsəlman ailəsində dünyaya göz açmışdır."B'day Special: Shah Rukh Khan (p. 4)". The Times of India. Archived from the original on 16 December 2014. Retrieved 16 November 2014. Onun atası Tac Məhəmməd Xan Pathan, Britaniya Hindistanı, Pişavar-dan olan Hindistan müstəqillik aktivistlərinin üzvlərindən biri idi. Xana görə onun ata tərəfdən olan babası mənşəcə Əfqanıstanlı olub.2009 interview with an Afghan movie director on Afghan TV channel , Shahrukh Khan states that his father's father (grandfather) is from Afghanistan. Onun anası Lətif Fatimə Hindistan Milli Ordusunda xidmət etmiş Cancua Racput qəbiləsindən olan General Mayor Şah Navaz Xanın qızı olub. Xanın atası Hindistanın parçalamasından əvvəl Pişavarda yerləşən Qissa Khawani Bazaar-dan Yeni Dehliyə gəldi. Şahrux öz mənşəsi barədə Tvitterdə özünü belə təsvir etdi: "Mən yarı Heydərabad (ana), yarı Puştun (ata) bölgəsindənəm, bəzi tərəfim isə Kəşmirdəndir (nənə)…" Onun 15 yaşı olanda atası xərçəng xəstəliyindən dünyasını dəyişdi. Anası isə xəstəliyi böyüyəndən sonra 1990-cı ildə dünyasını dəyişdi. Xan uşaq kimi valideynlərinə bağlı idi. Atasının ölümündən sonra bacısı Şahnaz Lalarux Xan psixi problemlər keçirmişdir. Sonradan Şahrux onu Almaniya kimi ölkələrdə müalicə etdirsə də verdiyi müsahibələrin birində bacısının bəzən anlaşılmaz hərəkətlər etdiyini bildirmişdi. Şahrux öz bacısını çox sevir və həmişə bacısının ona anasını xatırlatdığını söyləyir. Şahnaz Lalarux qardaşı ilə birlikdə Mannat malikanəsində yaşayır. Xan öz atasının ölümünü belə təsvir edir:"atam sonuncu dəqiqələrini yaşayırdı. Anam və mən sakitcə onun başının üstündə dayanmışdıq. Mənim ona dərman almaq üçün pulum yox idi. Əlimdən heç nə gəlmirdi, sakitcə onun ölümünü izləməkdən başqa. Bacım atamın cansız bədənini görəndə huşunu itirdi" Valideynlərinin ölümündən sonra Xan Mumbaya gəlir. O, burada ağır günlər keçirir. Müxtəlif işlərdə çalışır, bəzən dostlarının evində qalır, bəzən isə skamyaların üzərində yatır. Xan valideynləri haqda danışarkən bildirib:…Fikrimcə, mənim valideynlərim haradasa bir ulduzda oturub və oradan oğllarına baxarırlar". Xanın içində valideynlərinin şəkli olan medalyonu var, hansı ki, bu medalyonu Rais filminin çəkilişlərində yaratdığı obrazın xüsusi özəlliyi kimi istifadə edilirdi. Xanın yoldaşı ilə tanışlığı da fərqli olub. 19 yaşlı Xan yoldaşı ilə ortaq dostlarının şənliyində görüşüblər. Xan müsahibədə Qaurinin onun yeganə sevgilisi olduğunu söyləyir. Şənlikdə utanaraq Qaurini rəqsə dəvət edir. O zaman Qaurinin 15 yaşı var idi. 8 il görüşdükdən sonra onlar evlənirlər. Əvvəl Qaurinin ailəsi bu evliliyə qarşı çıxır. Çünki Qauri induist idi, ailəsi isə onun müsəlmanla evlənməyini istəmirdi. Lakin sonradan onlar razılaşırlar. Ümumiyyətlə Xan Qaurinin dininə hörmət edir və həmişə qeyd edir ki, onların evində Quran induistlərin Müqəddəs Tanrısının heykəlinin yanındadır. O övladlarına din baxımdan öz seçimlərini etməkdə sərbəstlik verib. Böyük oğlu Aryan və qızı Suhana onun dinini seçib və Xan bildirib ki, qızı özünü hazır hiss etdikdə onunla birgə Həccə getməyi arzulayır.
Qauri Xan həyat yoldaşının 2 filmində('Om Şanti Om' və 'Yeni İliniz Mübarək' filmləri) qonaq kimi dəvət edilib. 'Yeni İliniz Mübarək' filmində SRK-nın kiçik oğlu Abram da yer alıb.
KONFLIKTLƏRI
---- Aishwaria Rai "Sevgi Yolları İlə" filmi üçün seçilmiş ilk aktrisa idi. Hətta filmin artıq bir neçə səhnəsi də çəkilmişdi. O illərdə gənc aktrisa aktyor Salman Xanla sevgili idi. Salman tez-tez içkili halda çəkiliş meydançasına gəlir və Aishwariani incidir, filmin çəkilişlərinə mane olurdu. Buna görə Şahrux Aishwariani filmdən çıxarır və onun yerinə baş rolda Rani Mukerji çəkilir. Bu hadisədən sonra Aishwaria Rai ilə Şahruxun münasibətləri korlanır. Həmkarlar uzun müddətdən sonra Aishwaria Rai-n "Ae Dil Hai Mushkil" filmində epizodik səhnədə birgə oynayırlar. --- Aktrisa Katrina Kaif-in doğum günü şənliyində aktyor Salman Xanla Şahrux arasında mübahisə yaranır. Mübahisədən sonra hər iki Xan arasındakı mübahisəli münasibət 5 il müddətində davam edir. Halhazırda iki aktyor arasında çox gözəl münasibət var və Şahrux Salmanı "qardaş" adlandırır.
---Məşhur aktrisa Priyanka Chopranın Şahruxla baş rolunu paylaşdığı "Don 2" filminin çəkilişləri bitdikdən sonra iki həmkar arasında eşq yaşandığı haqda yalan məlumatlar yayılmağa başlayıb. Heç bir tərəf bu haqda məlumat verməyib. Bu xəbərin yayılma səbəbi isə Priyanka Chopranın verdiyi müsahibədə geyindiyi kurtkanın keşmiş sevgilisinin ona bağışladığını söyləməsi olub. Beləki müsahibə yayıldıqdan sonra Xanın fanatları dəfələrlə bunun Xana aid olduğunu təsdiqləyiblər. Bu mübahisəli məsələdən sonra həmkarlar artıq bir yerdə heç bir tədbirlərə qatılmırlar. Priyankanın verdiyi müsahibənin Xana heç bir aidiyyəti olmadığı bildirilsə də hal-hazırda belə qalmaqal Bollywoodun ən qaynar mövzularından sayılır.
--- 2011-ci ildə "Mənim adım Xandır" filmi ilə bağlı Amerikaya gedərkən Xan problemlə üzləşib. Məşhur aktyoru soyadı "Xan" olduğu üçün saatlarla nəzarətdə saxlayıblar. 11 sentyabr hadisələrindən sonra aeraportda təhlükəsizliklə əlaqədar olaraq Xanın saxlanıldığı bildirilsə də bu əsassız səbəb olub. "Müsəlman olduğum üçün və soyadım Xan olduğu üçün məni saxladılar və dəfələrlə soruşmağıma baxmayaraq nə üçün saxlanıldığımı söyləmədilər" -deyə Xan müsahibəsində deyib və bildiribki bu yeganə hal deyil, bundan öncə də onu iki dəfə aeraportda saxlayıblar. Sonradan ABŞ hökuməti məsələylə bağlı Xandan üzr istəyib.
---"Rais" filminin qadın baş rolunda oynayan Mahira Xan pakistanlıdır. Filmin çəkilişləri zamanı Hindistan ərazisindən terror təhlükəsi ilə əlaqədar bütün pakistanlılar kənarlaşdırılıb, eləcə də Mahira Xan. Film yayımlandıqda isə filmi bir neçə ştatda baykot ediblər. Səbəb isə baş rola pakistanlı qadının çəkilməsi olub. Aktrisanı digər hindli aktrisalarla (Deepika Podukone, Katrina Kaiflə və s. ilə) müqayisə etməyə başladıqda Xan Mahiranın müdafiəsinə qalxıb və onun digərlərindən heç bir fərqi olmadığını, Mahiranın istedadlı və gözəl aktrisa olduğunu bildirib.
Aktyorluq karyerası Şahrux Xan ilk aktyorluq debütünü 1988-ci ildə etmiş və bir neçə televiziya serialında çəkilmişdir. Kino fəaliyyətinə isə Bollivud adlandırılan Mumbay şəhərinə gəldikdən sonra başlamışdır. İlk rolunu 1992-ci ildə "Dəlisov məhəbbət" filmində ifa edir. Bu filmdəki roluna görə Şahrux Xan Hindistanın ən məşhur kino jurnalı olan "Filmfare" tərəfindən "Ən Yaxşı Debütə görə" mükafatını almışdır.
1993-cü ildə eyni vaxtda iki filmdə — "Qorxu altında həyat" və "Qumarbaz" filmlərində mənfi obrazlar yaratmışdır. İkinci filmdə ifa etdiyi Viki Malhotra rolundan sonra Ən Yaxşı Baş Rola görə yenidən "Filmfare" kino jurnalının mükafafatına layiq görülür. Növbəti mükafatını 1995-ci ildə Kacol Devqanla çəkildiyi "Cəsur ürək gəlini aparar" filmində ifa etdiyi Rac roluna görə alır. Bu film kinoteatrlarda 12 milyard rupi qazanmışdır və bununla Hindistan kino tarixində ən böyük kassa gəliri olan film hesab olunur.
Uğurlu rolları Şahrux Xanı məşhur kino aktyoruna çevirdi. Bəzən o, bir ildə 5–6 filmə dəvət alırdı. Nəticədə o, "Bollivudun Kralı" adını alır. Şahrux Xan hal-hazırda Bollivudun ən çox mükafat alan aktyorudur.
Şahrux Xan Bollivudun məşhur qadın aktrisalarından olan Kacolla müxtəlif filmlərə çəkilmişdir. Həmin filmlər o qədər sevilmişdir ki, Şahrux Xan və Kacol Hindistanın ən çox sevilən cütlüyünə çevrilmişdir. Hətta onlar buna görə "Ən yaxşı cütlük" mükafatını almışlar.
2007-ci ildə əvvəllər Amitabh Baççanın apardığı "Milyonçu" teleoyununun aparıcısı olmuşdur. 2008-ci ilin aprelində isə "Kim 5-ci sinif şagirdindən ağıllıdır?" teleoyununun hind versiyasının aparıcılığını etmişdir. 2011-ci ildə o Hindistandakı 'Wipeout' verilişinin də aparıcılığını etmişdir. İndiyə qədər 80-ə yaxın filmdə çəkilmişdir.
Prodüserlik