Marathilər və ya Marathi xalqı ( və ya ) — Hindistanda yaşayan xalqlardan biri. Bu xalq əsasən Maharaştra ştatının əhalisini təşkil edir, azsaylı qrupları isə qonşu ştatların ərazilərində də yaşayır. Bundan əlavə, İsraildə və Mavriki adasında da diasporası mövcuddur. Sayları 1997-ci ildə 68 milyondan çox olmuşdur, 2007-ci ilə olan məlumata görə isə təxminən 80 milyon nəfər marathi dilində danışır.
thumb|250px|Hindistanın müstəqillik hərəkatının lideri olmuş Bal Qandadhar Tilak marathi idi.
Əhalinin çoxu hinduizmə, qalanları isə caynizmə, iudaizmə, xristianlığa və islama (əsasən Qoa regionunda) etiqad edir. Əsas məşğuliyyətləri əkinçilikdir.
Çoxşaxəli kustar istehsal və qədim dəniz ticarəti ənənələri kapitalizmin inkişafına, fəhlə sinfinin və milli burjuaziyanın formalaşmasına Hindistanın bir çox digər xalqlarından daha əvvəl təkan vermişdir.
Marathilərin əcdadları Raştrakutlar hesab olunur. XV əsrdə rus taciri Afanasi Nikitin marathilərin arasında olmuşdur. Onun hindlilərin məişəti və adət-ənənələri barədə qeydləri əsasən bu xalqla bağlıdır. Bir neçə əsr ərzində marathilər Böyük Moğol imperiyasına (xüsusilə XVII əsrdə Şivaçinin rəhbərliyi altında), portuqaliyalılara və daha sonra isə ingilis müstəmləkəçilərinə qarşı inadla mübarizə aparmışdırlar. Anqlo-marathi müharibələri nəticəsində marathi dövləti ingilislər tərəfindən işğal edilmişdir. Hindistan müstəqillik qazandıqdan (1947) sonra isə 1960-cı ildə milli Maharaştra ştatı yaradılmışdır.
thumb|left|250px|Marathilər ovdan qayıdır, Qvalior qalası. Edvin Lord Uiksin rəsm əsəri, 1887-ci il.
İstinadlar
Ədəbiyyat siyahısı
Əlavə ədəbiyyat siyahısı
John Roberts (June 1971) "The Movement of Elites in Western India under Early British Rule", The Historical Journal 24(2) pp. 241–262 Hiroshi Fukazawa (February 1972) Rural servants in the 18th century Maharashtrian village-demiurgic of Jajmani system? Hitotsubashi Journal of Economics, 12(2), pp. 14–40 Народы Южной Азии. — , 1963. Enthoven R. The tribes and castes of Bombay. — Vol. 1—3. — Bombay, 1920—22. Sardesai G. S. New history of the Marathas. — Vol. 1—3. — Bombay, 1946—48. Кincaid С. A., Parasnis Rao Bahadur D. B. A history of the Maratha people. — Delhi, [a. o.], 1968.
Xarici keçidlər
Kateqoriya:Hindistanda yaşayan etnik qruplar Kateqoriya:Hind-ari xalqları Kateqoriya:Marathi xalqı Kateqoriya:Asiyada yaşayan etnik qruplar Kateqoriya:Xristianlıq