Gallotia caesaris (Byotger kərtənkələsi) — "Lacertidae" fəsiləsinə aid olan bir divar kərtənkələsi növü. Bu növ Kanar adalarına endemikdir. İki tanınmış yarımnövü var.

Etimologiya

Növün xüsusi adı olan "caesaris", alman malakoloqu Sezar Rudolf Byotgerin şərəfinə verilmişdir. Sezar Rudolf Byotger, alman herpetoloq Oskar Byotgerin qardaşı oğlu idi.Beolens B, Watkins M, Grayson M (2011). The Eponym Dictionary of Reptiles. Baltimore: Johns Hopkins University Press. xiii + 296 pp. . (Gallotia caesaris, p. 29).

Coğrafi yayılması və yaşayış mühiti

"G. caesaris" qərbi Kanar adalarından İerro və La Qomeraya məxsusdur. www.reptile-database.org. Qonşu adalar olan Tenerife və La Palmada onun yaxın qohumu olan "Gallotia galloti" ilə əvəz olunur.Maca-Meyer et al. (2003). "G. caesaris" insanlar tərəfindən Portuqaliyaya aid Madeyra adasına introduksiya edilmişdir.Miras et al. (2009). "G. caesaris"in üstünlük verdiyi təbii yaşayış mühitləri qayalıq ərazilər, kolluqlar və meşələrdir. Bu növ dəniz səviyyəsindən 1,500 metr (4,900 fut) yüksəkliyə qədər olan ərazilərdə tapıla bilər.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər