250px|thumb|Hidayət Cəfərov Atropatena dövrü nekropolunda çöl tədqiqatlarının monitorinqi zamanı. Yardımlı, 2024 Hidayət Cəfərov (tam adı: Hidayət Fərrux oğlu Cəfərov; ) — arxeoloq, tarix elmləri doktoru, professor.Azərbaycan Respublikasının əməkdar müəllimi (2006); "Tərəqqi" medalı mükafatçısı (2011); AMEA Arxeologiya və Antropologiya İnstitutunun "Orta və son tunc dövrü arxeologiyası" şöbəsinin baş elmi işçisi; 1971–1979-cu illərdə Gəncə-Qazax arxeoloji ekspedisiyasının tərkibində üzv, dəstə rəisi, ekspedisiya rəisi; 1980-ci ildən "Qarabağ" arxeoloji ekspedisiyasının çöl tədqiqatlarının rəis müavini, 2008-ci ildən ekspedisiya rəisi; Azərbaycan Dövlət İqtisad Universiteti "Humanitar fənlər" kafedrasının professoru.
Hidayət Cəfərov 1968-ci ildən pedaqoji fəaliyyətlə, 1970-ci ildən bugünə kimi isə pedaqoji və elmi fəaliyyətlə məşğuldur. 250px|thumb|Tunc dövrünə aid Xudu təpə yaşayış yerində arxeoloji tədqiqatların monitorinqi. Cəlilabad, 2023
Həyatı Hidayət Cəfərov, 1946-cı il sentyabrın 8-də Beyləqan rayonunun Əlinəzirli kəndində anadan olub. 1953–1961-ci illərdə Beyləqan rayonunun Aşıxlı kənd 8 illik məktəbini, 1961–1964-cü illərdə Beyləqan şəhər 1№-li orta məktəbini bitirmişdir.
1964–68-ci illərdə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsində təhsil almış və həmin İnstitutu fərqlənmə diplomu ilə bitirmişdir. 1968-ci ilin dekabrına qədər Beyləqan rayonu Əlinəzirli kənd orta məktəbində əvvəl müəllim, sonra isə tədris işləri üzrə direktor müavini vəzifəsində çalışmış, 1968–1969-cu illərdə isə Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur.
Ailəsi Hidayət Cəfərov evlidir, 2 övladı və 4 nəvəsi var.
Elmi fəaliyyəti Hidayət Cəfərov 1970-ci ildən Azərbaycan SSR Elmlər Akademiyasının Tarix İnstitutu, "Qədim arxeologiya" şöbəsində baş laborant vəzifəsində çalışmağa başlayıb. 1971-ci ilin iyunun 1-dən kiçik elmi işçi vəzifəsinə keçirilmiş, 1971–1974-cü illərdə Azərbaycan SSR Elmlər Akademiyası Tarix İnstitutunda "Arxeologiya" ixtisası üzrə aspirantura təhsili almışdır. 1978-ci ilin martında Ermənistan SSR EA Arxeologiya və Etnoqrafiya İnstitutunun ixtisaslaşdırılmış Elmi Şurasında "Azərbaycanın son tunc və ilk dəmir dövründə Ön Asiya ölkələri ilə əlaqələri" mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmişdir.
1974–1975-ci illərdə Azərbaycan EA Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya bölməsində baş laborant əvəzi, 1975–1980-ci illərdə kiçik elmi işçi, 1980–1989-cu illərdə həmin bölmədə baş elmi işçi vəzifələrində çalışmışdır. 2007–2023-cü illərdə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun "Eneolit və ilk tunc dövrü arxeologiyası" şöbəsinin rəhbəri vəzifəsində çalışmışdır. Hal-hazırda AMEA Arxeologiya və Antropologiya İnstitutunun "Orta və son tunc dövrü arxeologiyası" şöbəsinin baş elmi işçisidir.
1971-ci ildən müxtəlif arxeoloji ekspedisiyaların (Gəncə-Qazax, Daşkəsən, Muğan, Şəmkir, Mil-Qarabağ) tərkibində iştirak etmiş Hidayət Cəfərov 1978-ci ildə Şəmkir Arxeoloji ekspedisiyasına rəhbərlik etmişdir. 1979-cu ildə həmin ekspedisiyanın rəis müavini, 1980–1988-ci illərdə Mil-Qarabağ arxeoloji ekspedisiyasının rəis müavini, 2-ci dəstənin rəisi olub. 2008-ci ildən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu "Qarabağ" arxeoloji ekspedisiyasının çöl tədqiqatlarına rəhbərlik edir. Onun iştirakı və bilavasitə rəhbərliyi altında Azəbaycanın Gəncə-Qazax, Muğan və Qarabağ bölgələrində onlarla müxtəlif dövrlü və tipli arxeoloji abidə qeydə alınmışdır. Onların bir çoxunda, xüsusilə Qarabağın Xocalı, Borsunlu, Bəyimsarov, Sarıçoban kimi kurqanlarında genişmiqyaslı arxeoloji tədqiqatlar aparılmışdır. Uzun illərin səmərəli çöl-tədqiqat işləri alimin çoxsaylı elmi əsərlərində öz əksini tapmışdır. Onun tədqiqatlarında Azərbaycanın Yaxın Şərq ölkələri ilə mədəni-iqtisadi əlaqələr problemi, son tunc və ilk dəmir dövründə etnik-mədəni proseslərin araşdırılması, Azərbaycanda ilk böyük ictimai quruluş məsələləri və s. xüsusi yer tutur.
1996-cı ildə "Qarqarçay və Tərtərçay hövzəsinin tunc və ilk dəmir dövrü mədəniyyəti" mövzusunda doktorluq dissertasiyasını Bakı Dövlət Universitetinin Tarix fakültəsi nəzdindəki ixtisaslandırılmış Elmi Şurada müdafiə edib. Uzun illərin səmərəli elmi fəaliyyətinin nəticəsində 300-dən artıq elmi əsər, dərslik və metodik vəsaitlər ərsəyə gətirmiş, 20-dən çox namizədlik və doktorluq dissertasiyalarının opponenti olmuş, çoxsaylı əsərlərə elmi redaktorluq etmişdir. Hidyət Cəfərovun rəhbərliyi altında bir elmlər doktoru (Abbas Seyidov) və iki tarix üzrə fəlsəfə doktoru (Tükəzban Göyüşova, Cəmilə Həsənova) dissertasiya işlərini müdafiə etmişlər. Hazırda 5 elmlər doktoru və 2 tarix üzrə fəlsəfə doktoru elmi adını almaq üçün doktorant və dissertantlara rəhbərlik edir.
H.Cəfərov uzun müddət Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Tarix bölməsinin üzvü olub. O, Azərbaycan AMEA Arxeologiya və Antropologiya İnstitutunun Elmi Şurasının və Respublika Təhsil Nazirliyinin Elmi-Metodik Şurası Tarix bölməsinin üzvüdür.
Pedaqoji fəaliyyəti H.Cəfərov elmi fəaliyyəti ilə yanaşı, pedaqoji fəaliyyəti də genişdir. O, 1989-cu ildən Azərbaycan Dövlət İqtisad Universitetində müəllim işləyir. 1989–1996-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin "Azərbaycan tarixi" kafedrasında baş müəllim, dosent, kafedra müdiri vəzifəsində çalışıb. 1997-ci ilin iyun ayında həmin universitetin "Azərbaycan tarixi" kafedrasında professor vəzifəsinə seçilib, 1998-ci ilin iyun ayından kafedra müdiri vəzifəsini əvəz edib, 1999, 2001, 2006 və 2011-ci illərdə müsabiqədən keçməklə "Azərbaycan tarixi" kafedrasının müdiri vəzifəsinə seçilib və 2016-cı ilin iyul ayına kimi bu vəzifədə çalışıb.
Hazırda UNEC-in "Humanitar fənlər" kafedrasının professorudur.
Azərbaycan tarixinin müxtəlif problemlərinə həsr olunmuş 300-dən artıq elmi əsərin, o cümlədən 7 monoqrafiya, 2 kitabça, 2 tədris-metodiki vəsait (ali məktəblər üçün "Azərbaycan tarixi" və orta məktəblərin 6-cı sinfi üçün yazılmış "Azərbaycan tarixi"), 2 tədris proqramı, 3 dərsliyin, iki broşürün müəllifidir.
Hidayət Cəfərov dəfələrlə Respublika, regional və beynəlxalq səpkili elmi konfrans və simpoziumlarda elmi məruzələrlə çıxış etmiş, Respublikanın müxtəlif ali məktəblərində "Arxeologiiya", "İxtisas kursu", "Azərbaycan tarixi", "İqtisadi tarix" kurslarından mühazirələr oxumuşdur.
Elmi əsərləri Hidayət Cəfərovun Google Scholar platformasındakı elmi əsərlərinə 50 istinad edilmiş, H-indeksi 4 və i10-indeksi isə 3-dür. Cəfərovun 11 nəşri mövcuddur. Onun elmi fəaliyyəti əsasən Azərbaycanın tunc dövrü arxeologiyası, o cümlədən Qarabağ bölgəsinin arxeoloji irsinin tədqiqinə yönəlmişdir. Tədqiqat maraqlarına kurqanların, dəfn adətlərinin, erkən şəhər mədəniyyətinin öyrənilməsi, Xocalı-Gədəbəy mədəniyyəti də daxildir. Elmi əsərlərindən bəziləri aşağıdakılardır: Монография. Связи Азербайджане со странами передней Азии в эпоху поздней бронзы и раннего железа (по археологическим материалам Азербайджана). Изд-во "Элм", 1984, 6,75 п.л. Monoqrafiya. Azərbaycan e.ə. IV minilliyin axırı I minilliyin əvvəllərində. Bakı, "Elm", 2000, 36 ç.v. Учебник. История Азербайджана. Учебник для высших учебних заведений. Изд.-во АГЭУ, 2017, 554 с. (в соавтор. Д. Джафаровой) Monoqrafiya. Azərbaycan Dövlət İqtisad Universiteti-80. Azərbaycanda iqtisadi təhsilin ilk ali məktəbi. "Şərq-Qərb" nəşriyyatı, Bakı, 2010, 80 ç.v. (müştərək). Науч. поп. книга. Древнейшие связи Азербайджанских племен со странами Ближнего Востока. Баку, "Элм", 1985, 2,25 п.л. Науч.поп.книга. Борсунлу – погребение племенного вождя. Баку, "Элм", 1986, 2,76 п.л. Elmi-metodik vəsait. Azərbaycanın ən qədim dövr tarixi. Bakı, ADİU–nun nəşri, 1999, 4 ç.v. Науч.-метод. пособия. Поселение эпохи ранней бронзы Северного Карабаха. Баку, "Элм", 2000, 4 п.л. Dərslik. Azərbaycan Tarixi. Ali məktəblər üçün dərslik (akad. Z. Bunuyadovun redaktorluğu ilə). I cild. Bakı, 1994; 2005; 2007; 2009 və s. I fəsil (ibtidai icma quruluşu) Dərslik. Azərbaycan tarixi. Orta məktəblər üçün dərslik. Bakı, 1994; 2000; 2004; 2005; 20010;20012; 20016 və s. azərbaycan və rus dillərində. Azərbaycan tarixi fənninin proqramı. Qrifli nəşr. Bakı, ADİU nəşri, 2017, 3 ç.v. Программа курса "История Азербайджана" (rus dilində). Qrifli nəşr, Bakı,изд. АГЭУ, 2017, 3,5 ç.v. Могилы позднебронзового века, исследованные в Хачбулаге в 1971 г. Известия АН Аз. ССР. Серия история, философия и права Баку.1974, № 3. S.78–93. Новые материалы в районе строительства Шамхорской ГЭС. Археологические открытия в СССР за 1975 г. Москва, 1976, s. 502. Ассирийские глазурованные сосуды из древних памятников Азербайджана. Известия АН Аз. ССР /серия история, философия и права / № 1,1982, s.32–37. Исследования в бассейне реки Инчечай. Археологические открытия в СССР за 1982г. Москва, 1983, s.421. Работы в зоне строительства Шамхорской ГЭС. Археологические открытия в СССР за 1976 г. Москва, 1977, s.492. Работы Шамхорского отряда. Археологические открытия в СССР за 1977 г. Москва, 1978, s.598. Раскопки Шамхорской археологической экспедиции (1978). Археологические открытия в СССР за 1978 г. Москва, 1979, s.514–515. Раскопки на поселении Каратепе. Археологические открытия в СССР за 1980 г. Москва, 1981, s.418. Работы в Карабахе. Археологические открытия в СССР за 1982г. Москва,1984, s.433. Исследования у сел. Борсунлу. Археологические открытия в СССР за 1983г. Москва, 1985, s.485. Новые исслеодвания в Ходжалах. Археологические открытия в СССР за 1984г. Москва, 1986, s.418. Новый памятник эпохи поздней бронзы в Карабахе. Известия АН Аз. ССР /серия история, философия и права/, 1987, № 4, s.71–76 Древние оловянные предметы из памятников Азербайджана и вопросы происхождения олова. Известия АН Аз. ССР /серия история, философия и права/, 1984, № 4, s.100–108 Палеолитические находки у сел. Борсунлу. КСИА АН СССР, вып. 192, 1987, s.67–72. Новые данные о древних связях Азербайджана с Ближним Востоком. Доклады АН Азерб. ССР, 1987, № 6, s.96–99. О работе Миль – Карабахской экспедиции. Археологические открытия в СССР за 1986г. Москва, 1988, s.426–428. Раскопки Кургана Сарычобан. Археологические открытия в СССР за 1986г. Москва, 1988, s.454–455. Древнейшие бронзовые топоры Азербайджана. Доклады АН Азерб. ССР, 1988, № 9, s.65–68. К истории древней металлургии Азербайджана. В кн. Медные рудники Западного Кавказа III–I тыс. до н.э. их роль в горно–металлург. произ. древнего населения. Сухуми, 1988, s.21–22 (в соавтор. И. Наримановым). Горные и равнинные памятники Карабаха и вопросы их взаимоотношений. Сборник материалов Всесоюзной сессии в г. Душети (Грузии), Тбилиси, 1989, 0,5 п.л. О древнейшей металлургии меди на территории Азербайджана. Советская Археология, Москва, 1991, № 1, с.5–14 (в соавт. И. Наримановым). Курган у сел. Беимсаров в Азербайджане. Советская Археология, Москва, 1992, № 2, с.155–170 Курганы эпохи поздней бронзы вблизи Сарычобан. Советская Археология, Москва, 1993, № 3, с.191–207. Царские курганы Карабаха периода "военной демократии" и их культурная корреляция. Между Азией и Европой. Кавказ в IV–V тыс. до н.э. (к 100-летию со дня рожд. А. А. Иессена). Ленинград, 1996, с.105–107. Карабахские курганы периода разложения первобытнообщинного строя. "Tarix və onun problemləri"; nəzəri, elmi-metodik jurnal. Bakı, 1997, № 2, s.57–70. Археологические исследования в Ходжалах в 1984г. "Tarix və onun problemləri"; nəzəri, elmi-metodik jurnal. Bakı,1997, № 1, s.153–162. Azərbaycanın qədim dövr iqtisadiyyatında metallurgiya və metalişləmənin rolu. "İqtisad elmləri: nəzəriyyə və praktika". ADİU-nun elmi orqan, Бакы, 1997, № 3–4, s.69–74. İdeal Həmid oğlu Nərimanov (anadan olmasının 70, elmi-pedaqoji fəaliyyətinin 50 illiyi). Известия НАНА /серия история, философия и права/, 1997, № 4, s.167–169. Qarabağın ilk və orta tunc dövrü abidələrinin xronologiyası. "Tarix və onun problemləri"; Nəzəri, elmi-metodik jurnal. Bakı, 1998, № 3, s.144–149.