KARAN (əsl adı: Mehdi Rzayev; ) — Azərbaycanlı caz pianoçusu, DJ, bəstəkar və aranjimançı. O, caz və elektron musiqini birləşdirən yaradıcılığı ilə tanınır.

Həyatı və təhsili Mehdi Rzayev Masallı rayonunun Çayqıraq kəndində anadan olub. O, Masallı İncəsənət Məktəbinin 7 illik proqramını və Lənkəran Dövlət Humanitar Kollecinin Musiqi fakültəsinin fortepiano şöbəsini bitirmişdir. Daha sonra Azərbaycan Milli Konservatoriyasında təhsilini davam etdirmişdir.

Karyerası Mehdi Rzayev musiqi fəaliyyətinə erkən yaşlarında başlamış, müxtəlif janrlarla maraqlanmışdır. O, həm DJ, həm də elektro musiqi prodüseri kimi fəaliyyət göstərir.

2021-ci ildə ABŞ-da keçirilən "Djooky Music Awards" beynəlxalq müsabiqəsində 120-dən çox ölkənin iştirakçıları arasında fərqlənmiş və amerikalı prodüser Brian Malouf tərəfindən üç dəfə birinci yerə layiq görülmüşdür.

2024-cü ildə İspaniyanın Barselona şəhərində keçirilən beynəlxalq musiqi müsabiqəsində solo ifa və Anar Vəlizadə ilə duet çıxışı ilə birinci yeri qazanmışdır. Burada o, həm də caz pianoçusu kimi fərqlənmişdir.

Musiqi üslubu KARAN-ın yaradıcılığı caz, elektron musiqi, house və Afrohouse janrlarının sintezindən ibarətdir. O, həmçinin müxtəlif etnik alətlərin səslərindən də bəhrələnir.

Nailiyyətləri Djooky Music Awards (2021) — qalib, üç dəfə birinci yerə layiq görülmüşdür.

Fiestalonia yarışması, Barselona (2024) — solo və duo kateqoriyalarında I yer.

USA News (2025) — Azərbaycanlı elektro musiqiçi olaraq qlobal səhnədə tanınması.

İstinadlar

Kateqoriya:Azərbaycan musiqiçiləri