Davud Sərxoş və ya Daud Sarxoş (; ) — etnik cəhətdən Həzara olan müğənni və musiqiçidir.

Erkən həyatı Davud Sarxoş 26 aprel 1971-ci ildə Əfqanıstanın Üruzgan vilayətində (müasir Daykündi vilayəti) anadan olmuşdur. Sərxoşun ilham mənbəyi Əfqanıstan vətəndaş müharibəsi zamanı öldürülmüş böyük qardaşı, zamanının millətçi və əfsanəvi musiqiçisi Sərvər Sərxoş olmuşdur. Sərxoş on yeddi yaşında olarkən qardaşından dombra çalmağı və oxumağı öyrənmişdir. Bundan sonra Sərxoş, əvvəlcə Pakistanın Pişəvər şəhərinə, daha sonra isə Pakistanın Kvetta şəhərinə köçmüşdür.

Karyerası Sərxoş sürgün əzabından və milliyyətçilik hissindən ilhamlanaraq oxuyub mahnılar bəstələməklə öz məharətini inkişaf etdirmişdir. O, kommersiya məqsədləri üçün deyil, nostalji və dünyaya səpələnmiş Əfqanıstan qaçqınlarının qaçqın həyatı ilə bağlı hisslərini çatdırmaq üçün oxuyur. Onun təşkil etdiyi konsertlərə minlərlə insan gedir ki, bu da öz növbəsində Sərxoşun müğənni kimi yüksəlişinin bir işarəsidir. Məhz Kvetta şəhərində Sərxoş, pakistanlı bəstəkar Ərbab Əli Xanın rəhbərliyi altında fisharmoniyanı (musiqi aləti) öyrənmişdir.

Diskoqrafiya 1998: Sarzamin-e-Man (, ). 2000: Parijo (, ). 2004: Sapid-o-Siah (, ). 2005: Khana-e-Gilli (, ). 2007: Oslo konserti 2008: Məryəm (Məryəm adlı bir qıza, ). 2010: Bazi (oyun/tamaşa, ). 2016: Jang-o-jonoon ( və ya , ) Sarkhosh Music inc Canada tərəfindən yayımlanmışdır. 2016: Avstraliyanın paytaxtında konsert. 2017-ci ilin dekabr ayı: Kanadanın paytaxtında konsert 2019: Finlandiya, Avstriya, İsveçdə konsert. 2019: Man o To, (, ). 2019: Avstraliya və Yeni Zelandiyanın paytaxtlarında konsert.

İstinadlar

Xarici keçidlər Davud Sərxoşun rəsmi veb-saytı

Kateqoriya:Həzara müğənniləri Kateqoriya:Dombra ifaçıları Kateqoriya:Şəxslər:Kvetta Kateqoriya:Fars dilində oxuyan Əfqanıstan müğənniləri Kateqoriya:Daykündi şəxsləri Kateqoriya:XX əsr Əfqanıstan kişi müğənniləri Kateqoriya:Həzaraəsilli Avstriya şəxsləri Kateqoriya:Pakistandakı əfqan mühacir musiqiçiləri