Molothrus ater (Qəhvəyi başlı inəkquşu) — Şimali Amerikanın mülayim və subtropik bölgələrinə aid olan kiçik, məcburi parazitlik (başqa quşların yuvalarına yumurta qoyan) bir quş növü.

Təsvir

Qəhvəyi-başlı inəkquşu ümumi görünüş etibarilə tipik bir "ikterid" quşudur, lakin sərçəyə bənzər başı və dimdiyi, həmçinin kiçik ölçüsü ilə fərqlənir. Yetkin erkək fərd parlaq qara rəngdədir və qəhvəyi başı var. Yetkin dişi fərd bir qədər kiçikdir və solğun boz rəngdədir, açıq boğazı və çox incə zolaqlı alt hissələri var. Ümumi uzunluğu 16-22 sm, orta qanad aralığı isə 36 sm-dir.Brown-headed Cowbird, Life History, All About Birds – Cornell Lab of Ornithology . Allaboutbirds.org. Retrieved on 2013-03-09. Çəkisi 30-60 qram arasında dəyişir, dişilərin orta çəkisi 38,8 qram, erkəklərin isə 49 qramdır.CRC Handbook of Avian Body Masses by John B. Dunning Jr. (Editor). CRC Press (1992), .

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:1783-cü ildə təsvir edilən quşlar Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Şimali Amerika quşları Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:1783-cü ildə təsvir edilən heyvanlar Kateqoriya:ABŞ quşları Kateqoriya:Meksika quşları Kateqoriya:30–34 ID olan Taksonbar Kateqoriya:Piter Boddert tərəfindən adlandırılmış taksonlar