Makoto Kobayaşi ()Makoto Kobayashi // Brockhaus Enzyklopädie (нем.)Makoto Kobayashi // Munzinger Personen (нем.) — yapon fiziki, fizika üzrə 2008-ci il Nobel mükafatı laureatı. Zəif qarşılıqlı təsirlər nəzəriyyəsində CP-simmetriya pozulması ilə bağlı məqalənin həmmüəllifi.
Həyat yolu Makoto Kobayaşi 1944-cü ildə aprelin 7-də Naqoyada anadan olub. Təhsilini Naqoya Universitetində bitirmiş və 1972-ci ilin martında orada doktorluq dissertasiyası müdafiə etmişdir. Sonra Kioto Universitetində, 1979-cu ildən isə Yüksək Enerji Fizikası üzrə Milli Laboratoriyada çalışmışdır.
2003-cü ildən — Hissəciklər və Nüvə Tədqiqatları İnstitutunun direktoru olub. 2008-ci ildə "Təbiətdə ən azı üç kvark ailəsinin mövcudluğunu təhmin edən simmetriya qırılmasının mənşəyini kəşf etdiklərinə görə" Toşihide Maskaua ilə birlikdə fizika üzrə Nobel mükafatı alıb. Çoxsaylı milli və beynəlxalq mükafatların laureatıdır.Пресс-релиз КЕК. Архивировано 9 октября 2008 года.Автобиография Макото Кобаяси. Дата обращения: 11 декабря 2009. Архивировано 3 июня 2013 года.
Mükafatları 1985-ci ildə — Yaponiya Elmlər Akademiyasının mükafatı 1985-ci ildə — Sakurai Mükafatı 1994-cü ildə — Asaxi mükafatı 2007-ci ildə — Hissəciklər fizikası və yüksək enerji fizikası sahəsi üzrə mükafat 2008-ci ildə — Mədəniyyət ordeni 2008-ci ildə — Fizika üzrə Nobel Mükafatı
İstinadlar
Kateqoriya:Yaponiyanın nəzəri fizikləri Kateqoriya:XX əsrin fizikləri Kateqoriya:Yaponiya akademikləri