Pipile cumanensis (Mavi boğazlı fitçi qvan) — "Cracidae" fəsiləsinin "Penelopina" yarımfəsiləsinə aid olan bir quş növü.

Təsvir

Uzunluğu 60-69 sm, çəkisi isə təxminən 970-1,350 qramdır. Boyun və quyruq uzun, baş və boyun nisbətən kiçik, quyruq isə nisbətən uzundur. Cinslər eyni görünüşə malikdir. Lələklərinin əksəriyyəti qara rəngli olub, yaşıl-mavi parıltıya malikdir, bu parıltı ən güclü şəkildə çiyinlər, qanadlar və quyruqda görünür. Alın, başın üstü və ensə ağ rənglidir, sinə lələklərinin kənarları da, ağdır. Xarici qanad örtükləri ağdır və qatlanmış qanadda böyük bir ləkə kimi görünür, daxili örtüklərdə isə ağ ləkələr var. Göz ətrafındakı çılpaq dəri ağdan kobalt mavisinə qədər dəyişir. Çənə altındakı çılpaq dəri ağdan kobalt mavisinə, boz-mor, tünd bənövşəyi-boz və ya qara rəngdə ola bilər. Dimdiyi ağ mavi rəngdə və qara uclu və ya qara rəngdə olub, əsası çəhrayı və mavi rəngdədir. Ayaqları qırmızı, qəhvəyi-qırmızı və ya çəhrayı rəngdədir.Kirwan, G. M., J. del Hoyo, N. Collar, D. A. Christie, and C. J. Sharpe (2022). Blue-throated Piping-Guan (Pipile cumanensis), version 1.0. In Birds of the World (B. K. Keeney, Editor). Cornell Lab of Ornithology, Ithaca, NY, USA. https://doi.org/10.2173/bow.butpig1.01 retrieved February 2, 2023

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Cənubi Amerika quşları