Odontomachus — Formicidae yarımfəsiləsinə aid qarışqa cinsi. "Tələ çənəli qarışqalar" kimi tanınan bu növ qarışqa cinsi dünyanın tropik və subtropik bölgələrində yayılıb. Taksonomiyası "Tələ çənəli qarışqalar" olaraq tanınan Odontomachus növləri, 180° açıla bilən bir cüt böyük, düz çənəyə malikdir. Bu çənələr daxili bir mexanizm ilə yerində kilidlənir və çənələrin daxili hissəsindəki həssas tüklərə toxunulduqda ov və ya obyektlər üzərində sürətlə qapanır. Çənələr güclü və sürətlidir, bu da qarışqaya ümumi adını verir. Çənələr ovu öldürür və ya zədələyir, bundan sonra qarışqa onu yuvalarına aparır. "Tələ çənəli qarışqalar"ın sürfələri uzun tikanlarla bəzədilmiş və yuva divarlarına yapışmaq üçün yapışqanlı üst hissəyə malikdir. Onlar ət yeyən və son dərəcə fəal sürfələrdir. Üç dəfə sürfə dəyişdirirlər.

Tələ çənəli qarışqalar əsasən ət yeyirlər, lakin həmçinin nektar, həşərat bal şirəsi və yetişmiş meyvələr ilə də qidalanırlar.

Bu cinsin qarışqaları drakula qarışqası (Mystrium camillae) ilə birlikdə, heyvanlar aləmində ən sürətli ovçu əlavə orqanlara malikdir. Odontomachus bauri üzərində aparılan bir araşdırmada, çənələrin ortalama 130 mikrosaniyə ərzində qapandığı və pik sürətlərin 126 ilə 230 km/saat (78 ilə 143 mil/saat) arasında olduğu qeyd edilib. Tətbiq olunan qüvvə qarışqanın bədən çəkisindən 300 dəfə çox olub və sürət gücü 1,000,000 m/s² və ya 100,000 g idi.

Enoplomischus cinsinin tullanan hörümçəkləri bu qarışqa cinsini təqlid edir.

Odontomachus növləri Mərkəzi və Cənubi Amerika, Asiya, Avstraliya və Afrikada geniş yayılıb. Odontomachus relictus növünə isə yalnız Florida ştatının mərkəzindəki qədim qum təpələrində yerləşən "təhlükədə olan kolluq yaşayış mühitində" rast gəlinir.

Həmçinin bax Acanthognathus

İstinadlar

Ədəbiyyat Bolton B. A new general catalogue of the ants of the world, Harvard University Press, Cambridge, MA, 1995.

Xarici keçidlər Mississippi Entomology Museum: Pictures of worker and male O. haematodus Ant's super-fast bite is a built-in 'ejector seat' Ferocious ants bite like a bullet - BBC News, 21 August 2006. :en:Elli Leadbeater. Retrieved 22 August 2006 Man-trap jaws make ant fastest predator - Scotsman, 22 August 2006. John Von Radowitz. Retrieved 22 August 2006

Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Qarışqalar