Çəkilmə sindromu — dərman maddəsinin qəbulunun dayandırılması və ya dozunun azaldılması zamanı orqanizmdə yaranan bir reaksiyadır. Bu zaman xəstənin vəziyyəti pisləşir, müalicədən əvvəlki simptomlar geri qayıdır. Bəzi hallarda isə yeni simptomlar əmələ gəlir.
Çəkilmə sindromu istənilən psixotrop maddənin intensiv istifadəsinin kəsilməsi nəticəsində də yarana bilir. Bu hal abstinensiya kimi də tanınır. Bunlara hipotenziv dərmanların (təzyiq salan dərmanların) dayandırılmasından sonra arterial təzyiqin yüksəlməsini, antianginal preparatların (məsələn, nitroqliserin) dayandırılmasından sonra stenokardiyanın (ürək ağrılarının) güclənməsini misal göstərmək olar. Ana hamiləliyin üçüncü trimestrində fenobarbital qəbul edibsə, doğulan uşaqda kəskin çəkilmə sindromunun əlamətləri müşahidə oluna bilər.
Çəkilmə sindromunun risk amilləri Çəkilmə sindromu ilk növbədə orqanizmdən tez xaric olan preparatlar üçün xarakterikdir. Dərman orqanizmdən nə qədər sürətlə xaric olunursa, çəkilmə sindromu bir o qədər güclü və aydın formada özünü göstərə bilər.Федеральные клинические рекомендации по диагностике и лечению абстинентного синдрома // Российское общество психиатров, июнь 2014 — С.26
Risk amilləri yalnız dərmanın qəbulunun tam dayandırılması ilə bağlı deyildir. Çəkilmə sindromu müalicə zamanı dərmanın növbəti dozasının təsiri arasında olan fasilələrdə də ortaya çıxa bilər. Çəkilmə sindromunun bir növü də "sıfır saat fenomeni"dir (ing. zero-hour phenomenon). Bu halda simptomlar növbəti dərman dozasının qəbulu arasında çox uzun fasilə olması səbəbilə baş verir. Məsələn, səhər saatlarında, xəstə hələ dərmanı qəbul etməmişkən, əvvəlki dozanın təsiri tam bitmiş olur və simptomlar yaranır. Digər bir növ isə "rikoshet fenomeni" (ing. rebound effect) və ya "mənfi son təsir" fenomenidir. Bu vəziyyətdə çəkilmə sindromu çox sürətlə orqanizmdən çıxması nəticəsində meydana gəlir. Bu, qısa təsir müddətli bəzi preparatların qəbulu zamanı və ya dərmanın birdən-birə dayandırıldığı hallarda, məsələn, intravenoz (damar daxilinə) yeridilən dərmanın qəfil kəsilməsi ilə müşahidə oluna bilər.
Bəzi nümunələr Çəkilmə sindromunun inkişaf riski yüksək olan dərmanlara aşağıdakılar aiddir:
Bəzi antidepressantlar Antipsikotik dərmanlar Barbituratlar Benzodiazepinlər Opiatlar Psixostimulyatorlar
İstinadlar
Ədəbiyyat Lehmann, Peter. Coming off Psychiatric Drugs. — Germany: Peter Lehmann Publishing, 2002. — ISBN 1-891408-98-4.
Keçidlər Sørensen A, Rüdinger B, Гётше, Петер|Gøtzsche PC, Toft BC. A practical guide to slow psychiatric drug withdrawal
Kateqoriya:Psixi pozuntular Kateqoriya:Psixi sağlamlıq Kateqoriya:Xəstəliklərin təsnifatı