Hans Albrext Bete (; ) — amerikalı astrofizik və nüvə fiziki. 1967-ci ildə fizika üzrə Nobel mükafatı almışdır. Onun maraq dairəsinə həmçinin kvant elektrodinamikası və bərk cisimlər fizikası daxildir.
ABŞ Milli Elmlər Akademiyasının (1944) və Amerika Fəlsəfə Cəmiyyətinin üzvü, London Kral Cəmiyyətinin xarici üzvü (1957), Leopoldina üzvü (1978), Rusiya Elmlər Akademiyasının xarici üzvü (1994) olmuşdur.
Elmə töhfəsi Onun əsas əsərləri nüvə fizikası və astrofizikaya həsr olunub. O, termonüvə reaksiyalarının proton-proton dövrəsini kəşf etmişdir (1938). O, kütləli ulduzlarda termonüvə reaksiyaları prosesini izah etməyə imkan verən altı mərhələli karbon-azot dövrü təklif etdi (1938, K. Weizsäckerdən asılı olmayaraq). Bete maddədə hərəkət edən yüklü hissəciyin enerji itkisini təyin etmək üçün düsturun müəllifidir (1934). 1947-ci ildə Bete Lamb dəyişikliyini izah etdi, kvant nəzəriyyəsinə radiasiya korreksiyalarını daxil etdi və yenidən normallaşma nəzəriyyəsinin əsasını qoydu. İki qarşılıqlı təsir edən zərrəəciklər sistemini təsvir edən Bete-Solpiter tənliyi (1951) elementar zərrəciklər nəzəriyyəsində geniş istifadə olunur.
1929-cu ildə o, kristal sahəsinin kvant kimyəvi nəzəriyyəsini inkişaf etdirdi, bu nəzəriyyə molekulun ən aşağı enerji vəziyyətlərini ətrafdakı atomlar və ya ionların yaratdığı elektrostatik sahədə yerləşən tək bir atomun (ionun) vəziyyətləri hesab edir.
Hans Bete 250-dən çox elmi məqalənin, o cümlədən fiziklər tərəfindən hələ də geniş istifadə olunan “Bir və iki elektronlu atomların kvant mexanikası” (. - Berlin: Springer, 1957) müəllifidir. Elmi fəaliyyətini yaşlı vaxtlarına qədər davam etdirmişdir. Ömrünün son 20 ilində o, əsasən neytrino fizikası sahəsində çalışmış, xüsusən də günəş neytrinolarının çatışmazlığı probleminə həsr olunmuş silsilə əsərlər dərc etdirmişdir. Tələbələrindən biri olan Friman Dayson Beteni XX əsrdə elmi problemləri ən yaxşı həll edən alim hesab edirdi.
Müsahibələri
İstinadlar
Kateqoriya:Amerikan Nobel mükafatı laureatları Kateqoriya:Fizika üzrə Nobel mükafatı laureatları Kateqoriya:Amerika Fəlsəfə Cəmiyyətinin üzvləri Kateqoriya:Amerika İncəsənət və Elmlər Akademiyasının üzvləri Kateqoriya:Leopoldin Alman Milli Elmlər Akademiyasının üzvləri Kateqoriya:London Kral Cəmiyyətinin əcnəbi üzvləri Kateqoriya:ABŞ Milli Elmlər Akademiyasının üzvləri Kateqoriya:Manhetten layihəsi şəxsləri Kateqoriya:ABŞ fizikləri Kateqoriya:Əlifba sırasına görə Nobel mükafatı laureatları Kateqoriya:ABŞ Milli Elmlər medalı ilə təltif olunanlar Kateqoriya:İncəsənət və elm sahəsində Pour le Mérite ordeninin kavalerləri Kateqoriya:Kornell Universitetinin müəllimləri Kateqoriya:Tübingen Universitetinin müəllimləri Kateqoriya:2005-ci ildə vəfat edənlər Kateqoriya:6 martda vəfat edənlər Kateqoriya:Strasburqda doğulanlar Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Vikipediya:Vikidatada mənbələri olan məqalələr Kateqoriya:1906-cı ildə doğulanlar Kateqoriya:2 iyulda doğulanlar Kateqoriya:ABŞ ateistləri Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:Almaniya yəhudiləri Kateqoriya:İohann Volfqanq Göte adına Frankfurt Universitetinin müəllimləri Kateqoriya:İxtiraçılar Kateqoriya:Almaniyadan ABŞ-yə mühacirət edənlər Kateqoriya:Nüvə fizikləri