The World Ends with You (yap. すばらしきこのせかい, romaci: Subarashiki Kono Sekai) — Square Enix və Jupiter studiyaları ilə birgə yaradılmış döyüş rol oyunudur. 2007-ci ilin iyul ayında Yaponiya və 2008-ci ilin aprel ayında Avropa, Avstraliya və Şimali Amerikada Nintendo DS üçün nəzərdə tutularaq satışa sunulmuşdur. Daha sonra 2012-ci ildə h.a.n.d. (Hokkaido Artists' Network and Development, tərcümədə "Hokkaido Sənətkarlarının Şəbəkəsi və İnkişafı") tərəfindən "The World Ends with You: Solo Remix" adı altında mobil cihazlar üçün, 2018-ci ildə "The World Ends with You: Final Remix" adı ilə Nintendo Switch üçün nəzərdə tutularaq dünya bazarına sunulmuşdur.
Geympley Oyunda hadisələr Tokionun xüsusi rayonlarından olan Şibuyada cərəyan etməkdədir. Oyunun baş qəhrəmanı olan Neku Sakuraba oyandığında özünü alt dünyada (ing. Underground) tapır və özünə gəlməyə macal tapmamış naməlum telefondan ona ünvanlanmış tapşırıqlar gəlir. Bu zaman o özü kimi digər oyunçuları da tapır və, beləliklə, oyunun öhdəsindən tək gələ bilməyəcəyini anlayır.
Oyunda hər bir fəsil bir həftəni nəzərdə tutur və hər həftəsonu qaliblər və uduzanlar müəyyənləşir. Qaliblər həqiqi dünyaya (ing. Realground) qayıdır, uduzanlar isə həm yer altından, həm də yer üstündən silinir.
Hər bir həftə boyunca oyunçular səslərlə (ing. Noise) döyüşə girirlər. Bunun üçün isə oyunçular bir-biri ilə müqavilə bağlamalıdır, əks təqdirdə hücum edə bilməzlər. Döyüşdə silah rolunu nişanlar oynayır, bəzən bu nişanlara əsasən oyunçuları oyunu keçirənlərdən ayırmaq mümkündür.
Xarici keçidlər The World Ends with You -Final Remix- (yap.) The World Ends with You -Solo Remix- (yap.)
Kateqoriya:2007-ci ilin videooyunları Kateqoriya:Nintendo DS videooyunları Kateqoriya:Döyüş rol oyunları Kateqoriya:Şibuya Kateqoriya:Square Enix oyunları Kateqoriya:Square Enix franşizaları Kateqoriya:İOS videooyunları Kateqoriya:Android videooyunları Kateqoriya:Birnəfərli və çoxnəfərli oyunlar Kateqoriya:2012-ci ilin videooyunları Kateqoriya:2014-cü ilin videooyunları Kateqoriya:2012-ci ilin videooyunları Kateqoriya:Yaponiya videooyunları Kateqoriya:Manqa seriyaları Kateqoriya:Fentezi anime və manqaları Kateqoriya:Nintendo Switch videooyunları Kateqoriya:Gangan Comics manqaları Kateqoriya:Qadın protaqonisti olan videooyunlar