1755–1756-cı illər Konstantinopol Kilsə Məclisi — 1755–1756-cı illərdə çağırılan Pravoslav Kilsəsinin lokal məclisi. Kilsə Məclisi Pravoslav Kilsəsindən kənarda icra edilən bütün müqəddəs sakramentləri etibarsız elan etmiş, Katolik Kilsəsinin vəftiz təcrübəsini tənqid etmişПрот. Валентин Асмус, М. В. Никифоров, П. В. Кузенков, Д. Е. Афиногенов, А. В. Бармин, М. М. Бернацкий, Диак. Павел Ермилов, А. Г. Дунаев, Л. А. Герд. Константинопольские соборы // Православная энциклопедия. — М., 2015. — Т. XXXVII : Константин — Корин. — С. 299–343. — 33 000 экз. — ISBN 978-5-89572-045-5. və katoliklər ilə protestantların pravoslavlığa keçərkən yenidən vəftiz olunması barədə qərar qəbul etmişdir.
Heterodoksların qəbulu 1054-cü ildə baş tutmuş Böyük Sxizma və Reformasiya hərəkatı Pravoslav Kilsəsinin katolisizm və protestantizmə münasibətinin formalaşmasına səbəb olmuşdur. Katoliklərin Pravoslav Kilsəsinə qəbul forması ilə bağlı müxtəlif yanaşmalar mövcud idi. Bunlar tövbə, miropomazaniye və ya vəftiz yolu ilə həyata keçirilirdi. 1484-cü ildə keçirilmiş Konstantinopol Kilsə Məclisi bu məsələni nizama salaraq katoliklərin miropomazaniye yolu ilə qəbul edilməsini qərara almışdır.Зайцев А. А. Границы Церкви // Православная энциклопедия. — М., 2006. — Т. XII : Гомельская и Жлобинская епархия — Григорий Пакуриан. — С. 265–283. — 39 000 экз. — ISBN 5-89572-017-X. Bu praktika Pravoslav Kilsəsində geniş şəkildə tətbiq olunurdu. Antioxiya patriarxı III Makari 1657-ci ildə yazmışdır:Панченко К. А., Ченцова В. Г. Макарий III // Православная энциклопедия. — М., 2016. — Т. XLII : Львовский собор — Максим, блаженный, Московский. — С. 534–544. — 30 000 экз. — ISBN 978-5-89572-047-9.
Katoliklərin təkrar vəftiz olunmasına qarşı çıxan Konstantinopol patriarxı III İeremiya da bu fikri müdafiə etmişdir. 1723-cü ildə Şərqi-Katolik Kilsəsinin üç patriarxı – Konstantinopol patriarxı III İeremiya, Antioxiya patriarxı III Afanasi və Yerusəlim patriarxı Xrisanf "Pravoslav imanı haqqında məktub"da bu məsələnin qəbuledilməz olduğunu vurğulamışdılar:
XVII əsrdə Osmanlı imperiyasında pravoslavlar arasında katolik prozelitizmi güclənmişdi. 1729-cu ildə Roma İnam Təbliğatı Konqreqasiyası katoliklərlə bir olmayan xristianların katolik mərasimlərində () iştirakını qadağan etmiş və bu da Pravoslav Kilsəsinin mərasimlərinin qanuniliyinə şübhə yaratmışdır.
Zəmin 250px|right|thumb|Konstantinopol patriarxı V Kirill iki dövrdə (1748–1751-ci illər və 1752–1757-ci illər) vəzifədə olmuşdur.
Latın əleyhdarı mövqedə dayanan V Kirill keçmiş katoliklərin yalnız vəftiz yolu ilə qəbul edilməsini tələb etmişdir. O, bu mövqeyinə görə 1751-ci ilin iyununda mitropolitlər tərəfindən devrilərək Xalki adasına sürgün edilmişdir.Л. В. Луховицкий. Кирилл V // Православная энциклопедия. — М., 2014. — Т. XXXIV : Кипрская православная церковь — Кирион, Вассиан, Агафон и Моисей. — С. 560—562. — 33 000 экз. — ISBN 978-5-89572-039-4. Onun yerinə təyin olunan II Paisi və Müqəddəs Sinod V Kirillin mövqeyini, həmçinin onu dəstəkləyən rahib Avksentinin fikirlərini rədd etmişdir. Sonradan Avksentinin həbs edilməsi iğtişaşlara səbəb olmuşdur. Nəticədə, xalq təzyiqi ilə V Kirill vəzifəsinə qaytarılmışdır. 1755-ci ildə V Kirill məktub yayımlamış, burada katoliklərin və ermənilərin vəftiz edilməsini etibarsız hesab etmişdir. Buna cavab olaraq, Kizik mitropoliti Ananiyanın rəhbərliyi ilə Müqəddəs Sinodun 18 arxiyereyi patriarxın mövqeyinə qarşı dekret yaymışdır. Buna baxmayaraq, sözügedən arxiyereylər Konstantinopoldan uzaqlaşdırılmış, Kirillin məktubu isə kilsələrdə oxunmuşdur.
Beləliklə, 1755-ci ildə Pravoslav Kilsəsində heterodoksların qəbul edilməsi məsələsi ciddi qarşıdurmaya çevrilmişdir. Bir tərəfdə V Kirill və Avksenti Diakon, digər tərəfdə isə II Paisi və mitropolit IV Kallinik dayanırdı. V Kirill müttəfiq axtarışına çıxmış, İskəndəriyyə və Yerusəlim patriarxlarından dəstək istəmişdir.
Yepiskop Sergey Serafimov Kilsə Məclisinin çağırılma səbəblərini Yunan Kilsəsinin ağır vəziyyəti və yezuitlərin fəal təbliğatına qarşı mübarizə səyləri ilə izah etmişdir. Kilsə tarixçisi Aleksey Lebedev bu qərarların kilsədəki nizamsızlıq şəraitində qəbul edildiyini qeyd etmişdir. Serb kanonisti yepiskop Nikodim Milaş qərarların səbəbi kimi pravoslav–katolik münasibətlərində olan gərginliyi və latın təbliğatının qarşısının alınmasını göstərmişdir.
Qərarları Kilsə Məclisi katolisizmə aid vəftiz praktikasını rədd etmişdir. Kilsə Məclisinin qərarında bildirilmişdir:
Bu qərar Konstantinopol patriarxı V Kirill, İskəndəriyyə patriarxı Matfey Psalt və Yerusəlim patriarxı Parfeni tərəfindən imzalanmışdır. Qərarda Roma-Katolik Kilsəsinin adının çəkilməyinə baxmayaraq, bu əsasən katoliklərə qarşı yönəlmişdi.Свящ. Димитрий Пашков. Икономия // Православная энциклопедия. — М., 2009. — Т. XXII : Икона — Иннокентий. — С. 51–58. — 39 000 экз. — ISBN 978-5-89572-040-0. Qərardan sonra yunan kilsələrində katolik və protestantların təkrar vəftiz olunmağına başlamasına baxmayaraq, qeyri-xalkedon və Efesdən əvvəlki kilsələrdən ortodoksluğa keçənlər əvvəlki kimi vəftiz olunmadan qəbul edilirdi, Rus Pravoslav Kilsəsində isə katoliklər tövbə mərasimi ilə qəbul edilməyə davam edirdi.
Əhəmiyyəti Tədqiqatçılar hesab edirlər ki, bu qərarlar ekklesioloji səbəblərdən çox Egey adalarında yezuit missionerliyinə qarşı reaksiya idi. Katoliklərin təkrar vəftiz olunması Şərqi Avropa və Yaxın Şərqdə ortodokslar tərəfindən katolik təsirinə qarşı müdafiə tədbiri kimi dəyərləndirilir. Yunandilli lokal ortodoks kilsələrində bu praktika XIX əsrin sonuna qədər davam etmişdir.
İlahiyyatçı Nikolay Afanasyev qərarın kanonlara istinadlarında qeyri-dəqiqliklər olduğunu, İkinci Ekumenik və Trullo Kilsə Məclislərinin qaydalarının V Kirillin iddia etdiyi tələbləri irəli sürmədiyini bildirmişdir. Afanasyev bu qərarın Karfagenli Kiprianın təliminə istinad etdiyini və ziddiyyətli prinsiplərin eyni vaxtda qəbul edildiyini tənqid etmişdir. Nikodim Milaş qeyd etmişdir ki, Kilsə heç vaxt tökülmə ilə olan vəftizi pisləməmişdir və bu səbəbdən 1756-cı il Kilsə Məclisinin qərarı əvvəlki təcrübəyə ziddir.
Avstriyalı kilsə tarixçisi Ernst Zuttner qeyd edirdi ki, bu qərar Böyük Sxizmadan sonra Latın Kilsəsinə qarşı ən sərt münasibət olmuşdur. Onun fikrinə görə, 1729-cu il katolik və 1756-cı il pravoslav qərarları 1054-cü ilin qarşılıqlı lənətlərindən daha dərin parçalanmaya səbəb olmuşdur. Arximandrit Amvrosi Poqodin bu qərarı "kilsəvi" yox, "demaqoji və şovinist" xarakterli hesab edirdi. Kilsə tarixçisi İvan Meyendorf bu qərarı XVIII əsrdə Yunanıstanda katoliklərin pravoslavlar arasında nüfuz qazanmaq cəhdlərinə qarşı atılmış addım kimi qiymətləndirirdi.
1756-cı il Kilsə Məclisinin qərarları mövcud pravoslav ənənəsinə İkinci Ekumenik Kilsə Məclisinin 7-ci, Trullo Kilsə Məclisinin 95-ci və 1484-cü il Konstantinopol Kilsə Məclisinin qərarlarına zidd olduğu üçün yunan kanonistləri bu fərqi "ikonomiya" və ya "mülayimlik" prinsipi ilə izah etməyə çalışmışdılar.
Mənbə
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər
Kateqoriya:Konstantinopolda Kilsə Məclisləri Kateqoriya:XVIII əsrdə Osmanlı imperiyası Kateqoriya:1756