Edvard Stuart Devis (; ) — XX əsr Amerikalı rəssam və qrafik dizayner. O, modernizm incəsənət hərəkatının əsas nümayəndələrindən biri olub və öz unikal üslubu ilə Amerika incəsənətinə böyük təsir göstərib.Patterson, J. (2009). Stuart Davis's painting and politics in the 1930s. The Burlington Magazine, 151465–468. Devis, kubizm və fovizm kimi Avropa cərəyanlarından ilham alaraq onları Amerika şəhər həyatının və caz musiqisinin dinamikliyi ilə birləşdirib. Həyatı Stuart Devis 7 dekabr 1892-ci ildə Filadelfiyada anadan olub. Onun valideynləri incəsənətlə məşğul idi, atası incəsənət redaktoru, anası isə heykəltəraş olub. Bu mühit Devisin incəsənətə marağını erkən yaşlarda formalaşdırıb. O, Nyu-York şəhərində yerləşən Robert Henri tərəfindən idarə olunan "Aşkan Skul"da təhsil almış və burada incəsənətin realizm istiqamətinə maraq göstərməyə başlayıb. Yaradıcılığı və üslubu Stuart Devisin yaradıcılığı müxtəlif dövrlərə bölünür. İlk əsərlərində "Aşkan Skul"un təsiri hiss olunsa da, o, sonralar Avropada yaranan modernizm cərəyanlara yönəlib. 1920-ci illərdə Parisə səyahət edərək kubizm və fovizmlə yaxından tanış olub və bu üslubları öz əsərlərinə uyğun şəkildə tətbiq edib. Devisin əsərləri əsasən parlaq rənglər, abstrakt formalar və güclü ritm duyğusu ilə seçilib. O, gündəlik şəhər həyatının vizual elementlərini, mağaza lövhələri, reklam afişaları, qəzetlər və caz musiqisinin tempini öz rəsmlərinə daxil edirdi. "Lucky Strike" (1921) və "Hot Still-Scape for Six Colors – 7th Avenue Style" (1940) kimi əsərləri bu üslubun parlaq nümunələridir. Amerika modernizminə təsiri Stuart Davis, modernizmi Amerikanın mədəni kontekstinə uyğunlaşdırmağa çalışan ən mühüm sənətkarlardan biri idi. Onun sənəti xüsusilə 1930-cu illərdə böyük diqqət çəkmiş və o, müxtəlif sərgilərdə iştirak edib. 1940-1950-ci illərdə o, abstrakt ekspressionizmin inkişafına da təsir göstərib. Devis, eyni zamanda, sənət nəzəriyyələri ilə də məşğul olurdu və öz ideyalarını rəssamlıq sahəsində dərs deyərək və məqalələr yazaraq paylaşırdı. O, Amerika incəsənətinin kommersiya təsirlərindən uzaq, orijinal bir ifadə vasitəsi olmasını müdafiə edirdi.Kramer, Hilton. (April 13, 1975). Art view . The New York Times.
Qalereya
İstinadlar
Ədəbiyyat )
:en:Lowery Stokes Sims et al., Stuart Davis: American Painter, 333 pages, 129 color illus., :en:The Metropolitan Museum of Art and :en:Harry N. Abrams, Inc. 1991. :en:Karen Wilkin 1999 - Stuart Davis in Gloucester ()
Xarici keçidlər
Stuart Davis Artwork Examples on AskART. Stuart Davis Artwork Examples on ibiblio's WebMuseum. Comrades in Art: Stuart Davis Stuart Davis' Swing Landscape "STUART DAVIS: IN FULL SWING" retrospective at the Whitney Museum June 10 – Sept 25 2016, Blips and Ifs (1963–1964), a painting in the collection of the Amon Carter Museum of American Art Self-Portrait (1919), a painting in the collection of the Amon Carter Museum of American Art
Kateqoriya:XX əsr ABŞ rəssamları