Bothriechis rowleyi — Viperidae fəsiləsinin Crotalinae yarımfəsiləsinə aid olan zəhərli bir çuxurbaş ilan növü. Bu növ Meksikaya endemikdir və heç bir yarımnövü tanınmır.
Coğrafi yayılması
"B. rowleyi" Meksikanın cənub-şərqi Oaxaka və şimali Çiapas bölgələrində rast gəlinir. Bu növ 1,500–1,830 metr (4,920–6,000 fut) yüksəklikdə bulud meşələrində yaşayır. Tip lokaliteti "Rancho Vicente"-dən şimala doğru uzanan bir silsilə, Kolonia Rodolfo Figeroa, Serro Baul-dan təxminən 5 mil qərbdə" kimi göstərilir. Bu ərazi təxminən 1,520 metr (4,990 fut) yüksəklikdə, Rio Qricalva çayının mənbəyində, San Pedero Tapanatepek-dən təxminən 30 kilometr (19 mil) şimal və bir qədər şərqdə, Oaxaka ştatınınl Yuçitan rayonunda yerləşir.McDiarmid RW, Campbell JA, Touré TA (1999). Snake Species of the World: A Taxonomic and Geographic Reference, Volume 1. Washington, District of Columbia: Herpetologists' League. 511 pp. (series). (volume).
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Həssas növlər