Sami Mmae ( ) — Belçikada doğulmuş mərakeşli futbolçu. Hal hazırda Ağdamın Qarabağ klubunda və Mərakeş milli komandasında mərkəz müdafiəçisi kimi çıxış edir.

Karyera Semi Mmaee futbol karyerasına Gent klubunun akademiyasında başlayıb və 2013-cü ildə Standard Lyej klubunun akademiyasına keçmişdir.

2013-cü ildə "Standart"ın əsas komandasına yüksəlib. 25 iyul 2014-cü ildə, Belçika çempionatında "Şarlerua" klubuna qarşı baş tutmuş oyunda meydana çıxaraq rəsmi debüt edib. "Standart"da keçirdiyi 3 ildə 8 dəfə liqa matçında meydana çıxmışdır.

2017-ci ildə, Hollandiyanın "MVV Maastrikt" klubuna icarəyə verilmişdir. 8 avqust 2017-ci ildə, "Qou Exed İqlz" komandası ilə baş tutmuş matçda meydana çıxaraq yeni komandasında debüt etmişdir. Sentyabrın 8-də "De Qraafxhap" klubu ilə baş tutmuş matçda Mmae "MVV Maastrikt" heyətində ilk qolunu vurmuşdur. Futbolçu burada ümumulikdə 30 oyunda meydana çıxmış və 5 qol vurmuşdur.

2019-cu ilin yanvar ayında Sent-Trüyden klubuna transfer olunmuşdur. yamnvar ayının 26-da "Şerl Brügge" klubuna qarşı matçda meydana çıxaraq "Sent-Trüyden" klubunda debüt etmişdir. "Sent-Trüyden" klubunda 3 mövsüm çıxış edərək 42 matçda meydanda olmuşdur.

2020-ci ilin qışında futbolçu Macarıstanın Ferentsvaroş klubuna transfer olmuşdur. Transfer 500 min avroya baş tutmuşdur. "Ferentsvaroş" klubunda 4 mövsüm çıxış edən futbolçu, burada 103 matçda meydana çıxaraq 6 qol vurmuşdur. 2024-cü ildə klubunu tərk etmişdir.

2024-cü ildə Xorvatiyanın "Dinamo" klubuna keçmişdir. 2 avqust 2024-cü ildə, "İstra 1961" klubuna qarşı baş tutmuş matçda, "Dinamo"nun heyətində debüt etmişdir. "Dinamo"da 1 mövsümdə 21 oyunda mçeydana çıxmış və 1 qol vurmuşdur.

17 iyul 2025-ci ildə, "Qarabağ" klubu futbolçunu 1 illik icarəyə götürür. Müdafiəçi "Qarabağ"da 3 nömrəli forma ilə çıxış edəcək.

Milli komanda Mmmae Belçikada doğulub. Atası kamerunlu, anası isə mərakeşlidir. Gənc yaşlarında Belçikanın "U-19" və "U-21" milli komandalarında çıxış edib. Ancaq sonradan Mərakeş milli komandasını seçib. O, 9 oktyabr 2020-ci ildə Seneqal millisi ilə baş tutmuş yoldaşlıq oyununda Mərakeş millisininin heyətində debüt edib.

Uğurları "Standart"

Belçika Kuboku: 2015–16

"Ferentsvaroş"

Mcarıstan çempionu: (4) 2020–21, 2021–22, 2022–23, 2023–24 Macarıstan kuboku: 2021–22

İstinadlar

Kateqoriya:Mərakeşin kişi futbolçuları Kateqoriya:Belçikanın kişi futbolçuları Kateqoriya:Futbol mərkəz müdafiəçiləri Kateqoriya:Belçika U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Belçika milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Qaradərili Belçika idmançıları Kateqoriya:Kamerun əsilli idmançılar Kateqoriya:Maastrixt FK futbolçuları Kateqoriya:Ferentsvaroş FK futbolçuları Kateqoriya:Belçika Birinci Diviziyası A futbolçuları Kateqoriya:Niderland Birinci Diviziyası futbolçuları Kateqoriya:Xorvatiya Futbol Liqası futbolçuları Kateqoriya:Niderlandda legioner Belçika idmançıları Kateqoriya:Qarabağ FK futbolçuları Kateqoriya:Dinamo Zaqreb FK futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:Xorvatiya Futbol Liqası futbolçuları Kateqoriya:Kipr Birinci Diviziyası futbolçuları Kateqoriya:Kiprdəki əcnəbi kişi futbolçular Kateqoriya:Macarıstan futbol çempionatının futbolçuları