Pastilla və yaxud bastilla, o cümlədən Şimali Afrika piroqu — (; ) — Mərakeş və tarixi Əndəlüsün in ən məşhur yeməklərindən biri. Bəzən bu yeməyə Şimali Afrika piroqu da deyirlər. Əsasən toyuq, yaxud da dəniz məhsullarından hazırlanır. Keçmişdən gələn bu ləzzət incə bir xəmir təbəqəsinin içinə badamlı toyuq qarışımı doldurularaq hazırlanır. İçindəki ət, zəfəran və digər ədviyyatlarla bişən bu yemək, üzərinə şəkər tozu və darçın səpilərək təqdim olunur. Mərakeş mətbəxinin zənginliyinin bir simvolu olan pastilla, adətən xüsusi mərasimlərdə və bayramlarda hazırlanır. Mərakeş Pireney yarımadası ilə intensiv ticarət və mədəni əlaqələrə sahib olduğundan, bu yeməkdəki ədviyyatlar və tərkiblər müxtəlif mədəniyyətlərin birləşməsini göstərir.Bouksani, Louisa (1989). Gastronomie Algérienne. Alger, Ed. Jefal. p. 150 Tarixi Həm islam, həm də ispan təsiri altında formalaşan bu yemək, mədəniyyətlərarası təsirləri əks etdirir. 1492-ci ildə İspaniyanın Qranadanı tutması ilə İspaniyadan qovulan ispan mənşəli məğribilər və musəvilər Mərakeşə sığındı. Bu da özlüyündə Mərakeşə yeni mədəniyyətlərin, fərqli yemək növlərinin gəlməsi ilə nəticələndi. Buna görə də bəzən Pastillanın ispan yeməyi olduğu da iddia edilir. Bu, bəlkə də yeməyin adı ilə bağlıdır. Bir çox ispan kulinarları isə bu yeməyin tarixinin Mərakeşin Fez şəhərinə gedib çıxdığını bildirir. Növləri toyuq və badamlı; balıq və dəniz məhsulları ilə olan; südlü pastilla. Yəhudi pastillası Mərakeş yəhudiləri arasında süd məhsulları və ətin birlikdə yeyilməsini xüsusi olaraq qadağan edən kaşrut qanunlarına riayət etmək üçün pastilla kərə yağı ilə deyil, zeytun yağı və ya marqarinlə hazırlanır.

Kasablanka yəhudi Mərakeş mətbəxində pastilla içlikdə qızardılmış soğanı ehtiva edir. Müasir İsrail uyğunlaşmaları bəzən filo vərəqlərindən istifadə edir və yeməyi bükmə şəkild hazırlanır.

Getdikcə populyarlaşan bir variant böyük piroqlardan daha çox fərdi kiçik pirojnalardır. Qalereya

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Mərakeş mətbəxi Kateqoriya:Əlcəzair mətbəxi Kateqoriya:Toyuq xörəkləri Kateqoriya:Aralıq dənizi mətbəxi Kateqoriya:Yəhudi mətbəxi Kateqoriya:Balıq xörəkləri