Avar balığı və yaxud Kağız balığı () — Ən uzun sümüklü şüaüzgəclilər sinfinə aid balıq növü. Bu balıq, qeyri-adi uzunluğu və zərif bədən quruluşu ilə fərqlənir. Avar balığı dərin sularda yaşayır və çox nadir hallarda səthə yaxınlaşdığı üçün, onun haqqında çox az məlumat mövcuddur. Onlar əfsanələrdə tez-tez "dəniz ilanları" və ya "dəniz əjdahaları" kimi təsvir edilir. Üzgəclərinin hərəkəti avarçəkmə görüntüsünü xatırlatdığı üçüb bu adı alıblar. Təsviri Uzunluğu: Avar balığı orta hesabla 6-11 metr uzunluğunda olur. Tarixdə qeyd olunan ən uzun avar balığının 17 metr olduğu düşünülür, amma elmi sübutu yoxdur. Bədən quruluşu: Zərif, lent formasında bədənə malikdir. Bədənlərində pulcuqlar yoxdur, amma bəzi fərdlərdə bədəndə sərt çıxıntılar müşahidə olunur. Onların dərisi gümüşü rəngdədir. Baş və qırmızı üzgəclər: Başlarının üzərində, gözlərindən başlayaraq uzanan qırmızı rəngli uzun, saça bənzər üzgəclər olur ki, bu da onların "Əjdaha" adlandırılmasına səbəb olub. Quyruq üzgəcləri yox dərəcəsindədir. Bəzi fərdlərdə isə kiçik formada müşahidə edilir. Ağırlığı: Avar balığının çəkisi 200-300 kiloqrama çata bilir. Yaşayış mühiti Avar balığı tropik və mülayim dənizlərdə, adətən 250-1000 metr dərinlikdə yaşayır. Onlara ən çox Atlantik, Sakit və Hind okeanlarında rast gəlinir. Dərin sularda yaşadığı üçün onları müşahidə etmək çətindir. Yaralandıqda və ya öldükdə sahilə çıxdıqları müşahidə edilib. Dərinlikdə yaşadıqları üçün okean cərəyanlarından uzaqdırlar. Bu da onların əzələrinin çox zəif inkişaf etməsinə səbəb olub. Cərəyan müşahidə edilən qatlarda üzən balıqlar güclü müqavimətə məruz qaldıqları üçün, onlarda əzələlər güclü inkişaf edir. Qidalanması Avar balığı kiçik dəniz canlıları ilə, əsasən zooplanktonlar, meduzalar, krevetlər və kiçik balıqlarla qidalanır. Onlar ağzını açaraq suyu və içindəki canlıları filtrasiya etmə üsulu ilə qidalanır. Çoxalması Avar balığının çoxalması ilə bağlı məlumat məhduddur. Alimlər onların qamçı formasında şəffaf yumurta qoyduqlarını düşünürlər. Yumurtaları dəniz səthinə yaxın qoyulur və 3 həftəyə yumurtadan çıxırlar. Yumurtadan çıxan sürfələr zooplanktonlarla qidalanaraq inkişaf edir. Yetkinliyə çatana qədər böyük fərdlərdən tamamilə fərqli olurlar. Yumurtadan çıxdığı andan dərinlərə doğru hərəkət etmələri müşahidə olunub. Avar balığı haqqında əfsanələr Tarixən, Avar balıqları dənizçilər tərəfindən "dəniz ilanı" və ya "dəniz əjdahası" kimi qəbul edilib. Çünki nadir hallarda səthə çıxan bu böyük və qeyri-adi görkəmli balıqlar qorxu və heyrət doğurub. Yaponiya mədəniyyətində onların görünməsi zəlzələ və sunami kimi təbii fəlakətlərin yaxınlaşması ilə əlaqələndirilmişdir. Yaponlar onu "Dəniz tanrısının sarayından gələn elçi" (Ryūgū-no-Tsukai) adlandırırlar. 2009-2010-cu illərdə Yaponiyada bu balıqların kütləvi şəkildə sahilə vurmasındann sonra, 2011-ci ildə böyük zəlzələ baş verir. Bu da, yapon əfsanələrinin həqiqətə yaxın olması ehtimalını irəli sürməyə əimkan verir. Maraqlı faktlar Avar balığı, sümüklü balıqlar arasında uzunluğu ilə dünya rekordu sahibidir. Onlar çox zəif üzmə qabiliyyətinə malikdirlər və suda zərif dalğalanaraq hərəkət edirlər. Dərin su balığı olmasına baxmayaraq, onların görmə qabiliyyəti yaxşıdır. Onlar həddindən artıq zəif fiziologiyaya sahib olduğundan yaralanma və ölüm halları tez-tez müşahidə olunur. Ekoloji statusu Avar balıqları dərin sularda yaşadığı və az ovlandığı üçün, nəsli kəsilmə təhlükəsi ilə üzləşmir. Lakin iqlim dəyişikliyi və dəniz ekosistemindəki dəyişikliklər onların yaşayış mühitinə təsir göstərə bilər. İstinadlar
Xarici keçidlər
Giant 'Sea Serpent' Caught on Camera, Discovery News at YouTube. Footage of an oarfish swimming in the mesopelagic layer. "Mythical sea creature captured on film", article about efforts to ban deep-sea bottom trawling with video of R. glesne Recent Examinations of the Oarfish, Regalecus glesne, from the North Sea. Yorkshire Coast Sealife, Fisheries & Maritime Archive & Museum
Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Bəzəklilentşəkillikimilər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Cənubi Amerika balıqları Kateqoriya:20–24 ID olan Taksonbar Kateqoriya:Danimarka balıqları Kateqoriya:Norveç balıqları Kateqoriya:Almaniya balıqları Kateqoriya:Filippin balıqları Kateqoriya:ABŞ balıqları Kateqoriya:Meksika balıqları