Çəhrayı istiot (fransızca: baie rose, "çəhrayı giləmeyvə") — Qurudulmuş giləmeyvə. Üç fərqli növə aiddir. Ənənəvi "Baies rose" bitkisi olan "Euonymus phellomanus", Peru istiot ağacı olaraq tanınan "Schinus molle kolu" və Braziliya istiotu olaraq tanınan "Schinus terebinthifolia".

Tarixi

"Baies rose" bitkisindən olan çəhrayı istiot dənəsi (Euonymus phellomanus), adətən Madaqaskardan idxal olunur və bu səbəbdən bahalıdır. Çəhrayı istiot dənələri acı və bir qədər şirin dada malikdir, lakin əsl istiot qədər ləzzətli deyil. Bu giləmeyvələr əvvəllər ABŞ-də Qida və Dərman Administrasiyası (FDA) tərəfindən qida məhsulu kimi qadağan edilmişdi, lakin indi istehlakı təhlükəsiz hesab olunur. Bu toxum Braziliya istiot giləmeyvəsi ilə (çəhrayı giləmeyvə) qarışdırılmamalıdır.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Ədviyyə bitkiləri