Norfolk teryeri — İngilis it cinsi. 1964-cü ildə müstəqil bir cins kimi tanınmazdan əvvəl, Norviç teryerinin bir növü hesab edilirdi. Norfolk və Norviç teryerləri birlikdə işləyən teryerlərin ən kiçikləridir.

Təsviri Tel tüklü xəz örtüyünə malikdir. Milli it klublarının cins standartlarına əsasən, bu örtük qırmızı, buğdayı, qara, qara-qəhvəyi və ya boz çalarlarda ola bilər.Breed Standard at the Canadian Kennel Club's website İşləyən teryerlərin ən kiçiyidir. Onlar çox aktivdir və yığcam quruluşa malikdirlər. Çevik hərəkət edir və güclü sümük quruluşuna sahibdirlər. Bu cins nə çox ağır, nə də çox zərif olmalıdır. Çox ağır it çeviklikdən məhrum olar, çox zərif it isə oyuncaq cinsinə çevrilə bilər. Norfolk teryerlərinin ön və arxa hissələrinin balanslı olması və nisbətən uzun bel hissəsi onların yan yerişini yaxşılaşdırır. İdeal boyu 23-25 sm, çəkisi isə təxminən 5.0-5.4 kq arasındadır.Norfolk Terrier at the American Kennel Club's website

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Teryerlər