Qaston Qrenassia () və ya səhnə adı ilə Enriko Masias (11 dekabr 1938) — Fransa müğənnisi, mahnı müəllifi və musiqiçisi.
Erkən illər Qaston Qrenassia səfərad yəhudi ailəsində anadan olub. Atası Silven Qrenassia (1914-2004), əsasən, Əndəlus klassik musiqisi maluf ifa edən orkestrdə skripkaçı olmuşdur. Qaston uşaqlıqdan gitarada ifa etməyi öyrənmiş, 15 yaşında isə Çeyk Reymond Leyris Orkestri ilə çalmağa başlamışdır.
O, məktəbdə müəllim kimi işlədiyi müddətdə gitara çalmağa davam etmişdir. 1961-ci ildə Əlcəzairin Fransa işğalına qarşı müstəqillik müharibəsi qızğın dövründə qayınatası, musiqiçi Çeyk Reymond Leyrisin Milli Qurtuluş Cəbhəsi tərəfindən öldürülməsi Qaston Qrenassiaya böyük təsir etmiş, həmin ilin 29 iyulunda həyat yoldaşı Suzi ilə birlikdə Əlcəzairi tərk edərək Fransaya köçmüşdür. Həmin vaxtdan bəri onun Əlcəzairə qayıtmasına icazə verilməyib.
Karyerası
Musiqi fəaliyyəti Əvvəl Arjantöydə yaşamış, sonra Parisə köçərək burada musiqi karyerasını davam etdirmək qərarına gəlmişdir. İlk vaxtlar o, artıq bildiyi maluf nömrələrini fransız dilinə tərcümə etməyə çalışmış, daha sonralar isə kafe və kabarelərdə ifa etdiyi yeni fransız repertuarını formalaşdırmışdı. Bununla belə, o, Fransada ərəb-Əndəlüs musiqisinin və yəhudi-ərəb mahnılarının məşhur tərcüməçisi olaraq qalmışdır.
Qaston Qrenassia "Enriko Masias" səhnə adını qəbul edərək Reymond Bernard ilə görüşdən sonra 1962-ci ildə ilk səsyazmasını hazırladı. Bu, Fransaya köç yolunda Əlcəzair üçün bəstələdiyi "Adieu mon pays" (tərc. "Əlvida, mənim ölkəm") mahnısı olmuşdur. O, Fransa televiziyasına çıxmış və bir gecədə böyük diqqət toplamışdır. Bu hadisə 1963-cü ildə ilk dəfə Paolaya, sonra isə Billi Bricə səfərinə yol açdı. Həmin il onun qızı Cocya da doğulmuşdu.
1964-cü ilin yazında o, Paris Olimpiya konsert zalında Les Compagnons de la chanson musiqi qrupunun konsertində çıxış etmiş, sonra isə Yaxın Şərqə qastrol səfərində olmuşdur. İsrail, Yunanıstan və Türkiyədə böyük uğurla çıxışlar etmişdir. Türkiyədə bir çox mahnısı aranjman olunaraq yerli sənətçilər tərəfindən ifa edildi.
1965-ci ildə o, Prix Vincent Scotto mükafatına layiq görülmüşdür. Ertəsi il Moskvanın Dinamo stadionunda 120000 nəfərlik tamaşaçı qarşısında oxumuş, ardınca Sovet İttifaqının 40-dan çox şəhərində konsertlər vermişdir. O, həmçinin Yaponiyada da konsertlər vermişdi. İspan və italyan dillərində mahnılar yazdıraraq hər iki ölkədə də populyarlıq qazanmışdır.
17 fevral 1968-ci ildə Karnegi sarayında konsertində Enrikonun Amerikada debütü oldu. ABŞ-da qastrol səfəri ərzində Çikaqo, Dallas və Los-Ancelesdə konsert vermiş, Kanadada isə Kvebek şəhərində frankofoniya sənətçisi kimi hərarətlə qarşılanmışdır
1971-ci ildə o, yenidən Paris Olimpiya səhnəsinə qayıtmış, daha sonra Londonun Royal Albert Hall konsert salonunda çıxış etmiş və Yaponiya, Kanada, İtaliya və İspaniyaya səfər etmişdi. Onun ikinci ABŞ turu, 1972-ci ildə Karnegi sarayında verdiyi konsertlə yekunlaşıb.
1974-cü ildə Brodveydəki Uris teatrında on dəfə səhnəyə çıxıb, altıncı dəfə Olimpiya səhnəsində konsert verib. Fransa turuna çıxmış və 1976 və 1978-ci illərdə iki dəfə İsrailə səfər etmişdi. Masiasın ərəb ölkələrinə girişinin uzun illər qadağan olunmasından sonra ilk dəfə Misir Prezidenti Ənvər Sadat tərəfindən sülh üçün oxumaq məqsədilə Misirə dəvət olunmuşdu. Bu qadağaya baxmayaraq Yaxın Şərq və Şimali Afrikadakı ərəb və etnik dinləyicilər arasında populyarlığını saxlayırdı. Misirdə 20000 nəfər tamaşaçı qarşısında ehramların ətəyində konsert vermişdi. Sadatın sui-qəsd nəticəsində öldürülməsindən sonra Masias ona həsr olunmuş "Un berger vient de tomber" (tərc. "Bir çoban təzəcə yıxılıb") adlı mahnı yazıb.
1988-ci ildə İsrail və Türkiyəyə qastrol səfəri zamanı "Zingarella" (tərc. "Qaraçı qız") mahnısı ilə bu iki ölkə ilə yanaşı Cənubi Koreyada da böyük uğur qazanmışdı.
Rol sənəti 1992-ci ilin aprelində, o, ingilis dilindən uyğunlaşdırılmış "Quelle Nuit" (tərc. "Nə gecədir") adlı teatr əsərində aktyorluq etmiş, bundan əlavə, "Monsieur Molina" (tərc. "Cənab Molina") adlı fransız televiziya filmində yerli hakim obrazını canlandırmışdır. 2019-cu ilin iyulunda Masias Netflix-də yayımlanan "Family Business" (tərc. "Ailə işi") komediya serialında öz obrazında çıxış edib.
Diskoqrafiyası
Albomlar
Studiya albomları
1983: Deux ailes et trois plumes 1984: Générosité 1987: Enrico 1989: Le vent du sud 1991: Enrico 1992: Mon chanteur préferé 1993: Suzy 1994: La France de mon enfance 1995: Et Johnny Chante L'amour 1999: Aie Aie Aie Je T'Aime 1999: Hommage à Cheikh Raymond 2003: Oranges amères 2005: Chanter 2006: La Vie populaire 2011: Voyage d'une mélodie 2012: Venez tous mes amis! 2016: Les clefs 2019: Enrico Macias & Al orchestra
Canlı albomlar / tərtiblər
1968: Olympia 68 1989: Olympia 89 1990: Disque d'Or 1992: Le plus grand bonheur du monde 1996: La Fête à l'Olympia 2003: Les Indispensables de Enrico Macias 2003: Concerts Musicorama 2006: Olympia 2003 2006: Les Concerts Exclusifs Europe 2008: Platinum Collection
Mahnılar Enriko Masiasın mahnıları əlifba sırası ilə düzülmüşdür:
A
A ceux qui m'ont béni 1981 A la face de l'humanité 1972 A Venise 1971 Adieu mon pays 1962 Aie aie aie je t'aime 1989 Aime-moi je t'aime 1986 Aimez vous les uns les autres 1977 L'âme des gitans 1977 Ami, dis lui 1965 L'ami fidèle 1964 L'amour c'est pour rien 1964 L'amour de la famille 1978 L'amour n'est jamais fini 1979 Apprendre à vivre ensemble 1995 Après moi 1989 Asturias 1970 Au cœur de la Camargue 1963 Au nom des droits de l'homme 1993 Au temps du Balajo 1970 Aux quatre coins du monde 1968 Aux talons de ses souliers 1968 Avec les moyens du bord 1983
B
La ballade des innocents 1987 Beyrouth 1963 Brésil 1995
C
C'est ça l'amour 1973 C'est du soleil 1971 C'est une femme 1981 C'est vrai 1980 C'était le bon temps 1973 Chanson pour l'auvergnat 1974/1997 Chanter 1966 Chiquita 1962 Come on bye bye 1991 Compagnon disparu 1963 Constantina 1984 Constantine 1962 La courte échelle 1981
D
Dans la nuit mexicaine 1963 De musique en musique 1969 Dès que je me réveille 1968 Deux ailes et trois plumes 1983 Deux femmes a Dublin 1976 Dieu de l'espérance 1993 Dis-moi ce qui ne va pas 1968 Dis-moi l'avenir 1973 Dix ans déjà 1970
E
El Porompompero 1964 Elle reviendra bientôt 1975 L'Enfant de mon enfant (Mon petit Symon) 1993 Enfants de tous pays 1963 Entre l'orient et l'occident 1976 Est-il un ennemi? 1965
F
La femme de mon ami 1962 La fête orientale 1971 Les Filles de mon pays 1964 La folle espérance 1977 La France de mon enfance 1980 Le fusil rouillé 1984
G
Générosité 1984 Les gens du nord 1967 Le grain de blé 1966 Le grand pardon 1997
I
L'île du Rhône, 1964 ? Il est comme le soleil 1977 L'instituteur 1981
J
J'ai douze ans 1989 J'ai peur 1967 J'appelle le soleil 1966 Jalousie maladie 1975 Jamais Deux Sans Trois 1966 J'en ai plein mon cœur des souvenirs 1966 Je crois en Dieu 1971 Je le vois sur ton visage 1967 Je n'ai pas vu mes enfants grandir 1984 Je t'aimerai pour deux 1966 Je vous apporte la nouvelle 1975 Jérusalem j'ai froid 1988 Juif Espagnol 1980 Jusqu'au bout de la course 1981
K
Koum Tara 1976 + avec Cheb Mami (reprise) 1999
Q
Quand les femmes dansent 2003 Quand les hommes vivront d'amour, 1989-da Olimpiyada Petits Chanteurs d'Asnières ilə
L
La lavande 1967 Luther King 1984 La dernière prière 1996
M
Ma maison, ma maison 1962 Ma patrie 1964 Ma raison de vivre 1964 Malheur à celui qui blesse un enfant (Enrico Macias və Jacques Demarny) 1975 La Marelle 1977 Maya 1964 Mélisa 1975 Le mendiant de l'amour 1980 La mère et l'enfant 1989 Les millionnaires du dimanche 1967 Mon ami mon frère 1963 Mon chanteur préféré 1986 Mon cœur d'attache 1966
N
N'oublie jamais d'où tu viens 1967 Ne doute plus de moi 1964 Noël à Jérusalem 1967 Non je n'ai pas oublié 1966 Notre place au soleil 1965
O
Oh guitare, guitare 1962 Oranges amères 2003 L'Oriental 1962 Où est donc la vérité 1966 Oumparere 1975 Ouvre-moi la porte 1980 Ouvre ta main et donne 1963
P
Par ton premier baiser 1962 Pardonne et n'oublie pas 1984 Paris s'allume 1969 Paris tu m'as pris dans tes bras 1964 La part du pauvre 1966 Les pins du bord de l'eau 1964 Le plus grand bonheur du monde 1967 Poï Poï 1963 Pour ton mariage (chantée avec sa fille) 1992 Puisque l'amour commande 1967
R
Reste-moi fidèle 1969
S
Sans voir le jour 1965 S'il fallait tout donner 1964 Si c'était à refaire 1977 Sois fidèle à ton amour 1974 Ilanit ilə Solenzara 1967 Sous le ciel de Paris 2005 Souviens-toi des noëls de là bas 1963 Souviens-toi, je t'aime aujourd'hui 1975 Suzy 1993
T
Toi la mer immense 1967 Tous les hommes se ressemblent 1970 Tous les soleils de l'amitié 1981 Tout seul 1966 Tu n'es pas seul au monde 2011
U
Un amour, une amie 1990 Ginni Gallan ilə Un berger vient de tomber 1981 Un rayon de soleil 1967 Un refrain 1967 Un signe de la main 1975 Un soir d'été 1963 Une fille à marier 1982
V
Va-t'en 1962 Vagabonds sans rivage 1963 Le Vent du sud 1989 Vers qui vers quoi 1988 Le Vertige 1974 La vie populaire 2005 Vieille terre 1965 Le violon de mon père 1977 Vous les femmes 1965 Le Voyage 2003
Y
Les yeux de l'amour 1967
Z
Zingarella 1988
İstinadlar
Kateqoriya:Fransa müğənniləri Kateqoriya:Fransanın kişi müğənniləri Kateqoriya:Fransa aktyorları Kateqoriya:Yəhudi mənşəli fransızlar