Xəlilov Vasif Tofiq oğlu () — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, İkinci Qarabağ müharibəsinin veteranı və lokal antiterror əməliyyatı iştirakçısı. Müdafiə Nazirliyinin Rabitə və İnformasiya Texnologiyaları Baş İdarəsinin rəisi.
Həyatı və fəaliyyəti Vasif Xəlilov 26 oktyabr 1974-cü ildə Quba rayonunun Zərqava kəndində anadan olmuşdur. 2005-ci ildən 2016-cı ilin dekabr ayınadək cəbhə bölgəsində xidmət etmişdir. 2020-ci ildə Vətən müharibəsi zamanı Suqovuşan, Cəbrayıl, Zəngilan və Füzuli istiqamətlərində gedən döyüş əməliyyatlarında iştirak etmişdir.
2022-ci ilədək müxtəlif vəzifələrdə xidmət etmiş, taqım komandirindən şöbə rəisi vəzifəsinədək yüksəlmişdir. 2022–2024-cü illərdə xüsusi xidmət orqanlarında idarə rəisi vəzifəsində çalışmışdır. Xüsusi xidmət orqanlarında fəaliyyəti dövründə lokal antiterror əməliyyatlarında iştirak etmişdir.
Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021 tarixli Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə iki dəfə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmişdir.
2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Müdafiə Nazirliyinin Rabitə və İnformasiya Texnologiyaları Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur.
2025-ci ilin 25 iyun tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə general-mayor ali hərbi rütbəsi verilib.
Azərbaycan Respublikası Prezidentinin 7 noyabr 2025-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.
Təhsili 1992-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi, 1996-cı ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbini bitirmişdir. 2005-ci ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasını, 2021-ci ildə isə Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunu müvəffəqiyyətlə tamamlamışdır.
İstinadlar