Ağa-bala Şamxal oğlu Hacıyev () – texniki elmlər namizədi, AR Nazirlər Kabineti Aparatının rəhbəri.

Həyatı Hacıyev Ağa-bala Şamxal oğlu 1941-ci ildə Bakı şəhərində anadan olmuşdur. Əmək fəaliyyətinə 1957-ci ildə Azərdəmiryolu Bakı parovoz deposunda fəhlə kimi başlamış, daha sonra çilingər olmuşdur. 1960–1965-ci illərdə Xarkov Dəmir yol Nəqliyyatı üzrə Mühəndislər İnstitutunun (Ukrayna) tələbəsi olmuşdur.1965–1978-ci illərdə Azərbaycan Baş istehsalat energetika və elektrikləşdirmə idarəsinin "Azərenerjisazlama" müəssisəsində mühəndis, baş mühəndis olmuşdur. Sex rəisinin müavini vəzifələrində işləmişdir.

1978–1983-cü illərdə Azərbaycan Respublikası Dövlət Plan Komitəsinin energetika və elektrikləşdirmə şöbəsinin müdiri, 1983–1991-ci illərdə Azərbaycan Respublikası Dövlət Plan Komitəsi (sonradan Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsi) sədrinin müavini vəzifəsində çalışmış, komitənin kollegiyasının üzvü təsdiq edilmişdir. 1991–1992-ci illərdə Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi altında Azərbaycan Respublikası Müdafiə Şurasının üzvü olmuşdur.

1991–1994-cü illərdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsinin müdafiə və müdafiə sənayesi şöbəsinin müdiri, 1994-cü ilin oktyabr ayından Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər müdiri vəzifəsinə təyin edilmişdir.

2003-cü ilin sentyabrından Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəridir.

Maşınqayırma və energetikanın inkişafı problemləri üzrə 19 elmi məqalənin müəllifidir, texniki elmlər namizədidir.

Təltifləri "Azərbaycanın əməkdar iqtisadçısı" fəxri adına layiq görülmüşdür.

2012-ci il iyunun 22-də prezident İlham Əliyev dövlət qulluqçularının təltif edilməsi haqqında sərəncamı ilə Hacıyev Ağa-Bala Şamxal oğlunu 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edibPREZİDENT DÖVLƏT QULLUQÇULARINI TƏLTİF EDİB (Siyahı).

2014-cü il dekabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyev dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Hacıyev Ağa-Bala Şamxal oğlunu "Şöhrət" ordeni ilə təltif edib.

İstinadlar

Xarici keçidlər Azərbaycan Respublikası Nazirlər Kabineti

Kateqoriya:Texnika elmləri üzrə fəlsəfə doktorları