Himalay pişiyi — Uzun tüklü pişik növü. Fars pişiyinə bənzəyir.

Tarixi Himalay pişiyinin rəsmi olaraq yetişdirilməsi işləri 1930-cu illərdə Harvard Universitetində başlamışdır. İlk nəticələr 1936-cı ildə "Journal of Heredity" jurnalında dərc edilsə də, First page is available online at http://jhered.oxfordjournals.org/cgi/pdf_extract/27/9/339/ o zaman heç bir böyük pişiksevər qrupu tərəfindən tanınmadı. 1955-ci ildə Böyük Britaniyada "Longhaired Colourpoint" adı ilə tanındı. ABŞ-də isə 1950-ci illərdə müstəqil yetişdirilmə işləri başladı və 1957-ci ildə "Cat Fanciers' Association" (CFA) tərəfindən rəsmi olaraq tanındı. Erkən yetişdiricilər əsasən uzun tüklü pişiklərə Siyam rənglərini əlavə etməyə çalışırdılar. 1980-ci illərdə isə bu növ daha çox Fars xüsusiyyətləri ilə inkişaf etdirildi və bəzi qeydiyyat təşkilatlarında Fars növünün bir variantı kimi qəbul edildi.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Pişik cinsləri