Məqsədliliyi Müəyyənetmə Şurası (, Rom: Məcma Təşhis-i Məsləhət-i Nizam) — İranın Ali Rəhbərinin icazə verdiyi mövzularda Konstitusiyanın Müdafiəsi Şurası ilə İslam Şurası Məclisi arasında olan mübahisələrin həllinə cavabdeh olan və eyni zamanda İranın Ali Rəhbərinə ölkənin ümumi siyasətinin müəyyən edilməsi sahəsində məsləhətlər verə bilmək səlahiyyətləri olan konstitusiya orqanıdır. "Konstitusiyanın 110 və 112-ci maddələri."
6 fevral 1988-ci ildə yaradılmış Məqsədliliyi Müəyyənetmə Şurasının üzvləri İran Prezidenti, parlamentin spikeri, məhkəmə hakimiyyətinin başçısı, İranın Ali Rəhbəri tərəfindən təyin olunan Konstitusiyanın Müdafiəsi Şurasının altı din xadimi və İranın Ali Rəhbəri tərəfindən təyin ediləcək digər üzvlərdən ibarətdir.İran İslam Cumhuriyetinde Anayasal Sistem ve Siyasi Partiler, ORSAM Rapor No: 112, Mart 2012, s. 10 İranın keçmiş prezidenti olmuş Haşimi Rəfsəncani 1989-cu ildən 2017-ci ildəki vəfatına qədər Şuranın prezidenti olmuşdur.
İstinadlar
Xarici keçidlər
Radio Free Europe/Radio Liberty(RFE/RL) 13 September 2004, mentions Expediency Council A Caliphate disguised as a republic
Kateqoriya:İranın dövlət quruluşu Kateqoriya:İran tarixi Kateqoriya:İranda siyasət