Əbu Həmid Bahaəddin Əhməd ibn Əli ibn Əbdilkafi əs-Subki əl-Misri (; ) — Şafii fəqihi.

Bioqrafiyası Qahirədə, Subkilər ailəsində dünyaya gəlib. Subki-Kəbir (; ) olaraq da adlandırılan Təqiyyəddin əs-Subkinin böyük oğludur.

Kiçik yaşda hafiz olan Bahaəddin başda atası olmaqla Əbu Həyyan əl-Əndəlüsidən, Təqiyyəddin əs-Saiğdən, Şəhabəddin Əhməd ibn Əhməd əl-Həccardan, İbnül-Kəmmahdan, Məcdəddin əz-Zənkəlunidən, Əli ibn Ömər əl-Vanidən, Xətib əl-Qəzvinidən, Bədrəddin ibn Cəməadan, Əbu Təmmam əl-Cəzəridən və Cəmaləddin Yusif ibn Əbdürrəhman əl-Mizzidən Ərəb dili, məani, bəlağat, fiqh və hədis öyrənib. Başda müdərrislik (müəllimlik) və müftülük olmaqla qazılıq, qazəsgər, xətiblik kimi vəzifələrdə çalışıb. Onlarla mədrəsədə dərs deyib. Bir çox tələbə yerişdirib; Kəmaləddin əd-Dəmiri ilə Əbu Abdullah İzzəddin ibn Cəməa onun tələbələrindən bəziləridir. O, 17 Rəcəb 773-cü (yanvar 1372) ildə Məkkədə vəfat edib və Cənnətül-müəllada dəfn edilib.

Əsərləri Bahaəddin əs-Subkinin qələmə aldığı əsərlər bunlardır: Ərusül-əfrah fi şərhi Təlxisil-Miftəh, Təkmilətü Şərhil-Minhəc, Şərhul-Həvis-sağir fil-füru, Hədiyyətül-müsafir ilən-nuris-safir, Cəmut-tənakuz (əl-Münəkəzat), Risalə fi fazlis-sulh beynəl-müslimeyn, Tibyanül-əhkam fi bəyani təhlilil-həiz minəl-ihram.

Bahaəddin əs-Subkinin bunlardan başqa "Şərhu Müxtəsəri-İbnil-Həcib" adlı əsəri, "ayn" kəliməsinin mənaları haqqında qəsidəsi ilə Nil haqqında bir mənzuməsi də vardır.

İstinadlar

Kateqoriya:Sünni müsəlman İslam alimləri