Yohannes Piç, səhnə adı ilə JJ kimi tanınır, avstriyalı müğənni və mahnı müəllifidir. O, Avroviziya Mahnı Müsabiqəsi 2025-də Avstriyanı təmsil edərək "Wasted Love" adlı mahnı ilə qalib olmuşdur.

Uşaqlıq və gənclik Yohannes Piç 29 aprel 2001-ci ildə Vyanada anadan olub, onun atası avstriyalı İT mütəxəssisi və anası isə filippinli aşpazdır. O, uşaqlığının böyük hissəsini Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirmişdir. Orada ailəsi ilə birlikdə keçirilən karaoke gecələrində pop musiqisi ilə tanış olmuş, atası vasitəsilə isə operaya maraq göstərmişdir. Hər iki janr onun indiki pop-opera tərzinə təsir göstərmişdir. 2016-cı ildə ailəsi Vyanaya geri köçmüşdür.

Musiqi karyerası 2020-ci ildə Yohannes Piç, vaxtında müraciət edə bilmədiyi üçün The Voice of Germany yarışmasından kənarda qalaraq, The Voice UK proqramının doqquzuncu mövsümündə iştirak etmişdir. O, məşqçisi will.i.amın köməyi ilə "Knockout" mərhələsinə yüksəlmişdir. Növbəti il isə Starmania proqramının beşinci mövsümündə iştirak etmiş və birinci final şousuna qədər irəliləmişdir. O, Vyana Musiqi və İncəsənət Universitetində təhsil alır və bundan əvvəl Vyana Dövlət Operasının opera məktəbində təhsil görmüşdür.

2025-ci il 30 yanvarda, Yohannes Piç tərəfindən səhnə adı JJ olaraq ifa edilən "Wasted Love" mahnısı ORF tərəfindən Eurovision Mahnı Müsabiqəsi 2025 üçün elan edilmişdir. Bu məlumat, "Ö3" radiosunun proqramında yayımlanmışdır. "Wasted Love" mahnısının müəllifləri JJ, 2023-cü ilin təmsilçisi Teodora Şpiriç və musiqi prodüseri Tomas Turner olmuşdur. Mahnı 6 mart 2025-ci ildə yayımlanmışdır. O, 17 may 2025-ci ildə keçirilən böyük finalda ümumilikdə 436 xal toplayaraq qalib gəlmişdir. Jüri səsverməsində 258 xal almış, televiziya səsverməsində isə 178 xal əldə etmişdir. JJ, cənub-şərqi Asiyalı köklərə malik ilk Eurovision qalibi olmuşdur. Lakin onun qalibiyyəti Ukrayna tərəfindən tənqid olunmuşdur, çünki o, "Wasted Love" mahnısı üzərində işləyərkən Rusiya Krımı ilhaqını dəstəkləyən rusiyalı opera müğənnisi Anna Netrebkonun onun sənətkar ilhamı olduğunu etiraf etmişdir.

Musiqi üslubu Yohannes Piç musiqi tərzi opera və pop janrlarının elementlərini birləşdirir. O, yüksək soprano səviyyəsinə qədər çatan diapazonu ilə soprano tipli kontratenor səs tipinə malikdir və hər iki səs tipini güclü vokal və interpretativ yanaşma ilə ifa edir.

Şəxsi həyat Yohannes Piç alman, ingilis, fransız və tagalog dillərində danışır. Yohannes Piç özünü queer (Ənənəvi olmayan cinsi kimliyə və ya seksual oriyentasiyaya sahib şəxs) olaraq təqdim edir və bu yolla Avstriyada "queer" icmasına dəstək olmaq istəyir. Eurovision 2025 qalibiyyətindən sonra keçirilən mətbuat konfransında o, bir oğlan yoldaşı olduğunu bildirmişdir.

Müsabiqədən sonra Yohannes Piç El País ilə müsahibəsində İsrailin Eurovision müsabiqəsində iştirakına görə "məyusluğunu" ifadə etmiş və demişdir: "Gələn il Eurovisionun Vyanada keçirilməsini və İsrail olmadan keçməsini arzu edərdim. Lakin top EBU meydanındadır. Biz, sənətçilər, bu məsələdə yalnız səslərimizi ucalda bilərik".

Diskoqrafiya

Sinqllar Başlıq İl Ən yüksək çart mövqeləri Albom AVST FIN GER IRE LTU NLD NOR SWE Böyük Britaniya Dünya "Wasted Love" 2025 1 10 13 53 5 36 27 8 53 167 Albom xaricində buraxılmış tək mahnı

İstinadlar

Kateqoriya:2001-ci ildə doğulanlar Kateqoriya:Yaşayan insanlar Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:Avroviziya Mahnı Müsabiqəsinin qalibləri Kateqoriya:Avroviziya Mahnı Müsabiqəsinin qalibləri Kateqoriya:2025 Avroviziya Mahnı Müsabiqəsi iştirakçıları Kateqoriya:Avstriyanın "Avroviziya" təmsilçiləri