Latın qrafikalı Azərbaycan əlifbasında 2-ci hərf, 23 samitdən biri.

Cingiltili samitdir. Kar qarşılığı "P"-dır.

Bor elementi böyük b (B) hərfi ilə işarə olunur.

"B" digər əlifbalarda Finikiya əlifbasında evə bənzədiyi üçün "bet" ("ev") adlanır.

Bu hərf rus qrafikalı əlifbalarda "Б б" şəklində rast gəlinir.

Latın əlifbasına Yunan əlifbasından "β" "betta" şəklində daxil olmuşdur.

Ərəb əlifbasında "ب" "bə" adlanır.

Kateqoriya:Latın hərfləri