Quba BK – Azərbaycan Basketbol Liqasında çıxış edən basketbol komandası. Keçmiş adları "Zirvə Astara" və "Cəlilabad" olmuşdur. Bir dəfə Azərbaycan çempionu olmuşdur.
Tarixi Klub "Zirvə Astara" adlı ilə yaradılmışdır. COVID-19 pandemiyası səbəbilə erkən tamamlanan 2019/2020 mövsümündə Azərbaycan çempionu elan olunmuşdur.
2023-cü ildə adı dəyişdirilərək "Cəlilabad" olmuşdur. Klub 2023-24 mövsümündə Azərbaycan Basketbol Liqasına (ABL) qoşulublar. Klub məşqlərini və oyunlarını Cəlilabad şəhərində yerləşən Cəlilabad Olimpiya İdman Komleksində həyata keçirmişdir. Kluba 2023–2024-cü illər mövsümündə Azarbaycanlı mütəxəssis Şəhriyar Əsgərov baş məşqçilik edib.
2024–2025-ci il mövsümündə Azərbaycan Basketbol Liqasında "Quba" adı ilə çıxış etməyə başlamışdır. Klub hal-hazırda Azərbaycan Basketbol liqasının B qrupunda çıxış edir.
Heyət
İstinadlar
Kateqoriya:Azərbaycan basketbol klubları Kateqoriya:Quba rayonunda idman