Nottinqem Trent Universiteti () — İngiltərənin Nottinqem şəhərində yerləşən universitet.
Tarixi Nottinqem Trent Universiteti 1843-cü ildən mövcud olan bir neçə təhsil müəssisəsinin əsasında, 1992-ci ildə yaradılmışdır. Şəhərin mərkəzində və ətrafında yerləşən bir neçə universitet şəhərciyi var.
Universitetin quruluşu Universitet dörd kollecdən ibarətdir. Bu kolleclərə aşağıdakı fakültələr daxildir: Kənd təsərrüfatı, heyvandarlıq və ətraf mühit fakültəsi Memarlıq, dizayn və tikinti mühiti fakültəsi İncəsənət və dizayn fakültəsi Sənətlər və humanitar elmlər fakültəsi Nottingem biznes məktəbi Təhsil fakültəsi Nottingem hüquq məktəbi Elm və texnologiya fakültəsi Sosial elmlər fakültəsi
Bu fakültələrdən bəzilərinə aşağıdakı ixtisaslar daxildir:
Nottingem biznes məktəbi – mühasibat və maliyyə, iqtisadiyyat, biznes və menecment, rəhbərlik, insan resurslarının idarə edilməsi, strateji menecment, beynəlxalq biznes, marketinq, pərakəndə satış, əməliyyatlar, informasiya menecmenti.
Sosial elmlər fakültəsi – kriminologiya, cinayətin azaldılması, sağlamlıq və sosial qayğı, siyasət, sosiologiya, sosial iş, ictimai sağlamlıq, təhlükəsizlik və ətraf mühit, psixologiya, kiberpsixologiya, sosial siyasət, gənclərə aid tədqiqatlar, gənclərə aid hüquqşünaslıq, karyera təhsili, yönəltmə, məsləhət vermə. thumb|220px
Universitetin rəhbərliyi Universitetin rektoru (Chancellor) Britaniyanın tanınmış media xadimi Maykl Parkinsondur (Michael Parkinson). O, universitetin yüksək səviyyəli tədbirlərdə əsas nümayəndəsidir. Universitet prorektor (Vice chancellor) Neyl Qorman (Neil Gorman) və Baş Menecment Qrupu tərəfindən idarə edilir. Ayrıca İdarəedicilər Şurası universitetin idarə olunmasına nəzarət edir.
Reytinqi "The Independent" qəzetinin apardığı sorğuya əsasən Nottingem Trent Universiteti Birləşmiş Krallığın 113 universiteti içərisində 52-ci yerdə, 1992-ci ildə və sonra yaranan (50-dən çox) uniersitetlər içərisində isə birinci yerdədir.http://www.independent.co.uk/news/education/higher/the-main-league-table-2009-813839.html The main league table 2009. The Complete University Guide. The Independent Məzunların işlə təmin edilməsi məsələsini universitet xüsusilə müvəffəqiyyətlə həll edir.http://www.independent.co.uk/news/education/higher/new-universities-another-year-of-the-great-divide-814361.html New universities: Another year of the great divide The Independent
Ətraf mühitə qoruyucu münasibətinə görə NTU ölkə universitetləri içərisində birinci yerdədir. Universitet karbon tullantılarını azaltmaq, elektrik cərəyanından optimal istifadə etmək, müxtəlif yollarla ətraf mühiti qorumaq məqsədilə böyük proyektlər həyata keçirir. NTU bu sahədə gördüyü işlərə görə layiq görüldüyü "yaşıl universitet" adını qürurla daşıyır.https://web.archive.org/web/20081221195409/http://www.ntu.ac.uk/ecoweb/ntu_doing/index.html What NTU is doing. Nottingham Trent University official site
İstinadlar
Xarici keçidlər
Kateqoriya:İngiltərə universitetləri Kateqoriya:1843-cü ildə yarananlar Kateqoriya:Nottingemdə təhsil