Əbül-Abbas əl-Vəlid ibn Əbdilməlik ibn Mərvan ibn Həkəm əl-Üməvi əl-Qureyşi (; ) və ya I Vəlid — Əməvilərin 6-cı, Mərvanilərin 3-cü xəlifəsi. O, islam dövründə ilk xəstəxananı tikdirmişdir. Məqrizi bildirir ki, hicri 88-ci (707) ildə qurduğu xəstəxanaya həkimlər təyin edərək onlara maaş təyin etmiş, cüzam xəstələrinin təcrid olunmasını əmr etmiş, cüzamlılar və korlar üçün ərzaq ayırmışdır. O, həmçinin hakimiyyəti dövründə tikilmiş məscidləri ilə tanınır.

Bioqrafiyası 688-ci ildə Mədinə də anadan olub. Əbdülməlik ibn Mərvanın ən böyük oğludur.

Savadı az olsa da, lakin tikintiyə böyük həvəsi var idi. O, eyni zamanda Peyğəmbər məscidini genişləndirmiş və bəzəmişdir. Onun dövründə Əndəlüs və Türkistan fəth edildi. Nitqi qüsurlu olan Vəlid, qrammatikanı öyrənməyə çalışsa da, müvəffəqiyyət qazana bilmədi. Atasının dövründə bir neçə dəfə Bizansa qarşı döyüşlərdə iştirak etmiş, həcc ziyarəti də etmişdir.

Rəvayət olunur ki, hər üç gündən bir Quranı xətm edərdi. Ramazan ayında on yeddi dəfə Quran oxuyub bitirdiyi nəql olunur.

İbn Əbi Əblə onun haqqında demişdir: Zalım və sərt olsa da, xilafət işlərini yerinə yetirirdi. Fəqihləri, yetimləri, xəstələri və zəifləri himayə edər, işlərini nizama salardı. İbn Əsakir onun həyatını geniş şəkildə nəql etmişdir.

O, hicri 96-cı (715) ildə, 51 yaşında vəfat etmişdir. Qəbri Bab əs-Sağir qəbiristanlığındadır.

Onun haqqında "Tarixi-Dəməşq"də və digər mənbələrdə uzun tərcümeyi-hal qeyd olunmuşdur.

İstinadlar Kateqoriya:Ərəb müsəlmanları Kateqoriya:VIII əsr ərəbləri Kateqoriya:VIII əsr Avropa monarxları Kateqoriya:Mədinəlilər