Düsseldorflu Doroteya Sofiya (; ) — Pfals kürfürstü Filipp Vilhelmin qızı, Parma hersoginyası. 3 aprel 1690-cı ildə Parma hersoqu II Ranuççionun oğlu Odoardo Farneze ilə nigahlandı. Cütlüyün toy mərasimi 17 may 1690-cı ildə Parmada baş tutdu və bu nigahdan 2 övladları dünyaya gəldi.

Alessandro İqnasio (1691-1693) Elizabet Farneze, İspaniya kraliçası

Ancaq şahzadə çox yaşaya bilmədi və 1693-cü ildə vəfat etdi. Ölümünün ardından Doroteya Sofiya, Parma taxt-tacının yeni varisi olan qaynı Françesko Farneze ilə evləndirilmək istəndi. Aparılan danışıqlar əsnasında qaynatası vəfat etdi və Françesko Farneze taxta çıxdı. Çox keçmədən cütlük 7 dekabr 1696-cı ildə evləndi. Ancaq bu evliliyindən övladı olmadı.

Bu dövrdə qızı Elizabet Farnezeni yeni taxta çıxan İspaniya kralı V Filipplə evləndirdi. Françesko Farnezenin övladı yox idi və bu səbəblə sonsuz olan qardaşından sonra taxtın məhz Doroteya Sofiyanın qızı Elizabet Farneze və övladlarına keçməsini istədi. Qaynı Antonio Farnezenin ölümündən sonra, belə də oldu. 1731-1735-ci illərdə nəvəsinin adına naibə olaraq ölkəni idarə etdi.

1748-ci ildə Parmada vəfat etdi.

İstinadlar Kateqoriya:Farneze ailəsi