Odoardo Farneze (; ) — italyan kardinal.
8 dekabr 1573-cü ildə Romada dünyaya gəldi. Atası Parma hersoqu Alessandro Farneze, anası isə Portuqaliya kralı I Manuilin nəvəsi Mariyadır. Uşaqlıq illəri boyunca atasının əmisi olan kardinal Alessandro Farnezenin himayəsində dini təhsil aldı. Hələ 16 yaşında ikən baş rahib, 6 mart 1591-ci ildə isə papa XIV Qriqori tərəfindən kardinal təyin edildi. Uzun illər müxtəlif əyalətlərin baş yepiskopu olaraq xidmət etdi.
Qardaşı oğlu Odoardonun uşaq yaşda taxta çıxması səbəbilə, 1622–1626-cı illərdə Parma və Piaçensa hersoqluğunda naib olaraq xidmət etdi. Ancaq bu vəzifədə ikən 1626-cı ildə Parmada vəfat etdi.
Mənbə
Ədəbiyyat van Gastel, Joris (2013). Il Marmo Spirante: Sculpture and Experience in Seventeenth-Century Rome. Walter de Gruyter. ISBN 978–3050059488
İstinadlar
Kateqoriya:İtaliya kardinalları Kateqoriya:Xristianlıq Kateqoriya:Farneze ailəsi Kateqoriya:İtalyan incəsənət hamiləri