Çaylı körpüsü və ya Haqverdi Ağa körpüsü ― Qazax rayonunun Daş Salahlı kəndinin ərazisində yerləşən, Qara su çayı üzərində salınmış körpü.
Tarixi Çaylı körpüsü 1876-cı ildə dövrün xeyriyyəçilərindən Haqverdi Ağa tərəfindən inşa olunmuşdur. Bu səbəbdən körpü onun adını daşıyır.
Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilmişdir. Hazırda "Avey" Dövlət Tarix-Mədəniyyət Qoruğunun nəzdindədir. İnventar nömrəsi 5850-dir.
Memarlığı Körpü bir tağlıdır, inşasında Avey dağının qaya və əhəng daşlarından istifadə olunmuşdur. Aşırımın ümumi görkəmi yarımçevrə şəklindədir. Körpünün keçid hissəsinin üst örtüyü torpaqdandır.
Abidə hazırda qəzalı vəziyyətdədir.
İstinadlar
Kateqoriya:Qazax rayonundakı körpülər Kateqoriya:Qazax rayonunun abidələri Kateqoriya:Qazax rayonunun arxeoloji abidələri