Lobotes — Üçquyruqlar kimi tanınan "Lobotidae" fəsiləsinə aid olan şüaüzgəcli balıqlar cinsi. Bu balıqlara bütün okeanların subtropik və tropik sularında rast gəlinir.

Taksonomiya

"Lobotes" cinsi ilk dəfə 1830-cu ildə Fransız zooloq Jorj Küvye tərəfindən təqdim edilmişdir. Cinsin tipik növü, ilk dəfə 1790-cı ildə Markus Eliezer Blox tərəfindən Surinamdan təsvir edilmiş "Holocentrus surinamensis" kimi müəyyən edilmişdir. Bəzi mənbələr "Lobotes" cinsini tək növlü (monospesifik) hesab edir və "L. pacifica"-nı pantropikal "L. surinamensis"-in sinonimi kimi qəbul edir. "Lobotes", "Fishes of the World"-ün 5-ci nəşrində "Spariformes" dəstəsinə aid edilən "Lobotidae" fəsiləsinin iki cinsindən biridir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:1830-cu ildə təsvir edilən balıqlar