Adobe Photoshop Lightroom — Adobe Systems şirkəti tərəfindən hazırlanmış, əsasən rəqəmsal fotoşəkillərin redaktəsi və idarə olunması üçün nəzərdə tutulmuş proqram təminatıdır.
Tarix Adobe Lightroom ilk dəfə 2006-cı ilin yanvar ayında istifadəyə verilmişdir. Adobe-nin məqsədi, məşhur Photoshop proqramına nisbətən daha sadə və istifadəsi rahat olan, xüsusilə fotoqraflar üçün nəzərdə tutulmuş bir tətbiq yaratmaq idi. Layihə əvvəlcə “Shadowland”(Kölgə diyarı) kod adı ilə Mac OS üçün hazırlanıb, daha sonra Windows əməliyyat sisteminə uyğun versiyası da təqdim olunub. Proqramın beta versiyası 9 yanvar 2006-cı ildə, 1.0 versiyası isə 19 fevral 2007-ci ildə ABŞ-da 299 dollara və Böyük Britaniyada 199 avroya buraxılmışdır.
Xüsusiyyətlər Lightroom üçüncü tərəf (yəni Adobe-dən olmayan) əlavələri və plaginləri (plugin) dəstəkləyir. Bu əlavələr proqramın imkanlarını artırmaq üçün istifadə olunur, məsələn: yeni filtr effektləri, sosial şəbəkələrlə inteqrasiya, çap şablonları və s.
İstinadlar
Kateqoriya:Rastr qrafik redaktorlar Kateqoriya:Windows üçün proqram təminatları Kateqoriya:MacOS proqram təminatı Kateqoriya:Xüsusi proqram təminatı