Miço Kuzmanoviç (; ) — Bosniya və Herseqovinalı peşəkar futbolçu. Hal hazırda Azərbaycan Premyer Liqasında çıxış edən Araz-Naxçıvan klubunda oynayır. Meydanda mövqeyi əsasən, sol cinah yarımmüdafiəçisi və hücumçudur.

Karyera

Klub Kuzmanoviç futbol karyerasına vətənində "Modriça Maxima" klubunda başlamışdır. Futbolçu daha sonra, 2013-cü ildə vətənində "Zviyezda Qradaçac" klubuna keçmişdir. Burada bir oynadıqdan sonra, Serbiyanın "Yaqodina" klubuna transfer olunur.

"Yaqodina"da əsas komandada yer ala bilmədiyi üçün Kuzmanoviç yenidən Bosniya və Herseqovinaya geri dönür və "Borac Banya Luka" klubu ilə 2015-ci ilə kimi müqavilə imzalayır.

"Banya Luka"da cəmi altı ay qaldıqdan sonra yenidən klubu dəyişir və "Drina Zvornik" klubu ilə 6 aylıq müqavilə imzalayır.

2016-cı ilin iyununda "Mladost Kakany" klubuna keçir.

2017-ci ilin mayında "Sarayevo" klubu ilə 2 illik müqavilə imzalayır.

14 iyun 2018-ci ildə Kuzmanoviç, azad agent kimi Belçikanın "Muskron" komandasına keçir və klubla üç illik müqavilə imzalayır. İyulun 28-də "Oostende" klubu ilə oyunda meydana çıxaraq, "Muskron"un heyətində debüt edir. "Muskron"un heyətində ilk qolunu, 6 aprel 2019-cu ildə "Cercle Brugge" ilə matçda vurur.

2 sentyabr 2019-cu ildə Sloveniyanın "Rudar Velenye" klubu ilə iki illik müqavilə imzalayır.

2020-ci ildə, Sloveniyanın "Celye" klubuna keçir.

2022-ci ildə yenidən Bosniya və Hersoqovinaya geri dönür və "Tuzla Siti" klubuna qoşulur.

2023-cü ilin iyul ayında Azərbaycan Premyer Liqası təmsilçisi Araz-Naxçıvan klubu ilə 1 illik müqavilə imzalayır. 4 avqust 2023-cü ildə Turan-Tovuz klubuna qarşı matçda əsas heyətdə meydana çıxır. 2024-cü ilin iyun ayında klubla müqaviləsini daha bir mövsüm uzadır.

Milli komanda Kuzmanoviç Bosniya və Herseqovinanın U19 və U21 milli komandalarında çıxış etmişdir. U19 yığmasında 7 oyuna 1 qol, U21 yığmasında isə 8 oyuna 2 qol vurmuşdur.

İstinadlar

Kateqoriya:Futbol vingerləri Kateqoriya:Araz-Naxçıvan PFK futbolçuları Kateqoriya:Serbiya Superliqası futbolçuları Kateqoriya:Belçika Birinci Diviziyası A futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular