Mantuya markqraflığı () — 1433-1530-cu illərdə Lombardiyada mövcud olan, Mantuya mərkəzli tarixi dövlətdir. 1530-cu ildə dövlətin statusu hersoqluğa yüksəldi.
Tarixi 1433-cü ildə Mantuya lordu Janfrançesko Qonzaqa 12 min qızıl florin xərac ödəyərək Müqəddəs Roma imperatoru Sigismunddan markqraf ünvanı satın aldı. Hakimiyyətini gücləndirmək məqsədilə imperatorun uzaq qohumunu oğlu Lüdoviklə evləndirdi. Breşia və Kremona kimi bəzi şimali Lombardiya şəhərlərini ələ keçirərək səltənətini genişləndirdi.
1444-1478-ci illəri əhatə edən III Lüdovik səltənəti isə dövlətin incəsənət baxımından zirvəyə çıxdığı illərdir. Andrea Mateya və Leon Battista Alberti kimi dövrün mühüm sənətçiləri Mantuya sarayına dəvət olundular.
1478-1484-cü illəri əhatə edən I Frederik səltənətində Milanın hakimi Sforza ailəsiylə yaxın münasibətlər quruldu və Milan şəhər-dövlətinin hərbi komandanlığı Qonzaqa ailəsinin əlinə keçdi. Onun oğlu II Françeskonun İntibah dövrünün ən güclü qadın simalarından olan İzabella d'Este ilə evlənməsi nəticəsində, Este ailəsiylə də yaxın əlaqələr quruldu.
1519-cu ildə taxta çıxan son Mantuya markizi II Frederikin səltənəti həm siyasi, həm də sənət baxımından fərqləndi. Belə ki, 1530-cu ildə hersoq ünvanı alara dövlətin idarəetmə statusunu yüksəltdi. Digər yandan Rafael Santinin tələbələrindən Julio Romanonun nəzarəti altında Mantuya yaxınlığındakı Palazzo del Te sarayını inşa etdirdi. Ardından onu 16 il boyunca öz sarayında himayə edərək bir çox sənət əsərinin meydana çıxmasına şərait yaratdı. Məşhur italyan rəssamı Tisian Veçelliodan bir neçə portret satın aldı. Tisian Veçellio tərəfindən 1529-cu ildə hazırlanan portreti hal-hazırda Madriddəki Prado muzeyində nümayiş etdirilir.
Qrafların siyahısı QrafHakimiyyət illəriQrafinyaI Janfrançesko Qonzaqa 1395-1444
(48 yaş)frameless|205x205px22 sentyabr 1433 – 25 sentyabr 1444Paola Malatesta 1393-1449
(56 yaş)frameless|186x186pxIII Lüdovik Qonzaqa 1412-1478
(66 yaş)frameless|201x201px25 sentyabr 1444 – 11 iyun 1478Brandenburqlu Barbara 1422-1481
(59 yaş)frameless|202x202pxI Frederik Qonzaqa 1395-1444
(48 yaş)frameless|198x198px11 iyun 1478 – 14 iyul 1484Bavariyalı Marqarita 1442-1479
(37 yaş)frameless|190x190pxII Françesko Qonzaqa 1395-1444
(48 yaş)frameless|191x191px14 iyul 1484 – 3 aprel 1519İzabella d'Este 1474-1539
(64 yaş)frameless|197x197pxII Frederik Qonzaqa 1395-1444
(48 yaş)frameless|190x190px3 aprel 1519 – 25 mart 1530 -
Mənbə
74
Kateqoriya:Avropanın tarixi dövlətləri Kateqoriya:Qonzaqa sülaləsi