Monika Anna Mariya Belluççi (; ) — italyan aktrisa və model. "Dolce & Gabbana" və "Christian Dior" moda evlərində model kimi karyerasına başlamış, İtaliya, ABŞ və Fransa istehsalı olan filmlərdə əsas rollarda çəkilmişdir.

Beluççi Frensis Ford Koppolanın qorxu romantika filmi "Brem Stokerin Drakulası"nda (1992) Drakulanın gəlini və İtaliya istehsalı romantik dram filmi "Malena"da (2000) Malena Skordi rolunu canlandırmışdır. O, həmçinin Qaspar Noenin art-haus qorxu filmi "Dönməzlik" (2002) filmində rol alıb və Mel Gibsonun İncil motivləri əsasında çəkdiyi "İsanın ehtirasları" (2004) dram filmində Mariya Maqdalena obrazını canlandırıb.

Beluççi 2003-cü il istehsalı "Matris: Yenidən yükləmə" və "Matris: İnqilab" elmi fantastika filmlərində Persefona rolunda çəkilmişdir. 2015-ci ildə Ceyms Bond filmi "Agent 007: Spektr"da o ən yaxşı "Bond qızı" oldu.

Həyatı Beluççi 30 sentyabr 1964-cü ildə Umbriya regionunun Çitta-di-Kastello şəhərində Brunella Briqanti və Pasqual Beluççinin tək övladı olaraq dünyaya gəlmişdir.Rogers, Chris (4 dekabr 2016). "Monica Bellucci: 5 Things To Know About The New 'Bond' Girl" . Hollywood Life."42 facts about model and actress Monica Bellucci" . BoomsBeat. 14 mart 2016. İstifadə tarixi: 27 yanvar 2017.

Karyerası

Model left|thumb|Beluççi Kann kinofestivalında, 2002 Monika Beluççi 13 yaşında yerli həvəskar fotoqrafa pozalar verərək modellik etməyə başlamışdır. Beluççi 1988-ci ildə Peruci Universitetinin hüquq fakültəsini tərk etdi və Avropanın moda mərkəzlərindən biri olan Milana köçərək burada modelik agentliyi Piero Piazzi-nin vasitəçiliyi ilə Elite Model Management ilə müqavilə imzaladı. Monika 1989-cu ilə qədər Paris və Atlantik okeanın o tayında "Nyu-Yorkda model" kimi tanınırdı. O, həmçinin "Dolce & Gabanna" və fransız jurnalı "Elle"nin model çəkilişlərində iştirak etdi. Beluççi həmin il aktrisalıq dərsləri alaraq aktrisalığa keçid etdi. 2001-ci ilin fevral ayında Beluççi "Esquire" jurnalının "Desire"-da nəşr olunan məqaləsinin üz qabığında yer almışdı.

Monika 2003-cü ildə "Maxim" jurnalında yer aldı. "Men's Health" jurnalının "Tarixin ən cazibədar 100 qadını" siyahısında 21-ci sırada yer aldı. "AskMen" jurnalı isə onu 2002-ci ildə "ən arzu olunan qadın" adlandırdı. İki milli qəzetə görə o, italyanların "seks simvol"u hesab olunur.

Beluççi 2004-cü ildə qızı Devaya hamilə olarkən heteroseksual cütlüklərə məhsuldarlıq müalicəsinin təmin edilməsini məhdudlaşdıran və subay qadınları və ya homoseksual cütlükləri istisna edən, surroqat analığı və insandan istifadə edərək araşdırmaları məhdudlaşdıran İtaliya qanununa etiraz olaraq italyan "Vanity Fair" jurnalı üçün çılpaq pozalar verdi. O, jurnalın 2010-cu il aprel buraxılışı üçün hamilə və yarıçılpaq pozalar verib. 2006–2010-cu illərdə Beluççi bir sıra "Dior" məhsulunun siması olub.

2012-ci ildə "Dolce & Gabanna"nın yeni siması oldu. Beluççi Milanda D'management Group və həmçinin Londonda Storm Management ilə müqavilə imzalamışdır. O həm də "GQ Italia" jurnalı üçün də poza vermişdir. Beluççi "Dolce & Gabanna" üçün 2019-cu ilin yazında Milan Dəb Həftəsində iştirak edib.

Aktrisa thumb|252x252px|Beluççi "Dünya qadınları mükafatı" mərasimində, 2009 Beluççinin film karyerası 1990-cı illərin əvvlində başlayıb. Belə ki, "Lotereya" (1992) və "Brem Stokerin Drakulası" (1992) filmlərində kiçik rollar oynamışdır. O, 1996-cı ildə "Mənzil" filmində canlandırdığı Liza roluna görə ən yaxşı ikini plan aktrisası olaraq "Sezar mükafatı"na namizəd göstərildi və aktrisa kimi mövqeyini möhkəmləndirdi. Monika "Malena" (2000), "Qurd qardaşlığı" (2001) və "Dönməzlik" (2002) filmləri ilə tanınaraq dünya üzrə məşhurlaşmışdır.

Beluççi həmçinin Avropa və Hollivud filmləri — "Günəşin göz yaşları" (2003), "Matris: Yenidən yükləmə" (2003), "İsanın ehtirasları" (2004), "Qrimm qardaşları" (2005), "İkinci külək" (2007), "Vur onları" (2007), "Geriyə baxma" (2007) və "Sehrbazın şagirdi" (2010) filmlərində rol almışdır.

Monika 2007-ci ildə buraxılması planlaşdırılan "Sonya" filmində Sonya Qandi obrazını canlandıracaqdı, amma filmin hazırlanması baş tutmadı. Beluççi "Onları vur" (2007) filminin fransız və italyan versiyaları üçün öz səsini dublyaj etmişdir. O, "Prince of Persia: Warrior Within" videooyununda Kaillina personajını, "Robotlar" cizgi filminin fransız veriyasında isə Keppini səsləndirmişdir.

50 yaşında "Agent 007: Spektr" (2015) filmində Lusia Skarra rolunu oynayaraq ən yaşlı "Bond qızı" olmuşdur. Üç il sonra isə Avstraliya filmi "Nektrotronik" filmində görünmüşdür.

2021-ci ildə bədii innovasiyaya görə 39-cu Torino Film Festivalında "Stella Della Mole mükafatı"na layiq görüldü.

Şəxsi həyatı Beluççi 1990-cı ildə italyan fotoqraf Klaudi Karlos Basso ilə evləndi, 18 aydan sonra isə cütlük ayrıldı.

O, fransız aktyor Vensen Kassel ilə 1996-cı il istehsalı "Mənzil" filminin çəkilişlərində tanış oldu. Onlar 1999-cu ildə evləndilər və Deva (2004) və Leoni (2010) adlı iki qızları var. Cütlük 26 avqust 2013-cü ildə münasibətlərinin olmadıqlarını elan etdilər və sonra ayrıldılar.

"İsanın ehtirasları" filmindən bəhs edən "Böyük sual" sənədli filmində Beluççi demişdir: "Bütün dinlərə hörmət və marağım olsa da, mən aqnostikəm. İnandığım bir şey varsa, bu sirli enerjidir. Hansı ki, dalğalar zamanı okeanları dolduran, təbitə və varlığı birləşdirən."

2009-cu ildə Beluççi 1977-ci ildə cinsi zorakılıq ittihamları ilə əlaqədar Sürix Film Festivalına gedərkən saxlanılan rejissor Roman Polanskini dəstəkləmək üçün petisiya imzaladı.

Beluççi italyan, fransız və ingilis dillərində axıcı danışa bilir.

Filmoqrafiya

Film İlAzərbaycan dilində adıOrijinal adıRol1991La RiffaFranzeska1992Bram Stoker's DraculaDrakulanın gəlinlərindən biriOstinato DestinoMarina/Ancela1994Briganti – Amore e libertàKostanzaI mitici – Colpo gobbo a MilanoDebora1995Palla di neveMelinaIl cielo è sempre più bluBible: JosephFaraonun həyat yoldaşı1996L'AppartementLizaSorellina e il principe del sognoŞahzadə1997StressatiDobermannqaraçı NatMauvais genreKamillaCome mi vuoiNellina1998Le PlaisirqızCompromiseMoniquKaputt MundiQulia GovanniniA los que amanValeria1999Comme un poisson hors de l'eauMayrtillMéditerranéesMarqarita2000Under SuspicionÇantal HorstFranck SpadoneLoraMalènaMalena Skordi2001Le pacte des loupsSilviya2002Astérix & Obélix: Mission CléopâtreKleopatraIrréversibleAleks2003Remember Me, My LoveAlessiaTears of the SunDr. Lena Fiora KendrikThe Matrix ReloadedPersefonThe Matrix RevolutionsPersefon2004The Passion of the ChristMariya MaqdalenaSecret AgentsBarbara/LizaShe Hate MeSimona Bonazera2005The Brothers GrimmGüzgü kraliçasıHow Much Do You Love Me?Daniela2006Sheitangözəl vampir2006Napoleon and MeBaronessa Emilia SpezialiThe Stone CouncilLora Siprin2007HeartangoLinafferrabilManual of Love 2LusiaShoot 'Em UpDonna QuintanoLe deuxième souffleManoka2008SanguepazzoLuiza FeridaL'uomo che amaAlba2009Ne te retourne pasCennaThe Private Lives of Pippa LeeGigi LiBaarìa – La porta del ventoKərpickəsənin sevgilisiOmaggio a RomaToska2010The WhistleblowerLora LevianThe Sorcerer's ApprenticeVeronika QorloizenRose, c'est ParisQala ruhu2011Manuale d'amore 3ViolaUn été brûlantAngela2012Rhino SeasonMina2013Des gens qui s'embrassentGiovanna2014The WondersMilli KatenaNa QuebradaPaola2015Ville-MarieSofiaSpectreLusia Skarra2016On the Milky RoadNevesta2018NekrotronicFinneqan2019The Best Years of a LifeElenaSpider in the WebAngela2020The Man Who Sold His SkinSoraya Valdi2021Fantasies (Les Fantasmes)SabrinaLa Befana vien di notte II — Le originiDolores2022MemoryDavana SalmanTBAThe Passion of the Christ: ResurrectionMariya MaqdalenaRadical Eye: The Life and Times of Tina ModottiTina Modotti

Televiziya İlAzərbaycan dilində adıOrijinal adıRoleQeyd1990Vita coi figliEldaTelefilm2016Mozart in the JungleAlessandraQonaq rol; 5 epizod2017Twin Peaks: The ReturnÖzüEpizod: "14-cü hissə"2018Call My Agent!Özü2 epizod

Videooyun YearTitleVoice role2003Enter the MatrixPersefon2004Prince of Persia: Warrior WithinKailina2005The Matrix OnlinePersefon

Səsləndirmə İlAzərbaycan dilində adıOrijinal adıRoleNotes2003Sinbad: Legend of the Seven SeasMarinafransız2005RobotsKappifransız

Mükafatlar və namizədliklər thumb|Beluççi Kann kinofestivalında, 2017 İlMükafatCategoryİşNəticə1997Sezar mükafatıƏn prespektivli aktrisaL'Appartement 2001European Film AwardsAudience Award for Best ActressMalèna 2003Saturn AwardBest Supporting ActressLe pacte des loups Italian National Syndicate of Film JournalistsSilver Ribbon for Best Supporting ActressRicordati di me Cinescape Genre Face of the Future AwardBest FemaleThe Matrix Reloadedvə The Matrix Revolutions David di Donatello AwardsBest Supporting ActressRicordati di me Teen Choice AwardsChoice Movie Female Breakout StarThe Matrix Reloadedvə Tears of the Sun 2004MTV Movie AwardsBest KissThe Matrix Reloaded(Kianu Rivz ilə) 2005Globo d'oroEuropean Golden Globe Italian National Syndicate of Film JournalistsSilver Ribbon for Best Supporting ActressThe Passion of the Christ 2007Italian National Syndicate of Film JournalistsN 2017Italian National Syndicate of Film JournalistsEuropean Nastro D'ArgentoOn the Milky Road San Sebastian Film FestivalHonorary Donostia Award 2020Magritte AwardHonorary Magritte Award 2021David di Donatello AwardsDavid Speciale Torino Film FestivalStella Della Mole Award for Artistic InnovationFəaliyyətindəki nailliyətləri

İstinadlar

Xarici keçidlər

Kateqoriya:"İncəsənət və ədəbiyyat" ordeni kavalerləri Kateqoriya:XX əsr aktrisaları Kateqoriya:İtaliya şəxsləri Kateqoriya:İtaliya modelləri Kateqoriya:XXI əsr aktrisaları Kateqoriya:Poliqlotlar