Qirokastra ( və ya ) — Albaniyada şəhər. Qirokastra əyalətinin və Qirokastra bələdiyyəsinin mərkəzidir.

Qirokastra muzey şəhəri statusuna malikdir və Albaniya kommunistlərinin lideri Ənvər Xocanın doğulduğu yer kimi tanınır.

2005-ci ildə şəhər, Osmanlı İmperiyası zamanından bu günə kimi yaxşı qorunan şəhər olaraq YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Yerləşməsi Şəhər Albaniyanın cənubunda yerləşir. 2015-ci ildə şəhərin mərkəzi olduğu Qirokastra bələdiyyəsində ərazi dəyişikliyi baş verir. Albaniyada baş tutan yerli hökumət islahatında keçmiş Antiqone, Cepo, Qirokastra, Lazarat, Lunceri, Odrie və Picar bələdiyyələrinin birləşməsi nəticəsində yeni bələdiyyə formalaşır. Qirokastra şəhəri isə, bələdiyyənin mərkəzi olur.

Adı Şəhər tarixi qeydlərdə ilk dəfə 1336-cı ildə İohann VI Kantakuzenosun tərəfindən, Arqirokastron () kimi qeyd edilib. Bu ad argyron () və latın dilində olan Kastrum (s) sözündən götürülmüş, "qala" və ya "qəsr" mənasını verən, kástron () sözlərindən yaranmış və "gümüş qala" mənasını verir.Giakoumis, Konstantinos (2003), Fourteenth-century Albanian migration and the ‘relative autochthony’ of the Albanians in Epeiros. The case of Gjirokastër. " Byzantine and Modern Greek Studies. 27. (1). p. 179 Bizans salnamələrində də oxşar addan, gümüç çəhər mənasını verən Argyropolýchni () adından istifadə olunurdu.

Şəhərin 19-cu əsr müəllifi Kostas Kristallis və İsmayıl Kadarenin haqqında romanlar yazdıqları əfsanəvi şahzadə Arcyironun adını alması nəzəriyyəsi, şahzadənin daha sonra, 15-ci əsrdə yaşadığı söyləndiyi üçün xalq etimologiyası hesab edilir.

Şəhər adının dəqiq alban forması qirokastradır, Qheq Alban ləhcəsində isə Gjinokastër kimi tanınır, hər ikisi də yunan adıdır.

Osmanlı dövründə şəhər türkcə Ergiri kimi tanınırdı.

Tarixi Qirokastranın yerində ilk yaşayış məskəni eramızdan əvvəl I əsrə aiddir.

Şəhərin yaranması 12-ci əsrə təsadüf edir. O zaman şəhər Bizans imperiyasının Epirus əyalətinin bir hissəsi idi və Argiropolis (Gümüş Şəhər) və ya Argyrokastron (Gümüş Qala) adlanırdı.

14-cü əsrdə Yunan Epir knyazlığının (Epir despotluğu) bir hissəsi olur.

1417-ci ildə Osmanlı İmperiyasının tərkibinə daxil edilir.

19-cu əsrin sonlarında Albaniyanın müstəqilliyi uğrunda mübarizənin mərkəzlərindən birinə çevrilir.

1913-cü ilin məlumatlarına görə şəhərdə 10 min alban və 2 min yunan yaşayırdı.

Birinci Dünya müharibəsi başa çatdıqdan sonra Alban Krallığına təhvil verilənə qədər Yunan ordusunun nəzarəti altında olur.

İkinci Dünya müharibəsi illərində ardıcıl olaraq İtaliya, Yunan və Alman qoşunları tərəfindən işğal edilir.

Kommunist rejimi dövründə şəhər Ənvər Xocanın doğulduğu yer kimi muzey elan edilib.

İstinadlar

Kateqoriya:Albaniya şəhərləri Kateqoriya:Albaniyadakı ümumdünya irsi