Anna Yaroslavna (; ) — Kiyev Rus dövlətinin şahzadəsi, 1051-ci ildə Fransa kralı I Henrix ilə evlənərək Fransa kraliçası olmuşdur. O, Kiyev Böyük herdoqu Müdrik Yaroslavın İsveçdən olan İngegerda iə evliliyindən olan üç qızından ən kiçiyi idi. O, Qərb tarixşünaslığında həmçinin, Rusiyalı Anna (),Hale S. J. Biography of Distinguished Women .— NY.: Harper & Brothers, 1876.— P. 75. Rusiyalı Aqnessa () və XX əsrdən etibarən Kiyevli Anna () kimi tanınır.

Fransa kralı I Henrix ilə siyasi evlilikdən sonra Anna Fransa kraliçası olmuşdur. O, Fransa krallığına böyük bir cehiz gətirmiş və bu, fransızları Kiyev Rus dövlətinin mədəniyyəti ilə tanış etmişdir. Anna həyat yoldaşının ölümündən sonra ikinci dəfə Krepi qrafı IV Raul ilə evlənmişdir, baxmayaraq ki, onun qanuni arvadı var idi. O, bu evlilik səbəbindən yaranan siyasi böhran üzündən saraydan ayrılmağa məcbur olmuşdur. Anna gənc oğlu I Filippi mərhum kralın qaynı, Flandriyalı Beduenə qəyyumluğa vermişdir. O, IV Raulun ölümündən sonra, 1074-cü ildə saraya qayıtmışdır.

Anna krallığın daxili və xarici siyasətinə təsir göstərmiş və oğlu ilə birlikdə dövlət sənədlərini imzalamışdır. O, Müqəddəs Taxt-tac ilə ünsiyyətdə olurdu. Anna 1065-ci ildə Sanlisdə Sen-Vensan monastırını təsis etmişdir və bu, onun iqamətgahı olmuşdur. Onun adı son dəfə 1075-ci ilə aid bir sənəddə qeyd olunmuşdur. Annanın sonrakı taleyi məlum deyil. O, ana dili qədim ruscaya əlavə olaraq, latın, yunan və fransız dillərini bilirdi.

Erkən həyatı Rus mənbələrində, o cümlədən salnamələrdə, Anna və ya Yaroslavın digər qızları haqqında heç bir məlumat saxlanmamışdır. Buna görə də onun uşaqlığı və gəncliyi haqqında, demək olar ki, heç nə məlum deyil. Kiyevin Müqəddəs Sofiya kafedralında mövcud olan freskalardan birinin Yaroslavın qızlarını təsvir etdiyi fikri 1980-ci illərdə mütəxəssislər tərəfindən mübahisələndirilmişdir, çünki onun yerləşməsi Bizans ənənəsinə uyğun gəlmirdi. Annanın təxmini doğum tarixi məntiqi olaraq 1024–1036-cı illər arası kimi müəyyənləşdirilmişdir, çünki onun 15–25 yaşlarında evləndiyi ehtimal olunur. Fransada onun təxminən 1025-ci ildə doğulduğu düşünülür. Bu, ədəbiyyatda rast gəlinən 1032-ci il tarixi "Tatişyov məlumatı"na əsaslanır. Filipp Delormun variantına görə, o, 1927-ci ildə anadan olmuşdur. Ehtimal olunur ki, Yaroslavın qızları yaxşı təhsil almış, Anna isə oxuyub yazmaqla yanaşı, yunan və latın dillərini də bilmiş ola bilər. Andrey Qreqoroviç güman edir ki, Anna Fransa kralı I Henrix ilə evlənməyə hazırlaşan zaman fransız dilini öyrənmişdir.

Fransa sarayında Fransa kralı I Henrixin ilk həyat yoldaşı Friziyalı Matilda və onların yeganə övladı 1044-cü ildə vəfat etmişdi. Varisə olan təcili ehtiyac və kilsənin qohum evliliklərinə qarşı artan etirazı səbəbindən I Henrixin qohum olmayan gəlin axtarması zəruri hala gəlmişdi. XVII əsrdə tarixçi Fransua Rd de Mezere yazırdı ki, I Henrix "Rusiya kralı, indiki Moskva kralı Georginin qızı, şahzadə Anna adlı qızın cazibədarlığı haqqında eşitmiş və onun mükəmməllikləri haqqında hekayələrdən ovsunlanmışdı".

Hər halda, spesifik olaraq bu evliliyin hansı siyasi məqsədlər güddüyünə dair fərziyyələr fərqlidir. 1040-cı illərin ikinci yarısında Almaniya ilə Fransa arasında münasibətlər pisləşmiş, I Henrix Fransanın Lotaringiyaya iddialarını yeniləmiş və imperatora qarşı müttəfiqlər axtarmış ola bilərdi. Müdrik Yaroslav Bizans ilə müharibə ərəfəsində Almaniya ilə ittifaq qurmağa çalışırdı. Salnaməçi Aşaffenburqlu Lambertin yazdığına görə, 1043-cü ilin əvvəlində Yaroslavın səfirliyi zəngin hədiyyələr və qızlarından birinin (Anastasiya və ya Anna) əlini Almaniya imperatiruna təklif etmək üçün Qoslara gəlmişdi.Lamberti Annales. MGH, SS t. 6, p. 153

III Henrix buna razılaşmamış və həm Fransa kralına, həm də narazı Burqundiya feodallarına qarşı kömək edə biləcək güclü hökmdar V Gilyomun qızı Akvitaniyalı Aqnesa ilə evlənməyə üstünlük vermişdi. Yaroslav daha sonra Polşa və Macarıstan ilə ittifaqı gücləndirmiş, 1040-cı illərin sonuna qədər Skandinaviyadan Bizansa qədər uzanan, nikah bağları ilə birləşmiş ölkələr zənciri imperiyanın bütün şərq sərhədini əhatə etmişdi. Belə bir fərziyyə var ki, bu evliliyə Almaniya ilə düşmən münasibətlərdə olan və Fransa ittifaqında maraqlı olan Macarıstan kralı I Andraş kömək etmişdir.ШтернбергЯ. Т. Анастасия Ярославна, королева Венгрии // Вопросы истории.— 1984.— № 10.— С. 182.

Sansda yerləşən Sen-Pyer-le-Vif abbatlığının tarixsiz salnaməsində bildirilmişdir ki, kral "yunan sərhədlərində" yerləşən "Rusların ölkəsinə" Mo yepiskopu Qotyenin başçılıq etdiyi və vassallarından biri olan Qoslen de Şoninin də iştirak etdiyi səfirlik göndərmişdir. Başqa bir mənbədə "Reyms parıltısı"nın səfirliyin 1048-ci və ya 1049-cu illərdə olduğunu və missiyaya Şalon yepiskopu Rojun başçılıq etdiyini göstərir.

Bundan bəzi tarixçilər belə nəticəyə gəlirmişdi ki, iki Fransa səfirliyi olmuşdur. Onlardan biri ilkin razılaşma əldə etmiş, digəri isə gəlini Fransaya gətirmişdir. Digərlərinə görə, belə bir fərziyyəyə ehtiyac yoxdur. Odalrikin verdiyi əlavə məlumatın mövzusu Müqəddəs Romalı Klimentinin reliklərinin axtarışı idi, buna görə də səfirlikdə iştirak edənlərdən yalnız Şalonlu Roju qeyd edir. Buna baxmayaraq, əgər evliliyin tarixi kimi 1051-ci il qəbul edilərsə, bu, missiyanın həddindən artıq uzadıldığını göstərir.

Evlənməsi thumb|right|Şahzadə Anna Yaroslavnanın kral I Henrix ilə toyu üçün Fransaya getməsi.

Toyun tarixi 1908-ci ildə Moris Pru tərəfindən 1051-ci ilin Pentikostu (19 may) olaraq müəyyən edilmişdir. Bu, kifayət qədər əsaslı hesab olunur. Ke Sent-Emur tərəfindən təkid edilən əvvəlki tarix – 1049-cu ilin Pentikostu (14 may) indiki dövrdə səhv kimi qəbul edilir. Buna baxmayaraq, bəzi tarixçilər hələ də bu tarixi qəbul edir və Lan yepiskopu Elinananın 1059-cu il 3 dekabr tarixli, I Henrixin hakimiyyətinin 29-cu ilinə və oğlu Filipin 10-cu ilinə aid olan sənədi istinad gətirirlər. Buna baxmayaraq, sözügedən tarixlərin hər ikisi açıq-aşkar səhvdir və sənədi tərtib edənlərin yanlış hesablamaları nəticəsində yaranmışdır. Bunlar yalnız XVII və XVIII əsrlərin nüsxələrindən məlumdur.

Kral I Henrixin "Rusların kralının qızı Anna" () ilə evliliyi salnaməçi Flyörili Huqonun ""'Frankların müasir krallarının əməlləri” əsərində qeyd olunur.

Bu evlilik heç bir ərazi qazancı gətirə bilməzdi. Bu, qismən pul və zərgərlik məmulatlarında əhəmiyyətli bir məbləğə bərabər olan zəngin cehizlə kompensasiya olunurdu. Sonradan VI Lüdovik Sen-Deni abbatlığına “nənəsinin, Rutiniya kralının qızının ən qiymətli sünbülçiçəyini” bağışlamışdı.Сугерий. Жизнь Людовика VI, глава XXIII

thumb|"Şahzadə Anna Yaroslavnanın Fransaya yola salınması". Antik litoqrafiya, 1898-ci il, Rusiya.

Fransa kraliçası 180px|thumb|right|"Slavyan Anna, kral I Henrinin ikinci arvadı". Qravür. Təqribən 1643-cü il.

1052-ci ildə Anna kral I Henrixin varisi, gələcək Fransa kralı I Filippi doğmuşdur. O, daha sonra üç uşaq daha doğmuşdur. Bunlara iki oğul – Robert və Hüqo daxildir. Onlardan birincisi uşaqlıqda vəfat etdi, ikincisi isə sonradan Vermandua qrafı olmuşdur.Radulfus Tortaris. Miracula Sancti Benedicti. VIII, 24. P. 314 Eyni zamanda, əri ilə münasibətləri haqqında dəqiq bir şey demək çətindir, lakin dolayı dəlillərə əsasən, kralın bu evlilikdən məyus olduğu fərz edilə bilər. 1054-cü ildən sonra Annanın adı uşaqlarının qeyd olunduğu kral sənədlərində nadir hallarda rast gəlinir və 1059-cu ildə Filippin tacqoyma mərasiminin ətraflı təsvirində kraliça haqqında bir kəlmə belə deyilmir. Səbəblər ya Henrixin qadınlara qarşı mizogen münasibət saxlaması, ya da Şərq ilə ittifaqın onun ümidlərini doğrultmaması ola bilər. Yalnız Henrixin həyatının son aylarında, artıq hakimiyyətdə mühüm rol oynamadıqda, kral kanselyariyası sənədlərdə Annanı yenidən qeyd etməyə başlamışdır. Dövrün bir tarixçisinə görə, Annanın adı heç vaxt kral diplomlarında qeyd olunmur, hətta Filippin tacqoyma mərasimində onun iştirakı belə xatırlanmırdı. Yalnız Henrixin ölümündən və Annanın bir Fransa senyoru ilə yeni evliliyindən sonra onun adı sənədlərdə görünməyə başlamışdır.

1059-cu il Papa II Nikolayın Fransa kraliçasına göndərdiyi və onun fəzilətlərini tərifləyən məktubu ilə qeyd olunmuşdur:

Məktub Annanın dindarlığını və ədalətliliyini təriflədikdən sonra kraliçaya mənəvi təlimatları özündə birləşdirmişdir. Məktub onu Katolik Kilsəsinə sadiq qalmağa, kral I Henrixi ədalətli idarəetməyə yönəltməyə, uşaqlarını xristian ruhunda tərbiyə etməyə və s. çağırmışdır. Fransa tarixçisi Rober-Anri Botyeyə görə, məktub əslində kardinal Pyotr Damiani tərəfindən yazılmışdır və məktubun üslubuna əsasən, burada örtülü tənqid əks olunmuş və kraliça Annanın xristian təlimlərinə daha uyğun həyat tərzi sürməli olduğuna işarə edilmişdir.

İkinci evliliyi Henrixin ölümündən sonra Anna Flandriyalı Beduen ilə birlikdə gənc I Filippin qəyyumluğunu bölüşmüşdüt. O, 1060-cı ilin sonundan 1061-ci ilin əvvəllərinə qədər kral sarayının mülklərə səfərində iştirak etmiş, lakin tezliklə onun adı sənədlərdən yenidən yoxa çıxmışdır. O, artıq 1061-ci ildə Krepi qrafı Raul iıə evlənmişdir. Bu senyor bir neçə il ərzində sarayda daimi iştirakçı olmuş, Fransa perları və ən yüksək ruhanilərdən dərhal sonra görkəmli mövqe tutmuşdu. Bu onun danikinci dəfə evliliyi idi, lakin Raul əvvəlki həyat yoldaşını zina ilə günahlandıraraq qovmuş və Anna ilə evlənmişdi.

1063-cü ilə qədər Raul Sena, Sona, Ena və Uaza çayları arasında yerləşən geniş ərazini, o cümlədən Amyen, Veksen, Valua və Vermanduanı əlində cəmləşdirmişdi. Onun mülkləri kral domenini şimaldan və qərbdən yarımdairə şəklində əhatə edərək Flandriya ilə əlaqəni kəsirdi. Bundan əlavə, Raul Şampanda Bar və Vitri qraflıqları ilə əhəmiyyətli əraziyə sahib idi. Anna ilk həyat yoldaşından Sanlis, Melyon bölgəsi və Lan ilə Şalon arasında bir sıra mülkləri miras almışdı. Belə bir gücdən sonra bu cütlük Fransa sarayının narazılığına çox da əhəmiyyət vermirdi.

left|thumb|150px|Fransa kraliçası Anna Yaroslavnanın avtoqraf imzası qeyd olunmuş Suasonda yerləşən Sen-Krepen abbatlığının xeyrinə Fransa kralı I Filippin nizamnaməsi. 1063-cü il.Bibliothèque Nationale de France, Department of Manuscripts, Picardie 294, 38

Evlilik bir neçə səbəbdən qalmaqallı idi. Birincisi, Raul kral Henrixin qohumu idi, ikincisi isə onun əvvəlki evliliyi ləğv edilməmişdi və bu, onu ikizövcəli edirdi. Son olaraq, Anna Raul üçün ən kiçiyi təxminən yeddi yaşında olan uşaqlarını tərk etmişdi. Kilsə hakimiyyəti dərhal salnaməçinin insan qanunlarına və ilahi qanunlara zidd adlandırdığı bu vəziyyətə reaksiya vermişdir. Reyms arxiyepiskopu Jerve 1061-ci ilin payızında Papa II Aleksandra məlumat vermişdir ki, “kraliçamız qraf Raul ilə yeni evliliyə daxil olmuş”, bu da kralı və bütün sarayı böyük kədərə salmışdır. Raulun qanuni həyat yoldaşı Alienora da Romaya şikayət etmişdi.

Papa Reyms və Sans arxiyepiskopları Jerve və Reşeyə məsələni araşdırmaq və tədbir görmək üçün tapşırıq vermişdir. Bu şəxslərə və Fransa kralına məktublar 31 mart 1062-ci ildə göndərilmişdir. Tarixçilər ehtimal edirlər ki, Raul həmin il kilsədən qovulmuşdu. Bu, onda güclü təəssürat yaratmamışdı, çünki hərbi tədbirlərlə dəstəklənməyən kilsədən qovulma feodal senyoru üçün təhlükə yaratmırdı. I Filippin babası, kral II Müqəddəs Robert bir neçə il kilsədən aforoz edilmişdi və Filippin özü də Bertrada de Montfortdan ayrılmağa krallığa qoyulan interdikt səbəbilə məcbur edilməmişdi.