Kərimov Elnar Tahir oğlu — Azərbaycan futbolçusu. Azərbaycan Birinci Liqasında 2 dəfə ard-arda Azərbaycan, Türkiyənin Həvəskarlar Liqası 5 dəfə Türkiyə çempionu

Həyat və Karyerası Elnar Kərimov 1985-ci ildə Azərbaycanın Mingəçevir şəhərində anadan olmuşdur. Futbolda qapıçı mövqeyində çıxış edən Elnar Kərimov, 2000–2002-ci illərdə Mingəçevir uşaq futbol klubunda Elbrus İsmayılovun köməyi ilə futbolun incəliklərini öyrənib.

2003–2004-cü illərdə "Ədliyyə" klubunda fəaliyyətini davam etdirib.

2004–2005-ci illərdə isə "Xəzər Lənkəranın" qapısını qoruyub.

2005–2013-cü illərdə "Qəbələ" klubunun şərəfini qoruyub.

2013-cü ildə "Karvan" klubuna transfer olub. Lakin orada sadəcə 3 ay oynayıb.https://idmanxeber.az/qebelenin-sabiq-uzvu-kamran-agayevi-de-getirib-bura-qoysan-7-qol-buraxar/

2014-cü ildə Türkiyənin Həvəskarlar liqasına üz tutub. Onun klubu "Ardahanspor" olub.https://www.azerisport.com/m/az/futbol/20130517065257520.htmlhttps://korner.az/elnar-k%C9%99rimov-turkiy%C9%99-klubuna-transfer-olunub/. Ardahansporda diqqəti özünə cəlb etdi. Belə ki, 29 oyunun 28-ni meydanda keçirən futbolçunu bu təcrübəsi səbəbiylə Bartınspor rəsmi olaraq transfer etdi. Türkiyədə ümumən 5 dəfə liqa çempionluğu əldə etmişdir.

2018-ci ildə Mingəçevirə qayıtdıqdan sonra, transfer təklifi gəlmədiyi üçün karyerasını bitirdi.

2019-cu ildə Qəbələ Futbol Akademiysında məşqçilik etmişdir.

2021-ci ildə AFFA-nın məşqçilik üzrə C lisenziyasını əldə etmişdir. 2022-ci ildən başlayaraq Mingəçevir şəhərində təcrübəli uşaqlar yetişdirmək üçün çalışmağa başladı. 9 iyun 2022-ci ildə rəsmi olaraq Mingəçevir klubunun qapıçılar üzrə məşqçisi olaraq fəaliyyət göstərməyə başladı.https://sportline.az/post/mingechevrililere-shad-xeber >

20 oktyabr 2023-cü ildə, "Mingəçevir" və "Şamaxı" klublarının qarşılaşmasında, "Mingəçevirin" heyətində olan qapıçıların birinin cəzalı digərinin qırmızı kart alması səbəbi ilə, yenidən meydana qayıdaraq qapını o qorudu.https://www.sportinfo.az/idman_xeberleri/1_divizion/182874.html

5 dekabr 2023-cü ildə "Şamaxı" klubunda qapıçılar üzrə məşqçi təyin edildi.

Naliyyətlər Türkiyə Bal Liqası frameless|16x16px Çempion (5)-(2013/2014, 2014/2015, 2015/2016, 2016/2017, 2017/2018)

Həmçinin bax Azərbaycan futbolçularının siyahısı

İstinadlar

Mənbə Kərimov Elnar Tahir oğlu

Həmçinin bax

Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Xəzər-Lənkəran FK futbolçuları Kateqoriya:Qəbələ FK futbolçuları Kateqoriya:Karvan-Yevlax FK futbolçuları Kateqoriya:Mingəçevirdə doğulanlar Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Energetik Mingəçevir FK futbolçuları Kateqoriya:Ədliyyə Bakı FK futbolçuları