Ay Yola — etnopop üslubuda ifa edən başqırd musiqi qrupu.
Qrupun Ural Batır () albomunun ikinci treki olan Homay mahnısı onlara məşhurluq qazandırmışdır.
Adı
Qrupun adı iki başqırd sözünün latın yazısına transkripsiyasıdır. Ay ( - ay) və Yola ( - ənənə).
Rinat Ramazanov izah edir ki,
"Ay Yola" başqırd dilində "kainat qanunları, nizamnamə", "xilqət qaydaların toplusu" deməkdir <...>
Tarixi
Ay Yola iki musiqi qrupunun birləşməsi nəticəsində yaranıb. Prodüser Ruslan Şəyxetdinov və qızı Adelin 2010-cu ildən bəri Musume adlı qrupu var və bu qrupun bir neçə albomu var. Rinat Ramazanovun isə, Arqımak adlı qrupu var. Ruslan ilə Rinat Başqırdıstan Respublikasının paytaxtının 450 illiyinə həsr olunmuş Уфа моя () mahnısını yazraq bir-biri ilə tanış olmuşdular. Həmin mahnı бөтен Уфа televiziya kanalının müsabiqəsində qalib gəlmişdi.
Bu uğurdan ilhamlanan Rinat ilə Ruslan Ural Batır eposu əsasında yeni layihə hazırlamağa başlayıblar. 10 aylıq işdən sonra albom hazır idi. 2025-ci ilin fecralında onun Batır adlı ilk mahnısı buraxıldı. Martın 14-də isə, başqırd eposunun eyni adlı personajına həsr olunmuş Homay mahnısı buraxılmışdı. Homay mahnısı Rusiyada çartların ilk onluğuna, Özbəkistanda və Azərbaycanda ilk beşliyinə daxil olmuşdu, Qazaxıstanda isə birinci yer əldə etmişdi.
Üzvləri Adel Şəyxetdinova (). Müğənni, gitara, dumbıra, bəstəkar. Radioaparıcı Ruslan Şəyxetdinovun qızı. İlham beynəlxalq müsabiqəsinin qran-pri laureatı. Başqırdıstan Respublikasının əməkdar artisti (2025).Ay Yola төркеме Башкортстанның халык һәм атказанган артистлары исеменә лаек булды. Татар-информ, 14.04.2025
Ruslan Şəyxetdinov () və ya DJ Ruslan. Klaviş, bas gitara, kobuz. Səs rejisoru, prodüser, radio aparıcı. Başqırdıstan Respublikasının əməkdar artisti (2025).
Rinat Ramazanov (). Müğənni, kurayçı. Arqımak qrupunun solisti və rəhbəri, Başqırd Gənclər Konqressinin sədri (2016-2025). Şəyexzadə Babiçin adına dövlət respublika gənclər mükafatının laureatı. Səudiyyə Ərəbistanda keçirilən Nomad Universe müsabiqəsinin qran-pri laureatı. Başqırdıstan Respublikasının əməkdar artisti (2025).
İstinadlar
Kateqoriya:2024-cü ildə yaranan musiqi qrupları Kateqoriya:Triolar Kateqoriya:Pop-musiqi qrupları Kateqoriya:Rusiya musiqi qrupları Kateqoriya:Başqırdıstan musiqisi