Məzrə — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh.
Üstüpü bələdiyyəsinin tərkibindədir. Rayonun mərkəzindən 40 km şimal-qərbdədir. Əhalisi 122 nəfərdir(2000); bağçılıq, əkinçilik və heyvandarlıqla məşğuldurlar. Orta məktəbi, kulubu, kitabxanası, tibb məntəqəsi vardır.
Toponimikası Oykonim ərəb mənşəlidir. Ərəb dilində məzrə "əkin üçün yararlı yer, əkin yeri, tarla", habelə əkin yerləri əsasında yaranan məntəqə, oba, kiçik yaşayış yeri mənalarını kəsb edir. Keçmiş adı Məzrəurs olmuşdur.Güman edilir ki, yaşayış məntəqəsi Nurs kəndinin Məzrə adlı əkin yerində salındığına görə belə adlandırılmışdır. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007,304 səh.
Əhalisi Əhalisi 134 nəfərdir. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
İnfrastruktur
Düylünçay üzərində Məzrə körpüsü tikilmişdir. Körpünün uzunluğu 5 paqonometrdir. 1996-cı ildə inşa edilmişdir. Körpünün tikilməsi ilə Məzrə, Düylün kəndləri ilə magistral yola çıxış əldə etmişdir.Naxçıvan ensiklopediyası.II cilddə.II cild.Naxçıvan.2005.
Həmçinin bax Ordubad rayonu Üstüpü
İstinadlar
Kateqoriya:Ordubad rayonunun kəndləri