Heyli Vilyams () — ABŞ musiqiçisi. 2004-cü ildə əsasını qoyduğu "Paramore" rok qrupunun solistidir.
Onun qrupu altı studiya albomu ilə dinləyici rəğbəti qazanıb. Bunlar "All We Know Is Falling" (2005), "Riot!" (2007), "Brand New Eyes" (2009), "Paramore" (2013), "After Laughter" (2017) və "This Is Why" (2023) albomlarıdır. Müxtəlif dövrlərdə tərkibində dəyişikliklər baş verən qrupun hazırkı üzvləri Heyli Vilyams, Zak Farro və Teylor Yorkdur. Vilyams bütün albomların yazılmasında iştirak edən yeganə musiqiçidir. Teylor Yorkla birgə "Ain't It Fun" mahnısına görə 2015-ci ildə "Qremmi" mükafatının "Ən yaxşı rok mahnısı" nominasiyasında qalib olub.
Həyatı Heyli Nikol Vilyams 1988-ci il dekabrın 27-də Missisipinin Meridian şəhərində, Kristi və Coi Vilyamsın ailəsində doğulub. İki kiçik ögey bacısı olan Heylinin uşaqlıq illərindəki qonşusu gələcəyin NBA ulduzu Rodni Hud olub. Valideynlərinin 2002-ci ildə boşanmasından sonra on üç yaşlı Heyli anası ilə birgə Tennessi ştatının Frenklin şəhərinə köçüb. Bu şəhərdəki yeni məktəbində gələcək "Paramore" qrupunun üzvləri Coş və Zak Farro ilə tanış olub. Frenklin şəhərinə yerləşdikdən qısa müddət sonra vokal ustası Brett Manninglə məşqlərə başlayıb. Məktəb illərində "The Factory" adlı fank janrında ifa edən yerli qrupa daxil olmaq üçün sınaqdan keçərkən gələcək "Paramore" qrupunun digər üzvü Ceremi Devis ilə yolları kəsişib.
İstinadlar
Kateqoriya:ABŞ musiqiçiləri Kateqoriya:MTV Video Music Award laureatları Kateqoriya:NME Awards laureatları Kateqoriya:Qremmi mükafatı laureatları Kateqoriya:Qadın pianoçular Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:ABŞ xristianları Kateqoriya:ABŞ müğənniləri Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:Dörd oktava vokal diapazonuna malik müğənnilər Kateqoriya:ABŞ qadınları Kateqoriya:Musiqi