Yung Lean () — İsveç repçisi. O, klaud rep janrının ilk mərhələsində əhəmiyyətli rol oynayan şəxsiyyətlərdən biri sayılır. 2013-cü ildə "YouTube" platformasında viral olan "Ginseng Strip 2002" mahnısı ona böyük şöhrət qazandırıb. Elə həmin il "Unknown Death 2002" adlı ilk miksteypini dinləyicilərin ixtiyarına verib. Növbəti ildə isə debüt studiya albomu "Unknown Memory" işıq üzü görüb.

2016-cı ildə ikinci miksteypini "Frost God" və ikinci studiya albomunu "Warlord" adı altında dinləyicilərin ixtiyarına verib. 2017-ci ildə üçüncü studiya albomunu – "Stranger" işıq üzü görəndən bir il sonra "Poison Ivy" adlı üçüncü miksteypi ilə pərəstişkarlarının görüşünə gəlib. 2020-ci ildə sənətçi dördüncü studiya albomunu – "Starz"ı təqdim edib. Jonatan Leandoer96 təxəllüsü ilə hip-hop janrından kənara çıxaraq, indi-rok və neofolk qarışığından ibarət yeni üslubda "Nectar" (2019), "Blodhundar & Lullabies" (2020) və "Sugar World" (2023) albomlarını ərsəyə gətirib.

Həyatı 18 iyul 1996-cı ildə Stokholmda doğulan Yung Lean, İsveç ədəbiyyatının tanınmış simalarından olan, fransız ədəbiyyatından tərcümələr edən şair və fentezi yazıçısı Kristoffer Leandoer ilə keçmiş insan hüquqları fəalı Elsa Håstadın ailəsində böyüyüb. Anası Elsa Håstad Rusiya, Vyetnam və Cənubi Amerikada LGBT qrupları ilə çalışmış, 2019-2023-cü illər arasında İsveçin Albaniyadakı səfiri vəzifəsini icra etmişdir.

Lean uşaqlıq illərinin ilk dövrlərini Belarusun paytaxtı Minskdə keçirib. Anası onun öz uşaqlığına bənzər bir mühitdə böyüməsini arzuladığından ailəni Minskə köçürüb. Üç-beş yaşlarında ikən yenidən İsveçə qayıdan ailəsi Stokholmun Södermalm bölgəsində məskunlaşıb. Təhsil həyatının müəyyən dövründə – altıncı sinifdən onuncu sinfədək UNIS Hanoy məktəbində oxuyub.

Orta məktəb illərində narkotik maddələrdən istifadə və qraffiti çəkmək səbəbindən başı bəlalar çəkən Lean, bir müddət "McDonald's" restoranında işləyib. On beş yaşında kannabis çəkdiyinə görə şərti cəza alıb. Hip-hop musiqisinə marağı get-gedə artan Lean-in ilk ilham qaynaqları 50 Cent-in "Get Rich or Die Tryin", "The Latin Kings" qrupunun "Mitt Kvarter" və Nas-ın "Illmatic" albomları olub.

Fəaliyyəti 2012–2013: Karyera başlanğıcı, Lavender və Unknown Death

2012-ci ildə Stokholmun məhəlli parkında Yung Lean, Yung Sherman və Gud ilə tanış olmuş, eyni musiqi zövqlərini bölüşdüklərini kəşf edərək dostlaşmışdılar. Bu dostluq nəticəsində "Hasch Boys" kollektivini yaradırlar. Sonradan "Drain Gang" qrupunu formalaşdıracaq digər Stokholm sənətçilər də bu kollektivə qoşulur.

"Hasch Boys" üzvlərinin əksəriyyəti qrupa marağını itirdikdə, Lean, Sherman və Gud ayrılaraq üçlük halında "Sad Boys" qrupunu təsis edirlər. 2012-ci ildə Yung Gud və Yung Sherman musiqi bəstələyib mikslər hazırlayarkən, Lean zirzəmisindəki sadə studiyada mahnı sözləri yazıb vokal ifa etməyə başlayır. Yaratdıqları musiqini "SoundCloud" və "Tumblr" platformalarında paylaşmış, Lean qısa müddətdə böyük dinləyici kütləsi toplamışdır.Capell, Frances (2013) "Yung Lean Doer Is the Weirdest 16-year-old White Swedish Rapper You'll Hear This Week ", Noisey (Vice), 23 April 2013. Retrieved 2 July 2014Shapiro, David (2014) "Yung Lean, King of the Sad Boys ", The New Yorker, 14 July 2014. Retrieved 1 August 2014Friedlander, Emilie (2014) ""Taking Arizona Iced Tea and Making It Cry": An Interview with Yung Lean and the Sad Boys ", The Fader, 16 July 2014. Retrieved 1 August 2014 "Sad Boys" ilk konsertini 2013-cü il mayın 5-də İsveçin Göteborg şəhərində verir.

Yung Lean "Ginseng Strip 2002" mahnısına çəkilən videoklipin viral olması ilə məşhurlaşır."Yung Lean – 16-åringen från Stockholm får världen att häpna ", sverigeradio.se, 7 May 2013. Retrieved 2 July 2014"The New New: 15 European Rappers You Should Know ", XXL, 9 June 2014. Retrieved 2 July 2014"Видео: Кой шведски рапър трябва да чуете според "Мандо Диао" ", Dnevnik, 4 July 2014. Retrieved 6 July 2014"Yung Lean ♦ Ginseng Strip 2002 ♦", YouTube. Retrieved 9 October 2020 2013-cü ildə ilk rəsmi işlərini – Kreayshawn ilə birgə "Marble Phone" sinqlınl, "Unknown Death 2002" albomunu və "Ginseng Strip 2002" mahnısı daxil olmaqla "Lavender" minialbomunu təqdim edib. "Consequence of Sound" "Ginseng Strip 2002"ni "2013-cü ilin ən yaxşı 50 mahnısı" siyahısında 44-cü yerə layiq görmüş, "Vibe" jurnalı isə "Unknown Death 2002"ni "2013-cü ilin ən az diqqət çəkən 10 debüt rep miksteypi" siyahısına daxil edərək, onu Lil B-nin sərbəst assosiativ, çox vaxt mənasız qafiyələrinin daha melodik versiyası kimi dəyərləndirib.Weinstein, Max (2013) "The 10 Most Overlooked Debut Rap Mixtapes of 2013 ", Vibe, 5 December 2013. Retrieved 2 July 2014

2013-cü ildə Yung Lean və "Sad Boys" Avropa turnesinə çıxırlar. Həmin il "Acclaim" jurnalı Yung Lean ilə "kiçik söhbət" formatında müsahibə aparmış, ona müxtəlif mövzularda – sevimli xumarlıq müalicəsindən tutmuş kompüter ekranının fon şəklinədək suallar ünvanlamışdır.Brent, Jonathan (2013) "Small Talk: Yung Lean: A #VERYEMOTIONAL Q&A With the Swedish Rapper Going Viral Right Now ", Acclaim, 14 July 2013. Retrieved 2 July 2014

2014–2016: Unknown Memory və Warlord

2014-cü ildə Yung Lean və "Sad Boys" qrupu Avropanın 24 şəhərini əhatə edən "White Marble" turnesinə çıxıb. Bu turnenin başa çatmasından dərhal sonra "Sad Boys" Şimali Amerikanın müxtəlif şəhərlərində konsertləri əhatə edəcək "Black Marble" turnesini elan edib. İlk konsert Nyu-Yorkdakı Webster Hall-da təşkil olunmuş, "XXL" və "The New York Times" kimi nüfuzlu nəşrlərin tənqidçiləri tərəfindən yüksək qiymətləndirilib.Friedlander, Emile (2014) "Swedish Rapper Yung Lean Talks Gold, Phones in "Motorola" ", The Fader, 19 February 2014. Retrieved 2 July 2014Plaugic, Lizzie (2014) "Watch: Yung Lean – "Motorola" Video ", CMJ, 19 February 2014. Retrieved 2 July 2014Malik, Stephanie (2014) "Exclusive: Yung Lean & Sad Boys Team Up With Shallowww For a New Aesthetic ", Bullett, 7 March 2014. Retrieved 2 July 2014"Noisey Presents Yung Lean's First North American Show in New York City ", Noisey (Vice), 3 June 2014. Retrieved 2 July 2014Plaugic, Lizzie (2014) "Yung Lean Is Coming To America, Drops "Yoshi City" Video ", CMJ, 18 June 2014. Retrieved 2 July 2014"Yung Lean & Sadboys @ Cabaret Underworld ", Métro, 5 June 2014. Retrieved 2 July 2014"Yung Lean", The New Yorker. Retrieved 2 July 2014Rys, Dan (2014) "Yung Lean Surprises With An Energetic Show In NYC ", XXL, 10 July 2014. Retrieved 1 August 2014Caramanica, Jon (2014) "From Neophyte to Pit Bull, in a Fun House Mirror of Hip-Hop Mannerisms ", The New York Times, 10 July 2014. Retrieved 1 August 2014

2014-cü ilin may ayında "Studio PSL" verilişində çıxış edən sənətçi, həmin il "P3 Gold" mükafatlarının "Hip-Hop/Soul" kateqoriyasında beş əsas namizəddən biri olur."Se första avsnittet Studio PSL här ", PSL, 9 May 2014. Retrieved 2 July 2014"Nominerade till P3 Guld 2014: Årets Hiphop/Soul ", P3 Guld Awards, 3 December 2013. Retrieved 6 July 2014

Sentyabrın 23-də Yung Lean ilk tam formatli albomunu – "Unknown Memory"ni işıq üzünə çıxarıb.Raymer, Miles (2014) "Here's what you need to know about Internet-famous rapper Yung Lean ", Entertainment Weekly, 5 July 2014. Retrieved 6 July 2014Yung Lean YouTube Channel " " Albomun təqdimatı çərçivəsində dekabrın 1-də Webster Hall-ın əsas səhnəsində anşlaqla keçən konsertlə başlayan Şimali Amerika və Avropa turnesi təşkil olunub.Friedlander, Emile (2014) "Yung Lean Announces Unknown Memory Tour ", The Fader, 24 September 2014. Retrieved 4 December 2014

2016-cı il fevralın 25-də ikinci albomunu – "Warlord"u təqdim edən ifaçı, eyni zamanda "Sad Boys Entertainment" geyim markasını yaradıb. İyul ayında "Calvin Klein"in payız-qış kolleksiyasının üzü olan sənətçinin Amerikadakı "Warlord" turnesində onun turne avtobusu Pensilvaniyada atəşə tutulub. Tənqidçilərin yüksək qiymətləndirdiyi Frenk Ouşenin "Blonde" albomunda "Godspeed" və "Self Control" mahnılarında bekvokalist kimi iştirak edib. Lean-in sözlərinə görə, albom üçün vokal partiyaları on yeddi yaşında ikən Londonun mərkəzində yerləşən Ouşenin mənzilində yazılıb.

2016-cı il noyabrın 25-də Yung Lean gözlənilmədən "Hennessy & Sailor Moon" adlı yeni mahnısını Bladee ilə birgə təqdim edib. Dekabr ayının 14-də isə həmin mahnı ilə yanaşı A$AP Ferg-in iştirak etdiyi "Crystal City" kompozisiyasının da yer aldığı səkkiz mahnılıq "Frost God" miksteypini yayımlayıb.

2017–2019: Stranger, Poison Ivy və Nectar

2017-ci ilin noyabrında Lean-in yaradıcılıq yolunda əhəmiyyətli dönüş baş verib. Sənətçi "YEAR0001" şirkəti ilə əməkdaşlıq çərçivəsində özünün üçüncü albomunu dinləyicilərin ixtiyarına verib. "Stranger" adlanan bu alboma "Red Bottom Sky", "Hunting My Own Skin" və "Skimask" kimi mahnılar daxil edilib.

2018-ci ilin əvvəllərində "Complex" jurnalına müsahibəsində musiqiçi bir neçə ssenari üzərində işlədiyini açıqlayıb. Bunlardan biri İsveçin məşhur cinayətkarı Con Ausoniusun – "Lazer adam" ləqəbli qatilin həyatından bəhs edirdi. Elə həmin ilin fevralında Yung Lean yaradıcılığında yeni səhifə açılmış, Thaiboy Digital ilə birgə "King Cobra" mahnısını təqdim etmişdir. Bununla yanaşı, "Converse" brendinin "One Star Toxic" kolleksiyasının hazırlanmasında iştirak etmişdir.

2018-ci ilin oktyabrında Yung Lean "Drain Gang" qrupunun üzvü Whitearmor ilə birgə "Poison Ivy" miksteypini yaradıb. Oktyabrın 24-də işıq üzü görən "Happy Feet" sinqlından sonra noyabrın 2-də təqdim olunan albom İsveçin Sverigetopplistan çartında 44-cü pilləyə yüksəlib.

2019-cu ilin yanvarında musiqiçi Jonatan Leandoer96 təxəllüsü ilə ilk tam formatli albomunu – "Nectar"ı dinləyicilərin ixtiyarına verib. "Wooden Girl", "Nectar" və "Tangerine Warrior" mahnılarının yer aldığı bu albomda sənətçi əvvəlki hip-hop üslubundan uzaqlaşaraq, indi-rok və neofolk janrlarının sintezini yaradıb.

2020–2024: Starz, Blodhundar & Lullabies, In My Head, Stardust, Sugar World və Psykos 2020-ci ilin 26 fevralında Yung Lean daimi əməkdaşı Whitearmor tərəfindən prodüserliyi edilmiş "Boylife in EU" sinqlını dinləyicilərin ixtiyarına verib. Mart ayının 27-də isə sənətçi dördüncü studiya albomu "Starz"dan qarışıq parçaların yer aldığı 44 saniyəlik öntanıtım videosunu ictimaiyyətə təqdim edib. Qlobal COVID-19 pandemiyası səbəbindən martın sonlarında başlaması planlaşdırılan "Starz" konsert turu təxirə salınmış, bunun əvəzində 2 aprel tarixində Yung Lean məxfi məkanda yük maşınının üstündən 45 dəqiqəlik canlı yayım konserti təşkil etmişdir. Bu konsertdə əvvəlki əsərlərindən seçmələrlə yanaşı, təzə buraxılmış "Boylife in EU" mahnısı da səsləndirilib. Aprelin 14-də "Starz" albomunun "Violence + Pikachu" adlı ikinci tək mahnısı yayımlayıb. Whitearmor və Yung Sherman tərəfindən prodüserliyi edilən, başlıq mahnısında Ariel Pink-in iştirak etdiyi "Starz" albomu 15 may 2020-ci ildə işıq üzü görüb.

2020-ci il noyabrın 9-da Yung Lean Jonatan Leandoer96 layihəsi altında ikinci tam formatli albomu olan "Blodhundar & Lullabies"i elan edib. 16 mahnıdan ibarət bu albom bir ay sonra, dekabrın 21-də dinləyicilərin ixtiyarına verilib.

2020-ci il noyabrın 27-də kinoteatrlarda "Yung Lean: In My Head" adlı sənədli film nümayiş olunmağa başlayıb. Musiqi sənədli filmlərinin rejissoru Henrik Burmanın çəkdiyi film Lean-in erkən yaradıcılıq dövrünü "'Stranger" albomunun buraxılışına qədər işıqlandırır. Filmdə Lean-in özü, musiqiçi dostu Bladee, meneceri Oskar Ekman, keçmiş əməkdaşı Stiven Maçat, "The Fader" və "Pitchfork" kimi nüfuzlu nəşrlərin jurnalistləri Mayamidə baş vermiş hadisələrə dair düşüncələrini bölüşürlər. Sənədli filmin əvvəlcə 2020-ci il Tribeka Film Festivalında nümayişi planlaşdırılırdı, ancaq COVID-19 pandemiyası səbəbindən təxirə salınıb. Film həmin ilin payızında rəqəmsal formatda buraxılmış, məhdud sayda kinoteatrlarda nümayiş olunmuşdur.

2022-ci il aprelin 8-də Yung Lean FKA twigs, Skrillex, "Drain Gang" və Ant Wan kimi sənətçilərin iştirakı ilə on iki mahnıdan ibarət "Stardust" adlı miksteypini təqdim edib.