Vişakanya () — folklor personajı. Qədim Hindistan dövründə tez-tez güclü düşmənlərə qarşı qatil kimi istifadə olunan gənc qadınlardır. Onların qanı və bədən mayelərinin digər insanlar üçün zəhərli olduğu iddia edilirdi. Bu, Çanakyanın—Maura imperiyasının ilk hökmdarı Çandraqupta Mauryanın (təx. e.ə. 340–293) müşaviri və baş naziri olmuş alimin—dövlət idarəçiliyi ilə bağlı qədim sanskrit traktatı olan "Arthaşastra"da qeyd edilir.

Ədəbiyyatda Skanda Puranda qeyd olunur ki, əgər bir qız Günəş Çitra bürcündə və ya Ay on dördüncü ay günündə doğularsa, onun Vişakanya olması qaçılmazdır. Belə bir qadının altı ay evləndikdən sonra ərini öldürdüyü, yaşadığı evə yoxsulluq gətirdiyi və ailəsinə bədbəxtlik gətirdiyi bildirilir. Lakin zamanla "zəhərli bakirə" folklora keçmiş və bir çox yazıçılar tərəfindən araşdırılan arxetipə çevrilmişdir. Nəticədə o, bir çox əsərlərdə, o cümlədən klassik sanskrit mətnlərindən biri olan "Sukasaptati"də populyar ədəbi obraz kimi öz yerini tapmışdır.Erotic Indian tales from the Sanskrit classic Suksaptati, by G. L. Mathur. Hind Pocket Books, 1971. Page 26–27

Tarixi Vişakanya sanskrit ədəbiyyatında padşahlar tərəfindən düşmənlərini məhv etmək üçün istifadə olunan qatil obrazı kimi təsvir olunur. Rəvayətə görə, gənc qızlar kiçik yaşlarından xüsusi hazırlanmış zəhər və əks-zəhər pəhrizi ilə böyüdülürdü. Bu proses mitridatizm adlanan praktikanın bir nümunəsidir. Bir çox qız bu prosesdən sağ çıxmırdı, lakin sağ qalanlar digər zəhərlərə qarşı immunitet yaranır və onların bədən mayeləri digərləri üçün ölümcül olurdu. Bu səbəbdən seksual əlaqə onlar üçün öldürücü idi. Bir başqa əfsanəyə görə isə, Vişakanya təkcə toxunmaqla da ani ölümə səbəb ola bilirdi.

Kauşik Roinin sözlərinə görə, Vişakanyalar qurbanlarını cəlb edərək onlara zəhərli içkilər verirdilər. Bəzi sanskrit mənbələri bildirir ki, Nanda sülaləsinin naziri Amatyarakşasa Çandragupta Mauryanı öldürmək üçün Vişakanya göndərmişdi, lakin Çanakya onların diqqətini yayındıraraq bu qadınları Parvataka öldürmək üçün yönləndirmişdi.Vish Kanya (1943) IMDb. Hindistan tarixi mənbələrinə görə, Nanda sülaləsinin qurucusu Mahapadma Nanda da Vişakanyadan istifadə edərək Şişunaga sülaləsinin sonuncu hökmdarı Kalaşokanı öldürmüşdü.Vishkanya (1991) IMDb.

İstinadlar

Əlavə ədəbiyyat The Vish-Kanya or Poison Damsel of Ancient India, Illustrated by the story of Susan Ramashgar. Folklore Society, Britain, 1927. Poison-damsels: Folklore of the world, by Norman Mosley Penzer, Somadeva Bhatt. Ayer Publishing, 1980. . Excerpts Vishkanya: True stories of famous women spies of the world in story form. by Yashvant Mehta. Publisher: Gurjar, 1996. Vishkanya, by Esa Mehta. Rajasthani Granthagar, 2007.

Kateqoriya:Folklor personajları Kateqoriya:Hinduizm Kateqoriya:Ədəbi arxetiplər